. Love.az

Elbasan - Wikipedia - Love.az

Ana Səhifə - Elbasan


Elbasan (alb. Elbasani) — Albaniyada şəhər. Eyniadlı rayonun və eyniadlı dairənin inzibati mərkəzi.

Elbasan
alb. Elbasani
Bayraq Gerb
Bayraq Gerb
41°06′45″ şm. e. 20°04′56″ ş. u.HGYO
Ölkə AlbaniyaAlbaniya
Dairə Elbasan
Mer Qledyan Lllayla
Tarixi və coğrafiyası
Əvvəlki adı Skampis
Sahəsi 1290 km²
Mərkəzin hündürlüyü 118 m
Saat qurşağı UTC+1
Əhalisi
Əhalisi 141 715 nəfər (2015)
Sıxlığı 77,52 nəf./km²
Rəqəmsal identifikatorlar
Poçt indeksi 3001–3006
Nəqliyyat kodu EL
Digər
elbasani.gov.al  (alb.)
Elbasan xəritədə
Elbasan
Elbasan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Albaniyanın üçüncü ən böyük şəhəridir. Şkumbin çayının sağ sahilində, Albaniyanın paytaxtı Tiranadan 54 km cənub-şərqdə yerləşir.

Mündəricat

  • 1 Etmologiya
  • 2 Tarixi
  • 3 Görməli yerləri
  • 4 Əhalisi
  • 5 Qardaşlaşmış şəhərləri
  • 6 Məşhur insanları
  • 7 İstinadlar

Etmologiya

redaktə

Şəhərin adı, osmanlı türkcəsində olan "İl basan" sözünün, aromun dilində tələffüz şəkli olan "Elbasani" sözündən yaranmışdır.[1][2]

Tarixi

redaktə

Şəhər ərazisində ilk yaşayış məntəqəsi qədim Yunanıstanın "Skampis" (q.yun. Σκαμπίς) adlı koloniyası kimi yaranmışdır.

Roma imperiyası zamanı onun yerində Eqnat yolu üzərində Roma düşərgəsi (lat. Mansio Scampa) qurulur.

Daha sonra Osmanlı sultanı II Mehmed tərəfindən 1466-cı ildə İskəndərbəyin qoşunlarına qarşı qala kimi yenidən tikdirdiyi və Elbasan adlandırdığı bir şəhər yaranır.[3] Araşdırmalara görə, Osmanlı ordusu orada hərbi düşərgə qurana və 1466-cı ildə Fateh Sultan Mehmed dövründə şəhərin yenidən qurulmasına qədər ərazi tərk edilmişdi. Mehmet, osmanlılar və albanlar arasında davam edən qarşıdurma səbəbiylə, Skanderbeg ilə döyüşmək üçün dərin xəndəyi və üç qapısı olan dörd tərəfli nəhəng bir qala tikdirir.[4] Elbasan adının alban dilində "düz qala" və ya türkcə "düz vilayət" mənasında olduğu düşünülür.[5]

 
Nazirə məsçidi

Sonrakı 445 il ərzində, şəhər, Osmanlı şəhər sivilizasiyasının mərkəzi olan Elbasan Sancağının iqamətgahına çevrilir. Halil İnalcık Elbasan sancağının 1466-cı ildə Elbasan qalası tikilən kimi qurulduğu fikrini bildirsə də, Tursun bəyin qeydlərinə əsaslanaraq Elbasanın əvvəlcə Ohrid Sancağının tərkibində olması ehtimalı var.[6]

1467-ci ildə Skopye, Ohrid, Serres və Kastoriyadan bir çox xristian Elbasana sürgün edildir.[7]

XVII əsrin sonlarında Osmanlı səyyahı Övliya Çələbi Elbasandan keçərkən qeyd edir ki, "bütün sakinlər albanca danışır" türkcə bilir, müsəlman din xadimləri farsca savadlıdır, tacirlər isə yunan və "frank" dillərindən də istifadə edirlər.[8]

17-ci əsrin sonunda onun 2000 əhalisi var idi. Qala 1832-ci ildə Rəşit Paşa tərəfindən sökülür.

