Enrike Mateos Mansebo (isp. Enrique Mateos Mancebo; 15 iyul 1934[1], Madrid – 6 iyul 2001[2], Sevilya) — hücumçu mövqeyində oynamış İspaniya futbolçusu.
Enrike Mateos | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Ümumi məlumatlar | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | 15 iyul 1934(1934-07-15)[1] | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vəfat tarixi | 6 iyul 2001(2001-07-06)[2] (66 yaşında) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vəfat yeri | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | İspaniya | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Boyu | 167 sm | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Mövqeyi | hücumçu | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Karyerası | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
O, La Liqada "Real Madrid", "Sevilya" və "Betis" kimi klubları təmsil edərək 123 oyuna 48 qol vura bilmişdir.
Madriddə anadan olan Enrike təhsilini "Real Madrid" klubunun məktəbində bitirdi. O, klubda keçirdiyi 8 il ərzində əsasən ehtiyat oyunçu qismində çıxış edirdi və bu müddət ərzində 13 əsas titul qazanmışdır. Onun ən uğurlu La Liqa mövsümü 1956–57 təsadüf etdi, həmin çempionluq mövsümündə o, 21 oyuna 14 qol vurmağı (karyerasının ən yaxşı nəticəsi) bacarmışdır. O, Çempionlar Kubokunda keçirdiyi 16 oyuna 9 qol vurmuş və dörd dəfə turnirin qalibi olmuşdur.[3][4]
Mateos "merinqlər"i 1961-ci ilin yayında tərk etdi və ümumlikdə 93 oyuna 50 qol vurmuşdur.[4] Daha sonra o, ölkəsinin "Sevilya", "Rekreativo", "Real Betis" və "Ximnastika Torrelaveqa" klublarında çıxış etdi. "Sevilya"nın heyətində oynayarkən o, karyerası boyu sağalmayacağı zədə aldı. 37 yaşında karyerasını bitirənə qədər o, həmçinin Şimali Amerika Futbol Liqasının "Klivlend Stokers" klubunda[5] və Cənubi Afrikanın "İst London Seltik" klubunda oynadı.
Sonradan Mateos təxminən iyirmi il məşqçi olaraq çalışdı. Peşəkar səviyyədə qazandığı ən böyük müvəffəqiyyət "Kadis" klubunu tarixində ilk dəfə üst liqaya çıxarması oldu, lakin növbəti mövsüm Andalusiyalılar geri aşağı divizyona qayıtdıqları üçün istefaya göndərildi.[6]
Mateos 4 il ərzində İspaniya millisinin heyətində 8 oyunda iştirak etdi. O, 31 mart 1957-ci ildə Belçika millisinə qarşı ilk yoldaşlıq oyununda qol vurmağı bacardı, oyun 5–0 ispaniyalıların xeyrinə başa çatdı.[7]
Mateos, 67 yaşı olmasından iki həftə əvvəl, 6 iyul 2001-ci ildə Seviliyada öldü.[8]
Real Madrid