Expressbank — Azərbaycanda fəaliyyət göstərən kommersiya bankı.
Expressbank | |
---|---|
![]() | |
Ümumi məlumatlar | |
Tipi | Açıq Səhmdar Cəmiyyəti |
Sənaye | Bank sektoru |
Məhsulları | Nağd pul krediti, Biznes kreditləri, Express24, Qızıl girovlu kredit, İpoteka krediti, Expresso kredit və debit kartları, Əmanətlər, Pul köçürmələri, Hesablaşma-kassa xidmətləri, Aqro kreditlər, Ekvayrinq xidməti, İnkassasiya xidməti, İnternet bankinq, Əməkhaqqı kartı |
Təsis tarixi | 21 iyun 1989 |
Struktur | |
İşçi sayı | 700-dən çox |
Rəhbərlik | |
Rəhbərlik |
Müşahidə Şurasının sədri Əfqan Cavadov İdarə Heyətinin sədri Mehman Məmmədov |
expressbank.az | |
![]() |
Kommersiya bankı olan "Expressbank" ASC 21 iyun 1989-cu ildə təsis olunmuş və uzun müddət "Azərnəqliyyatbank" adı altında fəaliyyət göstərmişdir. Bank öz fəaliyyətini Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 30 dekabr 1992-ci ildə verilmiş lisenziya əsasında həyata keçirir. Bankın Səhmdarlarının Ümumi Yığıncağının 01 fevral 2010-cu il tarixli qərarı ilə "Azərnəqliyyatbank" ASC-nin adı dəyişdirilərək "Expressbank" ASC adlandırılmışdır. Nizamnaməyə müvafiq dəyişiklik 04 mart 2010-cu ildə dövlət qeydiyyatına alınmışdır.
Expressbank öz fəaliyyət dövründə bir çox uğura imza atmışdır.
Beynəlxalq reytinq agentliyi Fitch Ratings 2024-cü ilin Oktyabr ayında Expressbank-ın reytinqini yenidən qiymətləndirərək, gözlənti stabil olmaqla "B+" səviyyəsinə yüksəldib. Beləliklə, Expressbankın Dayanıqlılıq və Emitentin uzunmüddətli defolt reytinqi B səviyyəsindən B+ səviyyəsinə qalxıb. Bu reytinq ölkə bankları sırasında yüksək nəticələrdən hesab edilir.[1]
2020-ci il üzrə — Expressbank Azərbaycan Banklar Assosiasiyası tərəfindən "Korporativ Sosial Məsuliyyət", "Ən fəal təhsil dəstəkçisi", "Nağdsız ödənişlərin təşviqi" nominasiyaları üzrə mükafatlandırılıb.[2]
Mastercard International
Visa International
SWIFT
ABA (Azərbaycan Banklar Assosiasiyası)
SİF (Sahibkarlığın İnkişafı Fondu)
AKİA (Aqrar Kredit və İnkişaf Agentliyi)
ADİF (Əmanətlərin Sığortalanması Fondu)
Audit komitəsinin sədri — Fuad Məmmədov
Audit komitəsinin müstəqil kənar üzvü — Rüfət Nağıyev
Audit komitəsinin müstəqil kənar üzvü — Esmira Məmmədova
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
Vikianbarda Expressbank ilə əlaqəli mediafayllar var. |