Elbrus Kərim oğlu Əlizadə (4 mart 1957, Ağdaş rayonu – 29 dekabr 2016, Bakı) — Azərbaycan Respublikası Prezidenti yanında AAK-nı Yer Elmləri üzrə Ekspert Şurasının elmi katibi, YUNESKO nəzdində fəaliyyət göstərən Dağlıq ölkələrin tarazlı inkişafı Elmi Mərkəzinin Müşahidəçilər Şurasının, Qazaxıstanın Coğrafiya İnstitutunda nəşr olunan Coğrafiyanın və geoekologiyanın aktual problemləri, AMEA-nın Xəbərlərinin Yer Elmləri seriyası elmi jurnalının Redaksiya Heyətinin üzvü, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (indiki Dövlət İmtahan Mərkəzində) coğrafiya üzrə elmi-metodiki seminarın sədri, Azərbaycan Təhsil Nazirliyi yanındakı coğrafiya üzrə elmi metodiki şuranın sədri, AMEA-nın müxbir üzvü, coğrafiya elmlər doktoru, professor, AMEA H. Ə. Əliyev adına Coğrafiya İnstitutunun Elmi işlər üzrə direktor müavini.[1]
Elbrus Əlizadə | |
---|---|
Elbrus Kərim oğlu Əlizadə | |
Doğum tarixi | |
Doğum yeri | Aralbir, Ağdaş rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (59 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı |
![]() ![]() |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | coğrafiya |
Elmi dərəcələri | coğrafiya elmləri doktoru, AMEA-nın müxbir üzvü |
Elmi adı | professor |
İş yeri | Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutu |
Təhsili | Azərbaycan Dövlət Universiteti |
Elmi rəhbəri | akademik Budaq Budaqov |
Tanınmış yetirmələri | Sitarə Tarixazər, İrina Kuçinskaya, Zərnurə Həmidova |
Tanınır | coğrafiyaçı alim |
Üzvlüyü | |
Mükafatları |
![]() |
Əlizadə Elbrus Kərim oğlu 4 mart 1957-ci ildə Ağdaş rayonunun Aralbir kəndində anadan olmuşdur. E. K. Əlizadə 1974-cü ildə Ağdaş şəhərində orta məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin (indiki BDU) geologiya-coğrafiya fakültəsinin coğrafiya bölməsinə daxil oldu. E. Əlizadə 1979-cu ildə universiteti fərqlənmə diplomu ilə bitirərək təyinatla Azərbaycan Elmlər Akademiyasının Coğrafiya İnstitutuna göndərildi. Həmin illərdə keçmiş SSRİ-də aerokosmik metodların coğrafiyaya tətbiqi, başqa sözlə, yerin kosmosda öyrənilməsi yeni istiqamət idi.1984-cü ildə Geomorforlogiya və təkamül coğrafiyası, ixtisasda Kosmofotoşəkillərin deşifrlənmə materiallarının tətbiqi ilə Cənub-Şərqi Qafqazın cənub yamacının relyefinin morfostruktur təhlili mövzusunda dissertasiya müdafiə edərək coğrafiya elmləri namizədi alimlik dərəcəsi aldı. E. Əlizadə 2004-cü ildə "Geomorfologiya və təkamül coğrafiyası" ixtisasında "Alp-Himalay qovşaq zonası mərkəzi hissəsinin şərq seqmenti dağ sistemlərinin morfostruktur differensiyası qanunauyğunluqları" mövzusunda dissertasiya müdafiə edərək coğrafiya elmləri doktoru alimlik dərəcəsi aldı. Bir çox xarici ölkələrdə keçirilən elmi konfranslarda (RF,Ukrayna, Qazaxıstan, Ruminiya, Slovakiya, Böyük Britaniya, ABŞ, İran, Polşa, Çin və s.) dəfələrlə iştirak etmiş və çıxış etmişdir.[2]
Həyat yoldaşı- Sevil Yunis qızı Quliyeva- coğrafiya üzrə fəlsəfə doktoru, dosent, AMEA Coğrafiya İnstitutunda aparıcı elmi işçi.
1 övladı var.
Onun elmi təqdiqat sahəsi Azərbaycanın dağlıq ərazilərinin morfostruktur quruluşunun kosmik materialların deşifrlənmə materiallarının tətbiqi ilə tədqiqi, kosmik şəkillərin struktur-geomorfoloji deşifrlənmə metodlarının işlənilməsi, geomorfoloji risk və təhlükələrin qiymətləndirilməsi, geodinamiki-gərgin ərazilərin öyrənilməsi, Böyük və Kiçik Qafqaz dağları, geosistemlərinin ekogeomorfoloji tədqiqi, ekogeokomplekslərinin formalaşmasına kompleks endo-ekzodinamiki amillərin təsir dərəcələrinin müəyyən edilməsi olmuşdur. AKŞ kompleks struktur-geomorfoloji deşifrlənmə metodikası əsasında Azərbaycan və qonşu ölkərin (RF, Gürcüstan, İran və Ermənistanın) bitişik ərazilərinin relyefdə əks olunan heteroxron və heterogen mənşəli lineament-qırılma şəbəkəsinin orta miqyaslı (M 1:400000) xəritəsini tərtib etmişdir. Onun 1998-ci ildə kosmik şəkillərin deşifrlənmə materialları əsasında ölkə ərazisi üçün tərtib etdiyi orta miqyaslı (M 1:5000000) "Azərbaycanın morfostrukturu" xəritəsi mütəxəsislər tərəfindən yüksək qiymətləndirilmişdir. E. K. Əlizadə dağlıq ərazilərin landşaftlarının, landşaft-ekoloji şəraitinin tədqiqi, AKŞ-in deşfrlənməsi üzrə də bir çox tədqiqatların müəllifi və təşkilatçısıdır. Azərbaycan Respublikası Prezidenti yanında AAK-nın "Yer Elmləri" üzrə Ekspert Şurasının elmi katibi kimi çox məsuliyyətli bir işdə ona tapşırılmışdır. O, UNESKO-nun nəzdində fəaliyyət göstərən "Dağlıq ölkələrin tarazlı inkişafı" Elmi Mərkəzinin Müşahidəçilər Şurasının, Qazaxıstanın Coğrafiya İnstitutunda nəşr olunan "Coğrafiyanın və geoekologiyanın aktual problemləri" və AMEA-nın "Xəbərlər"-inin Yer Elmləri seriyası elmi jurnallarının redaksiyası heyətinin üzvü kimi də fəaliyyət göstərmişdir.
Azərbaycan Respublikasının Dövlət mükafatı (26 may 2016-cı il)