. Love.az

Epipactis Palustris - Wikipedia - Love.az

Ana Səhifə - Epipactis Palustris

Epipactis palustris (lat. Epipactis palustris) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin mürgəkotu cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU B1ab(iii)+2ab(iii). Azərbaycanın nadir növüdür.

Epipactis palustris
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çiçəkli bitkilər
Klad:
Birləpəlilər
Dəstə:
Qulançarçiçəklilər
Fəsilə:
Səhləbkimilər
Yarımfəsilə:
Epidendrumkimilər
Triba:
Neottieae
Cins:
Mürgəkotu
Növ:
Epipactis palustris
Beynəlxalq elmi adı
  • Epipactis palustris Crantz
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  565168
NCBI  210730
EOL  1098340

Mündəricat

  • 1 Qısa morfoloji təsviri
  • 2 Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri
  • 3 Yayılması
  • 4 Məhdudlaşdırıcı amillər
  • 5 Mühafizə tədbirləri
  • 6 İstinadlar
  • 7 Həmçinin bax

Qısa morfoloji təsviri

redaktə

Çoxillik ot bitkisidir. Kökümsovları böyük deyil, sürünəndir, qalınlığı 1 sm-ə qədərdir. Gövdəsinin hündürlüyü 40-70 sm-dir. Alt yarpaqları uzunsov, uzunluğu 4-sm-ə qədərdir. Yuxarıdakılar lansetşəkilli, sivri, tədricən çiçəkaltlığına keçir. Çiçək qrupu çoxçiçəkli salxım şəklindədir. Çiçəkləri aşağı əyilmişdir. Çiçık dodağının uzunluğu 1-1,2 sm, cılpaq, çiçək yanlığının üst yarpaqları uzundur və ya onlara bərabərdir, ağımtıldır, qırmızımtıl zolaqlarla, onun daxili hissəsi az çökükdür, daxildən oturaq, narıncı-ziyilli, kənarları xarici tərəfdən itidişlidir.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

redaktə

İyun-iyul (avqust) aylarında çiçəkləyir. Ovalıqdan orta dağ qurşağına qədər rütubətli yerlərdə, kölgəli meşə və kolluqlarda rast gəlinir.

Yayılması

redaktə

Böyük Qafqazın Quba hissəsində, Kür düzənliklərində, Kiçik Qafqazın şimalında Naxçıvanın dağlıq hissəsində rast gəlinir.

Populyasiyası nadirdir, fraqmentləşmiş sahənin və yaşayış mühitinin keyfiyyətinin davamlı surətdə azalması müşahidə olunur.

Məhdudlaşdırıcı amillər

redaktə

İqlim, otarılma və tapdalanma.

Mühafizə tədbirləri

redaktə

Mühafizəsi üçün xüsüsi tədbirlər aparılmır. Yayılma yerlərində antropogen təsirləri azaltmaq məqsədi ilə yasaqlıqların təşkili, populyasiya səviyyəsində genetik tədqiqi, toxumlarının toxum bankında saxlanılması, bərpasının təmin edilməsi, yeni yayılma yerlərinin axtarılması təklif olunur.

İstinadlar

redaktə

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Epipactis_palustris&oldid=7220000"
LOVE.AZ