Elxan Paşa oğlu İbrahimov (30 iyul 1969, Bakı) — Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, İkinci Qarabağ müharibəsinin iştirakçısı.
Elxan İbrahimov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 30 iyul 1969(1969-07-30) (55 yaş) |
Doğum yeri | |
Milliyyəti | Azərbaycanlı |
Təhsili | Azərbaycan Tibb Universiteti |
Fəaliyyəti | hərbi qulluqçu |
Hərbi xidmət | |
Mənsubiyyəti | general-mayor |
Döyüşlər | |
Rütbəsi |
![]() General-mayor |
|
|
Təltifləri |
![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() |
1976–1986-cı illərdə Bakı şəhəri 167 nömrəli orta məktəbə təhsil alıb və məktəbi fərqlənmə ilə (medalla) bitirib.
1986-cı ildə "N. Nərimanov" adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olub və 1992-ci ildə həmin İnstitutu müalicə işi ixtisası üzrə bitirib.
Ona 15.08.2022-ci il tarixdə "Azərbaycan Respublikasının Müharibə veteranı" adı verilmiş, müvafiq vəsiqə təqdim edilmişdir.
Ailəlidir, 3 övladı var.
Elxan İbrahimova 15.11.2000-ci ildə tibb xidməti leytenantı hərbi rütbəsi verilməklə o, 16.09.2003-cü il tarixədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 1 saylı Poliklinikasında xidmətə başlayıb.
2003–2013-cü illərdə Azərbaycan Respublikası Daxili Qoşunlarının Baş İdarəsinin Hərbi-həkim Komissiyasının sədri, 06.12.2013-cü il tarixdən 12.03.2020-ci il tarixədək Tibb Baş İdarəsi rəisinin müavini – Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının rəisi (komissiyanın sədri), 12.03.2020-ci il tarixdə Müdafiə Nazirliyi Tibb Baş İdarəsi rəisinin müavini vəzifələrində xidmət edib.
Azərbaycan Respublikası Prezidentinin 09.04.2021-ci il tarixli 2568 nömrəli Sərəncamı ilə "tibb xidməti general-mayoru" ali hərbi rütbəsi verilmişdir.[1]
10.06.2020-ci il tarixdən 26.02.2021-ci il tarixədək İkinci Qarabağ müharibəsində Tibb Baş İdarəsinin rəisi kimi xəstə və yaralıların vaxtında təxliyəsi və ilkin tibbi yardımın təşkilində Ordunun tibb xidmətinə rəhbərlik edib.
AZƏRTAC İnformasiya Agentliyinin 06.01.2021-ci ilı tarixli verilişində Tibb Xidməti rəisi vəzifəsini icra edən Elxan İbrahimov hərbi şəraitdə tibb xidmətinin təşkili barədə ictimaiyətə geniş məlumat vermiş, eyni zamanda hərbi reabilitasiya mərkəzinin işini işıqlandırmışdır.[2]
Azərbaycan Respublikası Prezidentinin 27.07.2023-cü il tarixli 3992 nömrəli Sərəncamı[3] ilə tibb xidməti general-mayoru Elxan Paşa oğlu İbrahimov Azərbaycan Respublikası Müdafiə Nazirliyi Tibb İdarəsi rəisinin müavini vəzifəsindən azad edilərək, hərbi geyim formasını daşımaq hüququ verilməklə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən istefaya buraxılmışdır.