1864-cü ildə Elbasan Sancağı Monastir Vilayətinin tərkibinə daxil olur. On doqquzuncu əsrin sonlarında Elbasanda 3000 müsəlman ailəsi və 280 pravoslav xristian ailəsi yaşayırdı. Xristian əhalidən 100-ü qala daxilindəki köhnə xristian məhəlləsində yaşayan köhnə pravoslav alban ailəsi, 180 ailə isə, şəhərin kənarındakı Müqəddəs Nikolay məhəlləsində yaşayan aroman ailəsi idi.[9]

20-ci əsrin əvvəllərində Elbasanda 15.000 nəfərin yaşadığı təxmin edilirdi.[10]

1909-cu ildə İstanbuldakı Gənc Türklər inqilabından sonra Elbasanda təhsil və mədəniyyət məsələlərini öyrənmək üçün Alban Milli Konqresi keçirildi. Albaniyanın mərkəzi və cənubundan olan nümayəndələr Monastirdə (müasir Bitola, Şimali Makedoniya) keçirilən Monastir Konqresinin yazılı alban dilində ərəb qrafikası deyil, latın əlifbasından istifadə edilməsi haqqında qərarını təsdiqlədilər. O dövrdə Elbasanda albanlar, türklər, aromunlar və sefarad yəhudiləri yaşayırdılar.

2010-cu ilin avqustunda arxeoloqlar Elbasan qalasının divarları yaxınlığında illiriyalılara aid iki məzar aşkar ediblər.[11]

Görməli yerləri

redaktə
 
Elbasan qalası

Elbasanda 15-ci əsrə aid qala var. Qala içərisində muzey də var.

Şəhərdə həmçinin 16-cı əsrə aid türk hamamları, Osmanlı dövründən qalma tarixi Namazgah, Şah məscidi (Sultan məscidi) və Nazirə məscidi var. Şəhər uzun müddət Osmanlı İmperiyasının tərkibində olduğundan, Osmanlı izləri çox yerdə görünür.

Şəhərdə xristianlıq abidələri də var. Müqəddəs Məryəm pravoslav kilsəsi buna misaldır.

Şəhər bir çox müharibələr görüb. Şəhərdə, bu müharibələrə aid eksponatların olduğu Partizan Döyüşü Muzeyi var.

Əhalisi

redaktə
Tarixi əhali
İlƏh.±%
195016.492—    
196029.786+80.6%
196939.100+31.3%
197961.200+56.5%
198980.650+31.8%
200186.148+6.8%
201178.703−8.6%
202366.834−15.1%
Mənbə: [12]

Şəhərin əhalisi İkinci Dünya müharibəsindən sonra yüksək artım tempiylə artmağa başlamışdır. Ancaq 198-ci ildə Albaniyada baş verən çevirilişdən sonra şəhər əhalisinin artım tempi azalır. 2000-ci illərdən başlayaraq isə, əhali sayının azalması baş verir.

2023-cü il siyahıyaalınmasına görə Elbasan bələdiyyəsinin əhalisi 115,101 nəfər olub. Onlardan 66,834 nəfəri şəhər əhalisidir.

Qardaşlaşmış şəhərləri

redaktə
  •   İqutos, Peru
  •   Mitroviça, Kosova
  •  Nyukasl-apon-Tayn, Birləşmiş Krallıq
  •   Novi Liqure, İtaliya
  •   Trevizo, İtaliya
  •   Turku, Finlandiya
  •   Dunauyvaroş, Macarıstan
  •   Osiyek, Xorvatiya

