. Love.az

Emil Edde - Wikipedia - Love.az

Ana Səhifə - Emil Edde

Emil Edde (ərəb. إميل أده‎; 5 may 1883[2], Dəməşq – 27 sentyabr 1949[3][2]) — Livanlı maruni siyasətçi. Livanın baş naziri və prezidenti olmuşdur.

Emil Edde
ərəb. إميل أده‎‎
Livan prezidenti
Şəxsi məlumatlar
Doğum tarixi 5 may 1883
Doğum yeri Dəməşq, Suriya
Vəfat tarixi 27 sentyabr 1949 (66 yaşında)
Təhsili
  • Müqəddəs İosif Universiteti[d] (–1900)[1]
İxtisası Hüquq
Fəaliyyəti siyasətçi, vəkil
Uşaqları 3 (Raymond Eddé, Pierre Eddé daxil olmaqla)
Dini xristianlıq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Erkən həyatı
  • 2 Hərbi xidməti
  • 3 Baş nazirliyi
  • 4 Prezidentliyi
  • 5 İstinadlar
  • 6 Xarici keçidlər

Erkən həyatı

redaktə

Emil Edde 1883-cü (bəzi mənbələrə görə 1886-cı) ildə Dəməşqdə dünyaya gəlmişdir. Babası və atası Fransa konsulluğunda tərcüməçi işləyirdilər. Orta təhsilini Beyrutdakı yezuitlər məktəbində almış, 1902-1909-cu illərdə Eks-an-Provansda yaşamışdır. Atasının səhhəti ilə əlaqədar Beyruta qayıtmalı olmuş və orada vəkil kimi çalışmışdır. 1913-cü ildə Raymon, 1917-ci ildə Andre, 1921-ci ildə Pyer adlı oğulları dünyaya gəlmişdir.

Hərbi xidməti

redaktə

Birinci Dünya müharibəsi zamanı Misir cəbhəsində vuruşmuş Emil Edde Fransa ordusunun suriyalı və livanlı könüllülərdən ibarət Şərqi Legionunun (Légion d’Orient) yaradıcılarından biri olmuşdur. Sözügedən legion Livan hərbi qüvvələrinin təməli sayılır.

Baş nazirliyi

redaktə

11 oktyabr 1929-cu ildə 25 mart 1930-cu ilə qədər Edde Livanın baş naziri vəzifəsində çalışmışdır.

Prezidentliyi

redaktə

1936-cı ildə Edde Milli blok adlı siyasi partiya yaradaraq ona rəhbərlik etməyə başladı. Elə həmin il Livan prezidenti oldu. 1941-ci ildə Vişi hökumətinin siyasətinə etiraz olaraq istefa etdi.

1943-ci ildə Livanın müstəqillik qazanmasından sonra 11 gün ərzində (11-22 noyabr) yenidən prezident vəzifəsini icra etmişdir.

İstinadlar

redaktə
  1. ↑ Hallak H. موقع يا بيروت: آل إدِّه.
  2. ↑ 1 2 Emile Eddé // Roglo. 1997.
  3. ↑ Bibliothèque nationale de France Émile Eddé // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.

Xarici keçidlər

redaktə
  • Profiles of Lebanon's presidents since independence Arxivləşdirilib 2016-03-03 at the Wayback Machine
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Emil_Edde&oldid=7906092"
LOVE.AZ