Eyvaz Mövsüm oğlu Hüseynov (15 fevral 1959, Muğanlı, DQMV) — Azərbayacan Respublikası Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı, Birinci Qarabağ müharibəsi veteranı,[1] Aprel döyüşləri iştirakçısı, İkinci Qarabağ müharibəsi iştirakçısı.
Eyvaz Hüseynov | |
---|---|
Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı | |
Vəzifədədir | |
2 iyul 1992-ci ildən | |
Əvvəlki | Vəzifə təsis edildi. |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 15 fevral 1959(1959-02-15) (66 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | dövlət xadimi |
Hərbi xidmət | |
Döyüşlər |
Birinci Qarabağ müharibəsi Aprel döyüşləri İkinci Qarabağ müharibəsi |
|
|
Təltifləri |
![]() ![]() |
Eyvaz Hüseynov 15 fevral 1959-cu ildə Azərbaycan Respublikası Xocavənd (keçmiş Martuni) rayonunun Muğanlı kəndində anadan olmuşdur. 1976-cı ildə Xocavənd rayon Kuropatkin kənd tam orta məktəbini bitirmişdir. 1976-cı ildə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutuna daxil olmuş, 1981-ci ildə həmin institutun "Elektron hesablayıcı maşınları" fakültəsini bitirərək, mühəndis –sistemotexnik ixtisasına yiyələnmişdir[1].
Ailəlidir, 3 övladı var.
1981-ci ildə Bakı radio zavodunda mühəndis, 1988-ci ildə Xocavənd rayonu Muğanlı kənd "Səməd Vurğun" adına kolxozda Baş mühasib, 1990-cı ildə Muğanlı kənd Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri vəzifələrində işləmişdir. 2 iyul 1992-ci il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir. Birinci Qarabağ müharibəsi veteranıdır. 1988-ci ildə Xocavənd özünümüdafiə dəstəsini yaratmış, həmin dəstənin komandiri olmuşdur. Torpaqların müdafiəsi uğrunda erməni separatçılarına qarşı aparılan döyüşlərdə dəfələrlə yaralanmışdır. Xocavənd istiqanətində aparılan bir çox döyüş əməliyyatlarına rəhbərlik etmişdir. 2016-cı il Aprel döyüşlərində və İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Azərbaycan Respublikasının nüfuzlu kütləvi informasiya vasitələrində, ictimai siyasi mövzuda araşdırma xarakterli məqalələri dərc olunmuşdur[2].