Elbasan (alb. Elbasani) — Albaniyada şəhər. Eyniadlı rayonun və eyniadlı dairənin inzibati mərkəzi.
Elbasan | |
---|---|
alb. Elbasani | |
![]() | |
![]() | |
41°06′45″ şm. e. 20°04′56″ ş. u.HGYO | |
Ölkə |
![]() |
Dairə | Elbasan |
Mer | Qledyan Lllayla |
Tarixi və coğrafiyası | |
Əvvəlki adı | Skampis |
Sahəsi | 1290 km² |
Mərkəzin hündürlüyü | 118 m |
Saat qurşağı | UTC+1 |
Əhalisi | |
Əhalisi | 141 715 nəfər (2015) |
Sıxlığı | 77,52 nəf./km² |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 3001–3006 |
Nəqliyyat kodu | EL |
Digər | |
elbasani.gov.al (alb.) | |
![]() |
Albaniyanın üçüncü ən böyük şəhəridir. Şkumbin çayının sağ sahilində, Albaniyanın paytaxtı Tiranadan 54 km cənub-şərqdə yerləşir.
Şəhərin adı, osmanlı türkcəsində olan "İl basan" sözünün, aromun dilində tələffüz şəkli olan "Elbasani" sözündən yaranmışdır.[1][2]
Şəhər ərazisində ilk yaşayış məntəqəsi qədim Yunanıstanın "Skampis" (q.yun. Σκαμπίς) adlı koloniyası kimi yaranmışdır.
Roma imperiyası zamanı onun yerində Eqnat yolu üzərində Roma düşərgəsi (lat. Mansio Scampa) qurulur.
Daha sonra Osmanlı sultanı II Mehmed tərəfindən 1466-cı ildə İskəndərbəyin qoşunlarına qarşı qala kimi yenidən tikdirdiyi və Elbasan adlandırdığı bir şəhər yaranır.[3] Araşdırmalara görə, Osmanlı ordusu orada hərbi düşərgə qurana və 1466-cı ildə Fateh Sultan Mehmed dövründə şəhərin yenidən qurulmasına qədər ərazi tərk edilmişdi. Mehmet, osmanlılar və albanlar arasında davam edən qarşıdurma səbəbiylə, Skanderbeg ilə döyüşmək üçün dərin xəndəyi və üç qapısı olan dörd tərəfli nəhəng bir qala tikdirir.[4] Elbasan adının alban dilində "düz qala" və ya türkcə "düz vilayət" mənasında olduğu düşünülür.[5]
Sonrakı 445 il ərzində, şəhər, Osmanlı şəhər sivilizasiyasının mərkəzi olan Elbasan Sancağının iqamətgahına çevrilir. Halil İnalcık Elbasan sancağının 1466-cı ildə Elbasan qalası tikilən kimi qurulduğu fikrini bildirsə də, Tursun bəyin qeydlərinə əsaslanaraq Elbasanın əvvəlcə Ohrid Sancağının tərkibində olması ehtimalı var.[6]
1467-ci ildə Skopye, Ohrid, Serres və Kastoriyadan bir çox xristian Elbasana sürgün edildir.[7]
XVII əsrin sonlarında Osmanlı səyyahı Övliya Çələbi Elbasandan keçərkən qeyd edir ki, "bütün sakinlər albanca danışır" türkcə bilir, müsəlman din xadimləri farsca savadlıdır, tacirlər isə yunan və "frank" dillərindən də istifadə edirlər.[8]
17-ci əsrin sonunda onun 2000 əhalisi var idi. Qala 1832-ci ildə Rəşit Paşa tərəfindən sökülür.
1864-cü ildə Elbasan Sancağı Monastir Vilayətinin tərkibinə daxil olur. On doqquzuncu əsrin sonlarında Elbasanda 3000 müsəlman ailəsi və 280 pravoslav xristian ailəsi yaşayırdı. Xristian əhalidən 100-ü qala daxilindəki köhnə xristian məhəlləsində yaşayan köhnə pravoslav alban ailəsi, 180 ailə isə, şəhərin kənarındakı Müqəddəs Nikolay məhəlləsində yaşayan aroman ailəsi idi.[9]
20-ci əsrin əvvəllərində Elbasanda 15.000 nəfərin yaşadığı təxmin edilirdi.[10]
1909-cu ildə İstanbuldakı Gənc Türklər inqilabından sonra Elbasanda təhsil və mədəniyyət məsələlərini öyrənmək üçün Alban Milli Konqresi keçirildi. Albaniyanın mərkəzi və cənubundan olan nümayəndələr Monastirdə (müasir Bitola, Şimali Makedoniya) keçirilən Monastir Konqresinin yazılı alban dilində ərəb qrafikası deyil, latın əlifbasından istifadə edilməsi haqqında qərarını təsdiqlədilər. O dövrdə Elbasanda albanlar, türklər, aromunlar və sefarad yəhudiləri yaşayırdılar.
2010-cu ilin avqustunda arxeoloqlar Elbasan qalasının divarları yaxınlığında illiriyalılara aid iki məzar aşkar ediblər.[11]
Elbasanda 15-ci əsrə aid qala var. Qala içərisində muzey də var.
Şəhərdə həmçinin 16-cı əsrə aid türk hamamları, Osmanlı dövründən qalma tarixi Namazgah, Şah məscidi (Sultan məscidi) və Nazirə məscidi var. Şəhər uzun müddət Osmanlı İmperiyasının tərkibində olduğundan, Osmanlı izləri çox yerdə görünür.
Şəhərdə xristianlıq abidələri də var. Müqəddəs Məryəm pravoslav kilsəsi buna misaldır.
Şəhər bir çox müharibələr görüb. Şəhərdə, bu müharibələrə aid eksponatların olduğu Partizan Döyüşü Muzeyi var.
Tarixi əhali | ||
---|---|---|
İl | Əh. | ±% |
1950 | 16.492 | — |
1960 | 29.786 | +80.6% |
1969 | 39.100 | +31.3% |
1979 | 61.200 | +56.5% |
1989 | 80.650 | +31.8% |
2001 | 86.148 | +6.8% |
2011 | 78.703 | −8.6% |
2023 | 66.834 | −15.1% |
Mənbə: [12] |
Şəhərin əhalisi İkinci Dünya müharibəsindən sonra yüksək artım tempiylə artmağa başlamışdır. Ancaq 198-ci ildə Albaniyada baş verən çevirilişdən sonra şəhər əhalisinin artım tempi azalır. 2000-ci illərdən başlayaraq isə, əhali sayının azalması baş verir.
2023-cü il siyahıyaalınmasına görə Elbasan bələdiyyəsinin əhalisi 115,101 nəfər olub. Onlardan 66,834 nəfəri şəhər əhalisidir.
...states that Elbasan became a sandjak capital right after 1466 but the usually well informed Tursun Beg noted for 1466: "The sultan attached this fortress of Elbasan to the Sancak of Ohrid and returned to Edirne..."