. Love.az

Ernesto Moneta - Wikipedia - Love.az

Ana Səhifə - Ernesto Moneta

Ernesto Teodoro Moneta (20 sentyabr 1833[1][2][…], Milan – 30 yanvar 1918[1][2][…], Milan) — bir İtalyan jurnalisti, millətçi, inqilabçı, pasifist və Nobel Sülh mükafatı laureatı.

Ernesto Moneta
Doğum tarixi 20 sentyabr 1833(1833-09-20)[1][2][…]
Doğum yeri
  • Milan, Lombardiya-Venesiya krallığı, Avstriya imperiyası
Vəfat tarixi 30 yanvar 1918(1918-01-30)[1][2][…] (84 yaşında)
Vəfat yeri
  • Milan, Milan əyaləti, Lombardiya, İtaliya krallığı
Vəfat səbəbi ağciyər iltihabı
Təhsili
  • Milan
Fəaliyyəti jurnalist, yazıçı, hərbi qulluqçu
Mükafatları Nobel mükafatı Nobel sülh mükafatı (1907-ci il)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

In varietate unitas şüarını qəbul etdi,daha sonra Avropa birliyinin şüarına çevrildi.

Həyatı

redaktə
 
Ernosto Monetanın, Milanda,Porta Veneziya bağlarındakı,abidəsi.Üzərində həkk olunub:"Ernesto Teodoro Moneta,qaribaldiçi, mütəfəkkir,jurnalist, azad insanlar arasında barış həvarisi"

15 yaşında Moneta "Milanın beş günü"ndə iştirak etdi (1848-ci il, Avstriya rəhbərliyinə qarşı qiyam). Daha sonra İvreyadaki hərbi akademiyaya daxil oldu. 1859-cu ildə Cüzeppe Qaribaldinin Min nəfərin ekspedisiyasına qatıldı və 1866-cı ildə avstriyalılara qarşı İtalyan ordusu sıralarında döyüşdü.

Daha sonra güclü İtalyan millətçisi olmasına baxmayaraq beynəlxalq barış fəalına çevrildi.

1867-1896-cı illər arasında Eduardo Sonzoqno tərəfindən nəşr olunan Milan demokratik qəzetinin (Il Sekolo) redaktoru oldu.

1887-ci ildə Lombard Barış və Arbitraj dərnəyini (Unione Lombarda per la Pace e l'Arbitrato) qurdu,hansı ki,silahsızlanmağı təbliğ etdi və Millətlər İttifaqının və Daimi Arbitraj Məhkəməsinin yaradılmasına səy göstərdi. 1907-ci ildə Lui Reno ilə Nobel Sülh mükafatı laureatı oldu.

Ömrünün son illərində millətçi inanclarını pasifist inanclardan üstün tutan Ernesto Moneta,1912-ci ildə İtaliya-Osmanlı müharibəsinə və 1915-ci ildə İtaliyanın Birinci Dünya müharibəsinə daxil olmasına ictimai dəstək verdi.

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 Ernesto Teodoro Moneta // Encyclopædia Britannica (ing.).
  2. ↑ 1 2 3 4 Ernesto Teodoro Moneta // Brockhauz Ensiklopediyası (alm.).

Xarici keçidlər

redaktə
  Vikisitatda Ernesto Moneta ilə əlaqədar sitatlar var.
  • Società per la pace e la giustizia internazionale. Ernesto Teodoro Moneta tərəfindən təsis edilmişdir (ing.)
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Ernesto_Moneta&oldid=6552533"
LOVE.AZ