Elinor Ostrom (ing. Elinor Ostrom; 7 avqust 1933[1][2][…], Los-Anceles, Kaliforniya[3] – 12 iyun 2012[1][2][…], Bluminqton[d], İndiana[3]) — amerikalı siyasətçi, alim və iqtisadçı. "Xüsusilə ictimai malların, iqtisadi baxımdan nəzarət edilməsi və istifadəsinin analizi" mövzusunda apardığı tədqiqatlarına görə 2009-cu ildə Oliver Uilyamson ilə birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. İqtisadiyyat üzrə Nobel mükafatını qazanan ilk qadın alimdir.
Elinor Ostrom | |
---|---|
ing. Elinor Ostrom | |
![]() | |
Doğum adı | Elinor Claire Awan |
Doğum tarixi | 7 avqust 1933(1933-08-07)[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 12 iyun 2012(2012-06-12)[1][2][…] (78 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | mədəaltı vəzin xərçəngi |
Elm sahəsi | iqtisadiyyat |
Elmi dərəcəsi | |
İş yerləri |
|
Təhsili |
|
Üzvlüyü |
|
Mükafatları |
![]() |
![]() |
Elinor Ostrom ABŞ-nin İndiana ştatında yaşamışdır. Həm İndiana Universitetində, həm də Arizona Dövlət Universitetində eyni zamanda dərs demişdir. İndiana Universitetində "seçkin professor" fəxri adı daşımaqdadır. Tempidə yerləşən Arizona Dövlət Universitetində Araşdırma Professoru və Kooperativ Fərqlilik etüd Mərkəzinin qurucu direktoru vəzifəsini icra etmişdir.