. Love.az

Elxan Ibrahimov - Wikipedia - Love.az

Ana Səhifə - Elxan Ibrahimov

Elxan Paşa oğlu İbrahimov (30 iyul 1969, Bakı) — Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, İkinci Qarabağ müharibəsinin iştirakçısı.

Elxan İbrahimov
Tibb Baş İdarəsi rəisinin müavini
Şəxsi məlumatlar
Doğum tarixi 30 iyul 1969(1969-07-30) (55 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Milliyyəti Azərbaycanlı
Təhsili Azərbaycan Tibb Universiteti
Fəaliyyəti hərbi qulluqçu
Hərbi xidmət
Mənsubiyyəti general-mayor
Döyüşlər
  • İkinci Qarabağ müharibəsi
Rütbəsi
General-mayor

Təltifləri
"Azərbaycan Respublikasının əməkdar həkimi" fəxri adı
3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 20202020 "Hərbi xidmətlərə görə" medalı — 20112011 "Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı" medalı "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı "Hərbi xidmətdə fərqlənməyə görə" 2-ci dərəcəli medalı "Hərbi xidmətdə fərqlənməyə görə" 1-ci dərəcəli medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı

Mündəricat

  • 1 Həyatı
  • 2 Fəaliyyəti
    • 2.1 Xüsusi və hərbi xidmət
    • 2.2 İkinci Qarabağ müharibəsində iştirakı
    • 2.3 Həqiqi hərbi xidmətdən istefaya buraxılması
  • 3 Təltifləri
    • 3.1 Azərbaycan Respublikasının Prezidenti tərəfindən verilmiş təltiflər
    • 3.2 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş təltiflər
    • 3.3 Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilmiş təltiflər
  • 4 İstinadlar

Həyatı

redaktə

1976–1986-cı illərdə Bakı şəhəri 167 nömrəli orta məktəbə təhsil alıb və məktəbi fərqlənmə ilə (medalla) bitirib.

1986-cı ildə "N. Nərimanov" adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olub və 1992-ci ildə həmin İnstitutu müalicə işi ixtisası üzrə bitirib.

Ona 15.08.2022-ci il tarixdə "Azərbaycan Respublikasının Müharibə veteranı" adı verilmiş, müvafiq vəsiqə təqdim edilmişdir.

Ailəlidir, 3 övladı var.

Fəaliyyəti

redaktə

Xüsusi və hərbi xidmət

redaktə

Elxan İbrahimova 15.11.2000-ci ildə tibb xidməti leytenantı hərbi rütbəsi verilməklə o, 16.09.2003-cü il tarixədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 1 saylı Poliklinikasında xidmətə başlayıb.

2003–2013-cü illərdə Azərbaycan Respublikası Daxili Qoşunlarının Baş İdarəsinin Hərbi-həkim Komissiyasının sədri, 06.12.2013-cü il tarixdən 12.03.2020-ci il tarixədək Tibb Baş İdarəsi rəisinin müavini – Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının rəisi (komissiyanın sədri), 12.03.2020-ci il tarixdə Müdafiə Nazirliyi Tibb Baş İdarəsi rəisinin müavini vəzifələrində xidmət edib.

Azərbaycan Respublikası Prezidentinin 09.04.2021-ci il tarixli 2568 nömrəli Sərəncamı ilə "tibb xidməti general-mayoru" ali hərbi rütbəsi verilmişdir.[1]

İkinci Qarabağ müharibəsində iştirakı

redaktə

10.06.2020-ci il tarixdən 26.02.2021-ci il tarixədək İkinci Qarabağ müharibəsində Tibb Baş İdarəsinin rəisi kimi xəstə və yaralıların vaxtında təxliyəsi və ilkin tibbi yardımın təşkilində Ordunun tibb xidmətinə rəhbərlik edib.

AZƏRTAC İnformasiya Agentliyinin 06.01.2021-ci ilı tarixli verilişində Tibb Xidməti rəisi vəzifəsini icra edən Elxan İbrahimov hərbi şəraitdə tibb xidmətinin təşkili barədə ictimaiyətə geniş məlumat vermiş, eyni zamanda hərbi reabilitasiya mərkəzinin işini işıqlandırmışdır.[2]

Həqiqi hərbi xidmətdən istefaya buraxılması

redaktə

Azərbaycan Respublikası Prezidentinin 27.07.2023-cü il tarixli 3992 nömrəli Sərəncamı[3] ilə tibb xidməti general-mayoru Elxan Paşa oğlu İbrahimov Azərbaycan Respublikası Müdafiə Nazirliyi Tibb İdarəsi rəisinin müavini vəzifəsindən azad edilərək, hərbi geyim formasını daşımaq hüququ verilməklə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən istefaya buraxılmışdır.

Təltifləri

redaktə

Azərbaycan Respublikasının Prezidenti tərəfindən verilmiş təltiflər

redaktə
  • Azərbaycan Respublikası Prezidentinin 09.03.2011-ci il tarixli 1387 nömrəli Sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı;[4]
  • Azərbaycan Respublikası Prezidentinin 24.07.2015-ci il tarixli 1291 nömrəli Sərəncamı ilə "Əməkdar həkim" fəxri adı;[5]
  • Azərbaycan Respublikası Prezidentinin 15.12.2020-ci il tarixli 2348 nömrəli Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni.[6][7]

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş təltiflər

redaktə
  • Azərbaycan Respublikası Prezidentinin adından daxili işlər nazirinin 07.03.2005-ci il tarixli Əmri ilə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı;
  • daxili işlər nazirinin 29.06.2011-ci il tarixli Əmri ilə "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı;
  • daxili işlər nazirinin 05.11.2013-cü il tarixli Əmri ilə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918–2013)" yubiley medalı.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilmiş təltiflər

redaktə
  • müdafiə nazirinin 25.06.2016-cı il tarixli Əmri ilə "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı;
  • müdafiə nazirinin 26.06.2016-cı il tarixli Əmri ilə "Hərbi xidmətdə fərqlənməyə görə" 2-ci dərəcəli medalı;
  • müdafiə nazirinin 26.06.2018-ci il tarixli Əmri ilə "Hərbi xidmətdə fərqlənməyə görə" 1-ci dərəcəli medalı;
  • müdafiə nazirinin 26.06.2018-ci il tarixli Əmri ilə "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı;
  • müdafiə nazirinin 26.06.2021-ci il tarixli Əmri ilə "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı;
  • müdafiə nazirli tərəfindən 2021-ci ildə "İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) Aparatı və Müdafiə Nazirliyi arasında səmərəli əməkdaşlığa görə" Fəxri Fərman.[8]

İstinadlar

redaktə
  1. ↑ Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). 2024-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-04.
  2. ↑ Azərtac. "Azertac Agentliyinin reportajı". 2024-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-04.
  3. ↑ Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2025-02-17.
  4. ↑ Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). 2024-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-04.
  5. ↑ Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). 2024-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-04.
  6. ↑ Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). 2022-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-04.
  7. ↑ "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2023-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-05.
  8. ↑ "Instagram". www.instagram.com. 2024-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-04.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Elxan_İbrahimov&oldid=8035712"
LOVE.AZ