Ektor ("Ettore") Puriçelli Senya (it. Hector "Ettore" Puricelli Seña ;15 sentyabr 1916, Montevideo – 14 may 2001, Roma) — Uruqvay və İtaliya vətəndaşlığı olmuş keçmiş futbolçu. Mövqeyi hücumçu olub.[1] Futbolçu karyerasını bitirdikdən sonra məşqçi kimi işləyib.[2]
Ettore Puriçelli | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
![]() | ||||||||||
Ümumi məlumatlar | ||||||||||
Doğum tarixi | 15 sentyabr 1916(1916-09-15) | |||||||||
Doğum yeri |
|
|||||||||
Vəfat tarixi | 14 may 2001(2001-05-14) (84 yaşında) | |||||||||
Vəfat yeri | ||||||||||
Vətəndaşlığı | ||||||||||
Mövqeyi | hücumçu | |||||||||
Karyerası | ||||||||||
|
||||||||||
![]() |
Karyerasına doğma Montevideonun "Sentral" komandasında başlayıb. Uruqvayda 5 il oynadıqdan sonra Puriçelli İtaliyanın "Bolonya" klubuna gedir. Bu keçid "Bolonya" tarixinin ən yaxşı dövrlərindən birinə təsadüf edir. İlk mövsümdə (1938–1939) Puriçelli 19 qol vuraraq Aldo Boffi ilə birlikdə İtaliya A Seriyasının bombardiri olur. Komandası isə bütun klubları qabaqlayaraq İtaliya çempionu olur. 1940–41 mövsümündə hər şey təkrarlanır, 22 qolla Puriçelli A Seriyasında ən yaxşı snayperi, "Bolonya" isə İtaliya çempionu olur. Puriçelli baş ilə əla oynadığı üçün "Qızıl Baş" ləqəbini alır.
II Dünya Müharibəsindən sonra Puriçelli "Milan" klubuna keçir. "Milan" ilə Seriya A Çempionluğunu və İtaliya kubokunu qazanır.
Daha sonra B Seriyasında yarışan "Lenyano" klubuna keçir və karyerasını orada ilə bitirir.
"Bolonya" ilə A Seriyasında 133 oyun keçirərək 80 qol vurur.
"Milan" ilə A Seriyasında 157 oyunda 55 qol vurur.
"Lenyano"nun heyətində 38 oyunda 25 dəfə fərqlənir..
Futbolçu karyerasını bitirdikdən sonra məşqçi kimi işləyir.[3]