. Love.az

Etibar Etibarli - Wikipedia - Love.az

Ana Səhifə - Etibar Etibarli

Etibar Etibarlı (2 aprel 1951— 7 may 2019, Bakı) şair-publisist, jurnalist, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, Rəsul Rza adına ədəbi mükafatın laureatı, Prezident təqaüdçüsü.[1]

Etibar Etibarlı
Etibar Zəki oğlu Aslanov
Doğum tarixi 2 aprel 1951
Doğum yeri Kürdəmic, Şamaxı rayonu
Vəfat tarixi 7 may 2019 (68 yaşında)
Vəfat yeri Bakı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili M. F. Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutu
Tanınır yazıçı-publisist
Mükafatları "Rəsul Rza" mükafatı

Mündəricat

  • 1 Həyat və fəaliyyəti
    • 1.1 Bədii fəaliyyəti
    • 1.2 Ölümü
  • 2 Mükafatları
  • 3 İstinadlar

Həyat və fəaliyyəti

redaktə

Etibar Etibarlı 2 aprel 1951-ci ildə Şamaxı rayonunun Kürdəmic kəndində (indiki Əhmədli) anadan olmuşdur. 1968-ci ildə S. M. Qənizadə adına Şamaxı şəhər 1 saylı orta məktəbi bitirmişdir. Bir müddət "Yeni Şirvan" rayon qəzetində işləmiş , sonra isə AzTV-nin "Gənclik" redaksiyasının "Yekun" jurnalında ştatdankənar kiçik redaktor kimi fəaliyyət göstərmişdir. Uşaq yaşlarından şeirə həvəs göstərmişdir. 1974-cü ildə M. F. Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunu (indiki Slavyan Universiteti) bitirib, rayonda müəllim işləmişdir.[2]

Bədii fəaliyyəti

redaktə

İlk şeirləri hələ məktəbliykən "Göyərçin" jurnalında və rayon qəzetində dərc olunmuşdur. "Ulduz" jurnalının 1969-cu il 10-cu nömrəsində şair Nəbi Xəzri onun haqqında "Uğurlu yol" məqaləsi yazmış, onu ümidverən bir gənc şair kimi ədəbi aləmə təqdim etmiş:

  " Qoy, Etibar Etibarlı şeirə və sənətə ikiqat etibarlı olsun!"  

Etibar Etibarlının isə həmin nömrədə iki səhifə həcmində şeirləri çap olunmuşdur. 1975-ci ildə "Molodyoj Azerbaydjana" qəzetinin Şamaxı və Ağsu rayonları üzrə ştatdankənar müxbiri olmuşdur. Sonrakı uzun illər ərzində isə jurnalist kimi rəsmi mətbuat orqanlarında, o cümlədən dəvət aldığı keçmiş "Kommunist" qəzetində, daha sonra "Xalq qəzeti", "Mülkiyyət", "Respublika" kimi rəsmi qəzetlərdə, həmçinin AzərTAc-da (Dövlət İnormasiya Agentliyində) işləmişdir. Bu illər ərzində o, müxtəlif mövzularda müxtəlif səpgili yüzlərlə məqalə, oçerk və felyeton yazmış və yazıçı-publisist kimi də tanınmışdır.[3]

Etibar Etibarlı yüzlərlə şeirin, bir çox poemaların, M. Müşfiq haqqında "Gözdən yaş çıxarmı ürək yanmasa?" pyesinin, həmçinin şeir kitablarının müəllifidir. O, həm də epik-lirik poemalar müəllifi kimi tanınır "Nisgil", "Taleyimdən keçənlər (irihəcmli), "Bir gecənin poeması", "Ağdama gedən yol","Dan üzü ağaranda" (Çanqqala döyüşünün 100 illiyinə həsr olunmuş), "Dünya dağılacaq" (Dialoq-poema) və s. kimi poemaları oxuculara bəllidir. Etibarlı mediada, qəzet və jurnallarda həm də bir şair-tənqidçi kimi mütəmadi olaraq, kəskin ədəbi-tənqidi məqalər yazmış, ədəbi prosesə öz münasibətini bildirmişdir. O, 1-ci qrup əlil idi , buna baxmayaraq fəaliyyətini davam etdirirdi.[4]

Ölümü

redaktə

Ağır xəstəliklə əlaqədar səkkiz dəfə cərrahi əməliyyata məruz qalsa da, yeddi il çarpayı dustağı olsa da ədəbi yaradıcılığını davam etdirən şair 7 may 2019-cu ildə Bakıda vəfat etmişdir.[1]

Mükafatları

redaktə
  • Rəsul Rza adına ədəbi mükafatın laureatı
  • 2017 — Prezident təqaüdçüsüdür.

İstinadlar

redaktə
  1. ↑ 1 2 "Şair-publisist". 2023-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-07.
  2. ↑ "Şərin axırına çıxan hikkələr". 2019-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-07.
  3. ↑ "ETİBAR ETİBARLI YARADICILIĞI". 2023-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-07.
  4. ↑ ""İRƏLİ GETMƏYƏ TƏPƏRİ" OLAN ŞAİR". 2019-05-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-05-07.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Etibar_Etibarlı&oldid=8052976"
LOVE.AZ