Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
Elmir Mirzəyev (16 noyabr 1970) — bəstəkar, musiqişünas və publisist, bir çox müasir musiqi layihələrinin təşkilatçısı, SoNoR müasir musiqi ansamblının yaradıcısı və bədii rəhbəri (1995–2005).
Elmir Mirzəyev | |
---|---|
Elmir Əli oğlu Mirzəyev | |
![]() | |
Ümumi məlumatlar | |
Doğum tarixi | (54 yaş) |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
![]() ![]() |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | bəstəkar |
Təhsili | Bakı Musiqi Akademiyası |
Bakı Musiqi Akademiyasını bəstəkarlıq sinfi üzrə 1994 və aspiranturanı 1998-ci ildə (prof. Fərəc Qarayevin sinfi) bitirmişdir. 1994-cü ildə bəstəkarlar James Dillon və Ole Lützow-Holm’un rəhbərliyi altında Göteborgda (İsveç) ixtisaslaşma keçmiş, 1999-cu ildə Appeldoornda (Hollandiya) Louis Andriessen, Michael Smetanin və Ensemble de Ereprijs tərəfindən təşkil edilən Gənc Bəstəkarların V Görüşünün iştirakçısı olmuşdur. 2004-cü ildə Franz Liszt adına Weimar Konservatoriyası nda gənc bəstəkarların seminarının, 2006-cı ildə alman bəstəkarı Karlheinz Stockhausenin Kürtendəki ustad kurslarının iştirakçısı olmuşdur.
Elmir Mirzəyev 1998-ci ildən 2002-dək Bakı Musiqi Akademiyasında müəllim, 2005/2007-ci illərdə sərbəst müasir musiqi kursları təşkil etmişdir. 1995-ci ildə postvoset dövrünün ilk müasir musiqi kollektivi olan SoNoR ansamblı sənət dostları — pianoçu Samir Mirzəyev, klarnetçi Nizami Zeynalov və gitaraçı Rövşən Məmmədov ilə birlikdə yaratmışdı. SoNoR (1998-ci ildən müasir musiqi təşəbbüs mərkəzi kimi) 2005-ci ilə kimi fəaliyyət göstərmişdi.
2007-ci ilin payızında DAAD proqramı çərçivəsində professor York Höllerin dəvəti ilə Köln Konservatoriyasında 1 semestr dərs demişdir. Tiflis Dövlət Konsevatoriyası/Gürcüstаn (1999), Praqa Müasir Musiqi Marafonu/Çexiya (1999), Özbəkistan Bəstəkarlar İttifaqıda (2000), Krakov Universitetində/Polşa (2001), Drezden Müasir Musiqi Mərkəzi/Almaniya (2003), Van Universitetində/Türkiyə (2004) Köln Konservatoriyasında (2007), Berlinin Alexander von Humboldt Universitetində mühazirələri keçirilmişdir.
Azərbaycanda müasir musiqiyə həsr olunmuş konsertlər, tədbirlər və müxtəlif konseptual layihələr yaratmışdır. Bəstəkar bundan əlavə digər ziyalı yazıçı və musiqiçiləri, yaratdığı "Kultura.az — Mədəniyyət və İncəsənət portalı" nda bir yerə toplayaraq ictimai həyatda müasir mədəniyyəti daha da dəstəkləməyə və onun təbliğini genişləndirməyə başlamışdır. 2001-ci ildən publisist kimi nəşr edilir, dərc edildiyi nəşrlər: "Музыкальная Академия" jurnalı, "Musiqi Dünyası" jurnalı, "Бакинские Ведомости" qəzeti, "Alma" qəzeti, "Demokrat" qəzeti, "Day.az" portalı, "SouthCaucasus portalı Arxivləşdirilib 2010-03-26 at the Wayback Machine", "Alatoran" Arxivləşdirilib 2010-07-06 at the Wayback Machine jurnalı, AzLogos portalı və s.
Tələbələri, Məhəmməd Ənsari və Firudin Allahverdi bəstəkarlıq üzrə beynəlxalq müsabiqələrdə yüksək yerlər qazanmışlar.
P. İ. Yurqenson adına Gənc Bəstəkarların III Beynəlxalq Müsabiqəsi, Moskva/Rusiya, 2005
"Zərb ansamblı" kateqoriyasında
IV Pre-Art Bəstəkarlıq Müsabiqəsi Bern/İsveçrə, 2008
I Mükafat: Firudin Allahverdi (Bakı) — "Paradoxes"
1996-cı ildən 11 beynəlxalq layihənin təşkilatçısı (o cümlədən "SoNoR Tellər – Mədəniyyətlər…Təmaslar…" beynəlxalq Müasir və Ənənəvi Musiqi Festivalı, "Asiya Bayramı" beynəlxalq Ənənəvi Şərq Musiqisi Festivalı, Avropa Bəstəkarlarının III Qeyri-Formal Görüşü, "Rəmzdən Öncə" Müasir İncəsənət Festivalı, "Fəyyum Portretləri I", "Fəyyum Portretləri II", və s.).
1994/2009-cu illərdə Almaniya, Fransa, Hollandiya, Belçika, İtaliya, İsveçrə, İsveç, Çexiya, Polşa, Bolqarıstan, Türkiyə, Estoniya, Rusiya, Ukrayna, Moldova, Gürcüctan, Özbəkistan, İndoneziya, Monqolustan, Yaponiya, ABŞ və Meksikada keçirilən müxtəlif beynəlxalq festivalların (habelə beynəlxalq görüşlər, konfranslar, simpoziumlar və s.) iştirakçısı olmuş və əsərləri ifa edilmişdir.
Əsərlərini səsləndirmiş dirijorlar
|
Əsərlərini ifa etmiş kollektivlər
|
Əsərlərini çap etmiş nəşriyyatlar
|
Vikikitabda Elmir Mirzəyev/Biblioqrafiya mövzusuna dair mətn var. |