. Love.az

Elmar Qasimov Rektor - Wikipedia - Love.az

Ana Səhifə - Elmar Qasimov Rektor
Vikipediyada bu ad-soyadlı digər şəxslər haqqında da məqalələr var; bax: Elmar Qasımov.

Elmar Eldar oğlu Qasımov (8 sentyabr 1973) — Bakı Ali Neft Məktəbinin rektoru (2012-ci ildən).[1][2]

Elmar Qasımov
Bakı Ali Neft Məktəbinin rektoru
Vəzifədədir
10 aprel 2012-ci ildən
ƏvvəlkiVəzifə təsis edildi.
Şəxsi məlumatlar
Doğum tarixi 8 sentyabr 1973(1973-09-08) (51 yaş)
Partiya
  • Yeni Azərbaycan Partiyası
Təhsili
  • Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsi
Elmi fəaliyyəti
Elm sahəsi coğrafiya, politologiya

Təltifləri "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı "Tərəqqi" medalı — 2008 "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" yubiley medalı — 2019 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni
Azərbaycan Respublikasının əməkdar müəllimi — 2014
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
    • 1.1 Ailəsi
  • 2 İctimai-siyasi fəaliyyəti
  • 3 Təltiflər
  • 4 İstinadlar
  • 5 Xarici keçidlər

Həyatı

redaktə

Elmar Qasımov 8 sentyabr 1973-cü ildə anadan olub. 1990-cı ildə orta məktəbi gümüş medalla, Bakı Dövlət Universitetinin coğrafiya və hüquq fakültəsini Fərqlənmə diplomu ilə bitirib. Coğrafiya üzrə fəlsəfə doktorudur.

1995–1999-cu illərdə Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar Komitəsinin sədri olaraq fəaliyyət göstərib. 1999–2016-cı illərdə Bakı Dövlət Universitetində müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb.

Ailəsi

redaktə

Ailəlidir, iki övladı var.

İctimai-siyasi fəaliyyəti

redaktə

1999-cu ildə, 26 yaşında təhsil nazirinin müavini təyin edilmişdir.[3] 1999–2011-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirinin müavini vəzifəsində çalışıb.[4]

2011–2012-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidentinin müavini vəzifəsində çalışıb. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İcraiyyə Komitəsinin üzvü olub.[5]

10 aprel, 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Bakı Ali Neft Məktəbinin rektoru təyin edilib.[1]

Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) YAP İdarə Heyətinin üzvü seçilib.[6]

Təltiflər

redaktə
  • 3 oktyabr 2008-ci il — Tərəqqi medalı
  • 19 sentyabr 2014-cü il — Əməkdar müəllim[7]
  • 27 may 2019-cu il — "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı
  • 30 noyabr 2022-ci il — III dərəcəli Vətənə xidmətə görə" ordeni.[8]
  • "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı (2 fevral 2024)[9]

İstinadlar

redaktə
  1. ↑ 1 2 "Elmar Qasımov rektor təyin olundu". 2024-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-14.
  2. ↑ "BANM-in rektoru Elmar Qasımov Ən yaxşı rektor seçilib". 2024-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-14.
  3. ↑ "Elmar Qasımov:"O zaman hələ 26 yaşım tamam deyildi, ən gənc nazir müavini oldum" — FOTO". 2024-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-14.
  4. ↑ "E. E. Qasımovun Azərbaycan Respublikasının təhsil nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". 2024-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-14.
  5. ↑ "Təhsil nazirinin sabiq müavini Elmar Qasımov üzə çıxdı (FOTO)". 2024-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-14.
  6. ↑ "Arxivlənmiş surət". 2021-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-11.
  7. ↑ "Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov "Əməkdar Müəllim" fəxri adına layiq görülüb". 2024-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-14.
  8. ↑ "Распоряжение Президента Азербайджанской Республики О награждении лиц, принимающих активное участие в общественно-политической жизни Азербайджанской Республики". 2022-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-30.
  9. ↑ "Prezident bir qrup rektoru təltif etdi". marja.az (az.). İstifadə tarixi: 2024-05-01.[ölü keçid]

Xarici keçidlər

redaktə
  Vikianbarda Elmar Qasımov ilə əlaqəli mediafayllar var.
  • SOCAR-AQŞ 20 sentyabr – Neftçilərin Peşə Bayramını qeyd etdi
  • Bakı Ali Neft Məktəbində Beynəlxalq Müəllimlər Günü keçirildi
  • ​Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımova "Əməkdar müəllim" medalı və vəsiqəsi təqdim olunub
  • Elmar Qasımov YAP-ın səlahiyyətli nümayəndəsi oldu
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Elmar_Qasımov_(rektor)&oldid=7800817"
LOVE.AZ