. Love.az

Elxan Nuriyev Cografiyaci - Wikipedia - Love.az

Ana Səhifə - Elxan Nuriyev Cografiyaci

Elxan Nuriyev Balahəsən oğlu (d.1947-ci il iyunun 6-da Şamaxı rayonunun Göylər kəndi) — dosent, professor.

Elxan Nuriyev
Elxan Nuriyev Balahəsən oğlu
Doğum tarixi 6 iyun 1947 (77 yaş)
Doğum yeri Göylər, Şamaxı rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Atası Balahəsən Nuriyev
Elmi dərəcəsi professor
Təhsili Azərbaycan Dövlət Universiteti
Mükafatları

Mündəricat

  • 1 Həyatı
  • 2 Elni fəaliyyəti
  • 3 Elmi əsərləri
  • 4 Kitablar
  • 5 Həmçinin bax
  • 6 Xarici keçidlər
  • 7 İstinadlar

Həyatı

redaktə

1947-ci ildə Şamaxı rayonunun Göylər kəndində anadan olmuşdur.1964-cü ildə Göylər kənd onbirillik məktəbini, 1969-cu ildə Azərbaycan Dövlət Universitetinin Geoloji-coğrafiya fakültəsinin Coğrafiya bölməsinin bitirmişdir.

Elni fəaliyyəti

redaktə
  • 1976-cı ildə AMEA-nın Coğrafiya İnstitutunun Xəritəçilik və coğrafi adlar (toponimika) şöbəsində işləmişdir.
  • 1983-cü ildə “Şəki-Zaqatala zonasının yaşayış məntəqəsi adlarının tədqiqi” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
  • 1985-ci ildə baş elmi işçi, sektor müdiri olmuşdur.
  • 1990-cı ildən Bakı Dövlət Universitetinin “Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm” kafedrasının dosentidi.
  • 2001-ci ildən Beynəlxalq Eko-Enerji Akademiyasının professorudur.
  • 2005-ci ildən BDU-nin Coğrafiya fakültəsində Hümanitar və Sosial məsələlər üzrə dekan müavini vəzifəsində çalışır.“Coğrafi reallığın Azərbaycan toponimiyasında tədqiqi” mövzusunda doktorluq dissertasiyası işini tamamlamışdır.

[1]

Elmi əsərləri

redaktə

E.B.Nuriyev 100-ə qədər elmi əsərin, o cümlədən monoqrafiya, dərslik, metodik göstərişin və s. müəllifidir. “Azərbaycan toponimləri” (1999-cu il) ensklopedik lüğətin əsas müəlliflərindən biridir. Elmi əsərlərə toponimikaya, dünyanın iqtisadi və siyasi coğrafiyasına, turizmə həsr edilmişdir. E.B.Nuriyev bir çox elmi simpoziumlarda, konfranslarda, Coğrafiya Cəmiyyətlərinin qurultaylarında çıxışlar etmişdir. Dəfələrlə BDU-nin, Azərbaycan Təhsil Nazirliyinin Fəxri Fərmaları ilə təltif edilmişdir.

  • 2015, Гидронимы Северо-Восточно го Азербайджана
  • 2015, Kadrların hazırlanmasında topo nimik materiallardan istifadənin əhəmiyyəti
  • 2015, Rekreasiya sisteminin ərazi təşkili
  • 2008,Turizm səyahətlərində toponimik materiallardan istifadə
  • 2008, Azərbaycanda maldarlıq təsərrüfatını əks etdirən bəzi toponimlər
  • 2007, Rekreasiya ehtiyatları və onların qiymətləndirilməsi
  • 2007, Azərbaycan Respublikasında kənd turizminin imkanları və inkişaf perspektivləri
  • 2007, Azərbaycanda kənd turizminin inkişaf perspektivləri
  • 2007, Azərbaycanın coğrafi adları adlları qədim mənbələrdə
  • 2007, Oykonimlərin yaranmasında əhali miqrasiyasının rolu
  • 2005, Şamaxı rayonunun sosial-iqtisadi inkişafında turizm imkanları
  • 2005, Miqrasion paralel toponimlər
  • 2005, Beynəlxalq turizmin dünya iqtisadiyyatında yeri[2]

Kitablar

redaktə
  • 2000, Azərbaycan Xalq coğrafi terminlər
  • 1988, Azərbaycan SSR-in Şəki-Zaqatala zonasının toponimiyası

Həmçinin bax

redaktə
  • Dadaş Ələsgərov
  • Tapdıq Həsənov

Xarici keçidlər

redaktə

Elxan Nuriyev

İstinadlar

redaktə
  1. ↑ B.Budaqov. Azərbaycan coğrafiyaçı alimləri "Elm" məşriyyatı
  2. ↑ "Elxan Nuriyev". 2020-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-21.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Elxan_Nuriyev_(coğrafiyaçı)&oldid=7144182"
LOVE.AZ