Ervand Sevortyan (22 oktyabr (4 noyabr) 1901[1], Yalta, Rusiya imperiyası – 23 mart 1978[1], Moskva) — Sovet türkoloqu, etimoloqu, pedaqoq, filologiya elmləri doktoru, professor, RSFSR-in əməkdar elm xadimi. Türk dillərinin etimoloji sözlükləri içində ən irihəcmli və ən əsaslı etimoloji sözlüyün müəllifidir.
Ervand Sevortyan | |
---|---|
Ervand Vladimiroviç Sevortyan | |
![]() | |
Doğum tarixi | 22 oktyabr (4 noyabr) 1901[1] |
Doğum yeri | |
Vəfat tarixi | 23 mart 1978(1978-03-23)[1] (76 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı |
![]() |
Elm sahələri | Müqayisəli dilçilik, etimologiya, türkologiya |
Elmi dərəcəsi |
|
Elmi adı |
|
İş yerləri | |
Təhsili | |
Üzvlüyü |
|
Mükafatları |
![]() ![]() |
1901-ci ildə dünyaya göz açıb, 1930-cu ildə Simferopoldakı Krım Pedaqoji İnstitutunu bitirir. Daha sonra Moskva Dilçilik Elmi-Tədqiqat İnstitutunda aspiranturanı başa vurub həmin institutda elmi işçi kimi çalışır, bir neçə il türk dilləri bölməsinin müdiri olub. Eyni zamanda pedaqoji fəaliyyətlə məşğul olub: Moskva Fəlsəfə, Ədəbiyyat və Tarix İnstitutunda, Moskva Şərqşünaslıq İnstitutunda, Moskva Dövlət Universitetində, Xarici Dillər İnstitunda dərs deyib. 1957-ci ildə "Azərbaycan ədəbi dilində affiksal (şəkilçi köməkliyi ilə) feildüzəltmə" mövzüsunda doktorluq işini müdafiə edir. 1958-ci ildə "Türk dillərinin etimoloji sözlüyü"nün (8 cilddə, 1978–2008) üzərində işlərə başlayır. Sözlüyün I cildinin dərc edilməsi, II–IV cildlərin çapa hazırlanması Sevortyan tərəfindən görülür, ölümündən sonra iş həmkarları tərəfindən davam etdirilir.[2]
Türk Dil Qurumunun müxbir üzvü olub (1957).[3]