Məşhur insanları

redaktə
  • Aleks Buda (1910–1993) — alban tarixçisi.
  • Aleksandr Cuvani (1888–1961) — dilçi.
  • Lef Nosi (1877–1946) — Alban siyasətçisi.
  • Panayot Plaku (1919–1957) — kommunist general, Ənvər Hoca rejiminə qarşı siyasi qiyamın iştirakçısı.
  • Todi Lubonja (1923–2005) — Kommunist dövrünün görkəmli partiya xadimi, Albaniya radio və televiziyasının baş direktoru.
  • Bukuroş Sejdini (1916 – 1991) — rəssam, səhnə tərtibatçısı, ictimai xadim. Albaniyanın əməkdar müəllimi (1969), Albaniyanın əməkdar artisti (1979). Elbasan şəhərinin fəxri vətəndaşı.
  • Dimiter Şuteriki (1915 – 2003) — alban yazıçısı, şairi, alimi və ədəbiyyat tarixçisi olub.
  • Çlirim Ceka (1945 —) — alban rəssamı.
  • Magir Domi (1915–2000) — alban dilçisi, akademik olub.

İstinadlar

redaktə
  1. ↑ "Arumunët Albania, nr. 40". Arumunët Albania (alban və aroman) (40). 2014. səh. 15. İstifadə tarixi: 8 aprel 2025.
  2. ↑ Elsie, Robert. Robert Elsie: Historical dictionary of Albania (ingilis). Scarecrow Press. 2010-03-19. ISBN 9780810873803. İstifadə tarixi: 8 aprel 2025.
  3. ↑ Pospelov Yevgeni Mixayloviç. Elbasan // Toponimik lüğət: Təxminən 1500 vahid. Moskva: Astrel: AST. E. M. Pospelov. 2002. səh. 329. ISBN 5-17-016407-6.
  4. ↑ Inalcik, Halil. The Ottoman Turks and the Crusades, 1451–1522 // Hazard, Harry; Zacour, Norman (redaktorlar ). A History of the Crusades: The Impact of the Crusades on Europe (ingilis). University of Wisconsin Press. 1989. 327. ISBN 9780299107444.
  5. ↑ "Blue Albania - We help you to explore Albania... - Portali me i madh turistik Shqiptar" (ingilis və alban). İstifadə tarixi: 8 aprel 2025.
  6. ↑ Kiel, Machiel, Ottoman architecture in Albania, 1385-1912, Istanbul: Research Centre for Islamic History, Art and Culture, 1990, səh. 39, ISBN 978-92-9063-330-3, İstifadə tarixi: 9 January 2012, ...states that Elbasan became a sandjak capital right after 1466 but the usually well informed Tursun Beg noted for 1466: "The sultan attached this fortress of Elbasan to the Sancak of Ohrid and returned to Edirne..."
  7. ↑ Shukarova, Aneta; Mitko B. Panov; Dragi Georgiev; Krste Bitovski; Academician Ivan Katardžiev; Vanche Stojchev; Novica Veljanovski; Todor Chepreganov, Todor Chepreganov (redaktor), History of the Macedonian People, Skopje: Institute of National History, 2008, səh. 133, ISBN 978-9989-159-24-4, OCLC 276645834, İstifadə tarixi: 8 aprel 2025
  8. ↑ Dankoff, Robert; Elsie, Robert. Evliya Çelebi in Albania and Adjacent Regions: Kossovo, Montenegro, Ohrid (ingilis). Brill. 2000. 179. ISBN 9789004116245.
  9. ↑ Koukoudis, Asterios. The Vlachs: Metropolis and Diaspora (ingilis). Thessaloniki: Zitros Publications. 2003. 358. ISBN 9789607760869.
  10. ↑ Raza, Moonis. Geographical Dictionary Of The World In The Early 20th Century (ingilis). Logos Press. 1906. səh. 588. ISBN 9788172680114. İstifadə tarixi: 8 aprel 2025.
  11. ↑ Popja, Fatmir. "Elbasan, zbulohen dy varre ilire në muret e kalasë" [Elbasan, qala divarlarında iki İlirya məzarı tapıldı]. 12 iyul 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 aprel 2025.
  12. ↑ "Cities of Albania".
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Elbasan&oldid=8094431"
LOVE.AZ