Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. Lütfən, mənbələri uyğun şəkildə mətnin daxilində yerləşdirərək məqalənin təkmilləşdirilməsinə kömək edin. |
Elman Araslı (2 avqust 1933, Bakı – 22 avqust 2014) — şərqşünas alim, filologiya elmləri doktoru, professor, diplomat, Azərbaycanın Səudiyyə Ərəbistanı və İordaniyadakı keçmiş səfiri, İslam Əməkdaşlıq Təşkilatındakı (İƏT) nümayəndəsi.[1]
Elman Araslı | |
---|---|
Elman Həmid oğlu Araslı | |
![]() Məkkə (2006). Şeyxülislam Hacı Allahşükür Paşazadə, Azərbaycanınn İordaniyadakı səfiri Elman Araslı və jurnalist Etibar Məmmədov | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | |
Atası | Həmid Araslı |
Elmi dərəcəsi | filologiya elmləri doktoru |
Elmi adı | professor |
Elman Araslı Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb.[2]
SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda ərəb filologiyası üzrə aspiranturanı bitirmişdir. 1961-ci ildə Moskva Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə edir. Misirdə SSRİ Ticarət nümayəndəliyində işləyir, SSRİ-nin Bağdaddakı Mədəniyyət Mərkəzinin Baş direktoru olur, burada səfirliyin birinci katibi kimi ilk dəfə olaraq diplomatik fəaliyyətə başlayır, diplomatik nomenklaturaya daxil olur.[2]
65 ölkədə nümayəndəliyi, filialları olan Sovet Dostluq Cəmiyyəti adlandırılan (SSOD) nüfuzlu qurumda beş il Yaxın və Orta Şərq ölkələri şöbəsinə rəhbərlik edir, “RSFSR-in əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülür. 1980-1984-cü illərdə SSRİ-nin İordaniya, Yəmən səfirliyində çalışır, həm də Sovet Mədəniyyət Mərkəzinin baş direktoru vəzifəsini daşıyır.[2]
Elman Araslı Azərbaycanın Səudiyyə Ərəbistanı və İordaniyada səfiri kimi xidmət edib, İslam Əməkdaşlıq Təşkilatında daimi nümayəndə olub.[1]
22 avqust 2014-cü ildə vəfat etmiş, 23 avqustda dəfn olunmuşdur.[1]
Elman Araslı filologiya elmləri doktoru, professor, Azərbaycan EA-nın akademiki, ədəbiyyatçı, tənqidçi Həmid Araslının oğludur[1].
Gəncənin məşhur din xadimi və dövrünün tanınmış maarifçi ziyalılarından olmuş Məmmədtağı Araszadənin nəvəsidir[2].
1989-cu ildə SSRİ-nin dağılmasından sonra Moskvada yaradılan Rusiya-Azərbaycan Dostluğu Cəmiyyətinin sədr müavini Elvira Araslının həyat yoldaşıdır[2].