. Love.az

Elxan Qehreman - Wikipedia - Love.az

Ana Səhifə - Elxan Qehreman

Elxan Cahangir oğlu Qəhrəman (22 aprel 1965, Bakı) — Azərbaycan Respublikası Küveyt Dövlətində Fövqəladə və Səlahiyətli Səfiri (2016—2022), diplomat.

Elxan Cahangir oğlu Qəhrəman
Azərbaycan Respublikasının
Küveyt Dövlətində Fövqəladə və Səlahiyətli Səfiri
27 yanvar 2016[1] – 19 avqust 2022[2]
ƏvvəlkiTural Rzayev
Azərbaycan Respublikasının
BƏƏ-də Fövqəladə və Səlahiyətli Səfiri
2009 – 2015
Şəxsi məlumatlar
Doğum tarixi 22 aprel 1965 (60 yaş)
Doğum yeri Bakı şəhəri
Təhsili Bakı Dövlət Universiteti

Mündəricat

  • 1 Həyatı
  • 2 Mənbə
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Həyatı

redaktə

Elxan Cahangir oğlu Qəhrəman 1965-ci il aprelin 22-də Bakı şəhərində anadan olmuşdur. 1989 – Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirmişdir.

2000-ci ildə Vyana Diplomatik Akademiyasını[ing.] bitirmişdir.

1989-1991-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası jurnalının Baş Redaktoru vəzifəsində çalışmişdır.

1991-1995-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində İkinci katib vəzifəsində çalışmişdır. 1995-1997-ci illərdə Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyində İkinci katib vəzifəsində çalışmişdır. 1997-1998-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində İkinci katib vəzifəsində çalışmişdır.

1998-1999-cu illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində Birinci katib vəzifəsində çalışmişdır. 1999-2001-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində Şöbə müdiri vəzifəsində çalışmişdır.

2001-2006-cı illərdə Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliyindəki Səfirliyində Birinci katib vəzifəsində çalışmişdır. 2006-cı ildə Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliyindəki Səfirliyinin Dubaydakı Ofisində Konsul vəzifəsinə təyin olunmuşdur.

2006-2007-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində Şöbə müdiri vəzifəsində çalışmişdır.

2007-2009-cu illərdə Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliyindəki Səfirliyində Müvəqqəti İşlər Vəkili vəzifəsində çalışmişdır.

2009-2015-ci illərdə Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliyində Fövqəladə və Səlahiyyətli Səfiri.

2016-2022-cı illərdə Azərbaycan Respublikasının Küveyt Dövlətində Fövqəladə və Səlahiyyətli Səfiri.

Xarici dillərdən ingilis, rus və türk dillərini bilir.

Evlidir, bir övladı var.

Mənbə

redaktə
  • Azərbaycan Respublikasının Küveyt Dövlətində Fövqəladə və Səlahiyətli Səfiri Arxivləşdirilib 2019-04-17 at the Wayback Machine

İstinadlar

redaktə
  1. ↑ "E.C.Qəhrəmanovun Azərbaycan Respublikasının Küveyt Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında". 2022-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-28.
  2. ↑ "E.C.Qəhrəmanın Azərbaycan Respublikasının Küveyt Dövlətində fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında". 2022-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-28.

Xarici keçidlər

redaktə
  Vikianbarda Elxan Qəhrəman ilə əlaqəli mediafayllar var.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Elxan_Qəhrəman&oldid=6907894"
LOVE.AZ