Qarayev Fərəc Qara oğlu (19 dekabr 1943[1], Bakı[1]) — Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının xalq artisti (2018), dosent (1982), professor (1998), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2022-ci ildən).
Fərəc Qarayev | |
---|---|
Fərəc Qara oğlu Qarayev | |
![]() | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 19 dekabr 1943(1943-12-19)[1] (81 yaş) |
Doğum yeri | |
Atası | Qara Qarayev |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | bəstəkar, musiqi pedaqoqu, universitet müəllimi[d] |
Janr | klassik musiqi |
Təhsili | |
Mükafatları |
![]() ![]() |
karaev.net |
Fərəc Qarayev 1943-cü il dekabrın 19-da anadan olub. Azərbaycan Dövlət Konservatoriyasını 1966-cı ildə prof. Qara Qarayevin sinfi üzrə bitirib.[2] 1991-ci ildən fasilələrlə Bakı və Moskvada yaşayır.
Bəstəkar Qara Qarayevin oğludur.
1966-cı ildən Azərbaycan Konservatoriyasında dərs deməyə başlayıb. 1999-cu ildən P. İ. Çaykovski adına Moskva Dövlət Konservatoriyasının musiqi nəzəriyyəsi kafedrasının professorudur.[3]
1994–1996-cı illərdə Moskvada Müasir Musiqi Assosiasiyasının (ACM) vitse-prezidenti olub. 1995-ci ildən Bakıda Yeni Musiqi cəmiyyətinin prezidentidir. 1980–1994-cü illərdə BaKaRa-ensemble kollektivinin bədii rəhbəri funksiyasını həyata keçirib.
2003–2005-ci illərdə Kazan Konservatoriyasının bəstəkarlıq kafedrasında professor kimi çalışıb. A. Krupp fondunun təqaüdçüsü olub, 1991-ci ildə Volkwang Hochschule Essen’də composer-in-residence kimi fəaliyyət göstərib.
Bəstəkarın yaradıcılığını üslub cəhətdən dəqiq xarakterizə etmək çox mürəkkəbdir, postmodern estetikasının ümumi cəmə gətirəcəyi bir çox bədii istiqamətlər və müxtəlif bəstəkarlıq texnikaları Qarayevin yaradıcılığının müxtəlif dövrlərinə təsadüf edir — buraya neoklassisizm və serializm, puantilizm və sonoristika, collage, instrumental teatr və s. aiddir.
Musiqisi MDB, Avropa, Cənubi Amerika ölkələri, ABŞ, Yaponiyada keçirilən müxtəlif festival və konsertlərdə ifa olunur.
Baletlər
Monoopera
Digər əsərləri
Bəstəkar kimi
Əsərlərindən istifadə olunan filmlər
İştirak etdiyi film