. Love.az

Eldeniz Memmedov - Wikipedia - Love.az

Ana Səhifə - Eldeniz Memmedov
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir.
Lütfən, mənbələri uyğun şəkildə mətnin daxilində yerləşdirərək məqalənin təkmilləşdirilməsinə kömək edin.

Eldəniz Məmmədov (tam adı: Məmmədov Eldəniz Kamran oğlu; 22 iyun 1975, Sərdarlı, Füzuli rayonu) — azərbaycanlı müğənni, "Xalq Ulduzu 1 (2007)" telemüsabiqəsinin qalibi.[1]

Eldəniz Məmmədov
azərb. Eldəniz Kamran оğlu Məmmədov‎
Ümumi məlumatlar
Doğum tarixi 22 iyun 1975(1975-06-22) (49 yaş)
Doğum yeri
  • Sərdarlı, Füzuli rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni
Janr Muğam

Həyatı

redaktə

Məmmədov Eldəniz Kamran oğlu 22 iyun 1975-ci ildə Füzuli rayonunun Sərdərli kəndində anadan olmuşdur.

1981-ci ildə Yal Pirəhmədli kənd orta məktəbinin birinci sinfinə getmiş, 1991-ci ildə orta məktəbi bitirmişdir. Orta məktəbdə oxumaqla yanaşı musiqi məktəbində də musiqi təhsili almışdır. Ağabala Abdullayev adına Uşaq İncəsənət Məktəbinə ilk qəbul olunan şagirdlərdən biri olmuşdur.

Orta məktəbdə oxuyarkən о, bir sıra dövlət tədbirlərində iştirak etmiş, dəfələrlə "Xarıbülbül" festivalının laueratı olmuş, bir sıra mükafatlara layiq görülmüş, dəfələrlə "Ocaq" Folklor ansanblının müşayiəti ilə telekanallarda çıxış etmişdir. Eldəniz Məmmədovun 14 yaşında Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti ilə ifa etdiyi "Arazbarı" ritmik muğamı Azərbaycan radiosunun "Qızıl Fond"una daxil edilmişdir.

1996-cı ildə Bakı Musiqi Akademiyasının muğam şöbəsinə daxil olmuş, görkəmli xanəndə, xalq artisti, professor İslam Rzayevdən muğam dərsləri almışdır. 2000-ci ildə həmin akademiyada təhsilini başa vurmuşdur.

Eldəniz Məmmədovun ən böyük uğuru 2007-ci ildə "Soy" prodakşının və Azad Azərbaycan TV kanalının birgə layihəsi olan "Xalq Ulduzu 1 (2007)" telemüsabiqəsinin qalibi olmasıdır.

Ailəlidir, üç övladı var.

İstinadlar

redaktə
  1. ↑ ""XALQ ULDUZU" ELDƏNİZ MƏMMƏDOV". 2020-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-30.

Xarici keçidlər

redaktə
  • Eldəniz Məmmədov: Kişinin yanında ağıllı qadının olması onun başının ucalığıdır.
  • Eldəniz Məmmədov yeni albomunu təqdim edəcək [ölü keçid]
  • Eldəniz Məmmədov: "Gərək əməllərində müsəlman olasan…" Arxivləşdirilib 2017-04-30 at the Wayback Machine
  • Eldəniz Məmmədov övladlarından — danışıb — VİDEO Arxivləşdirilib 2015-10-30 at the Wayback Machine
  • "Nanəli" verilişi — İzlə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Eldəniz_Məmmədov&oldid=7643717"
LOVE.AZ