. Love.az

Eyxler Daglalesi - Wikipedia - Love.az

Ana Səhifə - Eyxler Daglalesi

Eyxler dağlaləsi (lat. Tulipa eichleri) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin dağlaləsi cinsinə aid bitki növü.

Eyxler dağlaləsi
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çiçəkli bitkilər
Klad:
Birləpəlilər
Dəstə:
Zanbaqçiçəklilər
Fəsilə:
Zanbaqkimilər
Yarımfəsilə:
Zanbaqkimilər
Triba:
Zanbaqkimilər
Cins:
Dağlaləsi
Növ:
Eyxler dağlaləsi
Beynəlxalq elmi adı
  • Tulipa eichleri
Vikianbarın loqotipi
Şəkil
axtarışı

Şərqi Zaqafqaziyanın nadir endemik növüdür. Kiçik Qafqazın qərbində,Qazax (Ceyrançöl, Molladağ ətrafında), Göyçay silsiləsində (Göyçay, Ağdaş), Şamaxı (Xilmilli, Təklə, Bəklə, Mirzəbaba kəndləri ətrafında) rayonları, bozqır yaylası, Samur-Dəvəçi ovalığı və Alazan-Əyriçay ovalığında yayılmış, Azərbaycandan kənarda isə İranda yayılması güman edilir. Quru, otlu yamaclarda bitir. Seyrək rast gəlir. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2c+3c.

Mündəricat

  • 1 Qısa morfoloji təsviri
  • 2 Bioloji, ekoloji, fitosenoloji xüsusiyyətləri
  • 3 Ehtiyatının dəyişilmə səbəbləri
  • 4 Becərilməsi
  • 5 Qəbul edilmiş qorunma tədbirləri
  • 6 Yayılması
  • 7 İstinadlar
  • 8 İstinadlar
  • 9 Həmçinin bax

Qısa morfoloji təsviri

redaktə

Çoxillik ot bitkisidir. Soğanağı 2-3 sm diametrdə, dərivari, qara, qonur qınla örtülmüşdür. Gövdə 30-40 sm-ə qədər hündürlükdədir. Yarpaqlar çox və ya az dərəcədə əyilmiş, göyümtül, tədricən yuxarıdan quruyan, uzunsov-neştərşəkilli, aşağıdakı adi, xətvari, enli-neştərvari, yuxarısı dar-neştərvaridir. Çiçəkləri təkdir, çiçəkyanlıqlarının yarpaqcıqları parlaq-qırmızı, 2,5-5 sm uzunluğundadır. Erkəkciyi nəzərəçarpacaq dərəcədə çiçəkyanlığından qısadır; tozcuğu sarı və ya bənövşəyi, sapa bərabər və ya uzundur. Qutucuq 1,5-3 sm uzunluğundadır.

Bioloji, ekoloji, fitosenoloji xüsusiyyətləri

redaktə

Ovalıqdan aşağı dağ qurşağına qədər, daşlı-çınqıllı, quru-otlu yamaclarda və əkinlərdə bitir. Çiçəkləməsi aprel, meyvələməsi may ayına təsadüf edir. Çoxalması soğanaq və toxumladır. Mezokserofitdir . Dərman və bəzək bitkisidir.

Ehtiyatının dəyişilmə səbəbləri

redaktə

Ot çalınması və mal-qara otarılması.

Becərilməsi

redaktə

Azərbaycanın Botanika İnstitutunun Botanika bağında becərilir.

Qəbul edilmiş qorunma tədbirləri

redaktə

Mühafizəsi üşün xüsusi tədbirlər hazırlanmamışdır.Ceyrançöl və Qazangöl ərazilərində mütəmadi  monitorinqlərin aparılması təklif olunur.

Yayılması

redaktə

Samur-Dəvəçi ovalığl, Qobustan, Kür-Araz ovalığı, Bozqır yaylası, Böyük Qafqazın Şərq hissəsi (Şamaxı rayonu), Naxçıvan (Ordubad rayonu, Nüsnüs kəndi)

İstinadlar

redaktə

Azərbaycan SSR-in Qırmızı kitabı, 1989

İstinadlar

redaktə

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Eyxler_dağlaləsi&oldid=8012075"
LOVE.AZ