. Love.az

Enstatit - Wikipedia - Love.az

Ana Səhifə - Enstatit

Enstatit – Mg2 [Si2O6] — rombik sinqoniya. Rast gəlmə tezliyi şkalası: hər yerdə rast gələn.

Enstatit
Ümumi məlumatlar
Kateqoriya Mineral
Formul
(təkrarlanan vahid)
Mg₂Si₂O₆[1]
Strunz təsnifatı VIII/D.02[2]
Xüsusiyyətləri
Kristalloqrafik sinqoniya rombik[d][3]
Zolaq rəngi boz
Sıxlıq 3,2 ± 0,1 q/sm³
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Növ müxtəliflikləri
  • 2 Xassələri
  • 3 Mənşəyi və yayılması
  • 4 İstinadlar
  • 5 Mənbə
  • 6 Xarici keçidlər

Növ müxtəliflikləri

redaktə

Bronzit – tərkibində 5–14 % FeO olan tuncu çalarlı enstatit; viktorit – meteorit enstatiti.

Xassələri

redaktə

Rəng – müxtəlif çalarlı yaşıl, bozumtul-ağ, boz, sarı, qonur; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – təzə kəsikdə şüşədən sədəfiyədək; Şəffaflıq – yarımşəffaf; Sıxlıq – 3,2–3,5; Sərtlik – 5–6; Kövrəkdir; Ayrılma – {210} üzrə ~ 88° bucaq altında orta; Sınıqlar – pilləli; Morfologiya – kristallar: prizmatik, bəzən lövhəvari; İkiləşmə: nadir hallarda {101} üzrə; Mineral aqreqatları: sıx, dənəvər.

Mənşəyi və yayılması

redaktə

Mg ilə zəngin olan ultraəsası süxurlar – peridotit, piroksenit, harsburqit və lertsolitlər üçün səciyyəvi olan tipik maqmatik mineraldır. Əsasi süxürların – qabbro və qabbro-noritin mühüm süxurəmələgətirən mineralıdır. Effuziv əmələgəlmələrin – bazaltların və andezitlərin adi mineralıdır. Peqmatitlərdə də tapılmışdır. Enstatitin kontakt-metasomatik əmələgəlmələri məlumdur. Meteoritlərdə də aşkar edilmişdir: daş meteoritlərin əsas minerallarından biridir. Birlikdə rast gəldiyi minerallar: olivin, diopsid, serpentin, apatit, xromit, qranat, spinel və b. Mineralın tapıldığı yerlər: dünyanın bir çox regionlarında geniş yayıl-mışdır: Telemarken (Norveç); Tili-Foster (ABŞ) və b. Azərbaycanda Kiçik Qafqazın serpentinitlərində, Konqur-Alangöz intruzivinin cənub-qərb hissəsinin kontakt oreolunda və b. məntəqələrdə qeyd edilir.

İstinadlar

redaktə
  1. ↑ International Mineralogical Association - Commission on new minerals, nomenclature and classification The IMA List of Minerals (November 2022). 2022.
  2. ↑ Strunz K. H., Tennyson C. Mineralogische Tabellen : Eine Klassifizierung der Mineralien auf kristallchemischer Grundlage, mit einer Einfuhrung in die Kristallchemie. 8 Leypsiq: Akademische Verlagsgesellschaft, 1982.
  3. ↑ mineralienatlas.de (ing.).

Mənbə

redaktə
  • Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.

Xarici keçidlər

redaktə
  • THE MINERAL ENSTATITE
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Enstatit&oldid=7422740"
LOVE.AZ