Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. |
Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
Facebook (azərb. Feysbuk, IPA: [ˈfeɪsˌbʊk ]) — əsası 2004-cü ildə Mark Zukerberq və onun otaq yoldaşları Eduardo Saverin, Dastin Moskovits və Kris Hyuz tərəfindən qoyulmuş, dünyada ən böyük sosial şəbəkə. İlk adı The Facebook idi. Meta Platforms şirkətinə məxsusdur.
![]() | |
| |
URL | facebook.com |
Tipi | Sosial şəbəkə |
Dilləri | müxtəlif |
Proqramlaşdırma dili | PHP |
Sahibi | Meta Platforms |
Müəllif (lər) | Mark Zukerberq |
Açılma tarixi | 4 fevral 2004 |
Hazırkı statusu | fəal |
Alexa reytinqi | 6 (10 noyabr 2021)[1] |
![]() |
2003-cü ilin sonlarında Mark Zukerberq tərəfindən yaradılan Facebook-un ilkin məqsədi Amerikanın müxtəlif universitetlərində, xüsusən də Kolumbiya Universitetində tələbələr arasında əlaqəni gücləndirmək idi. Universitetlərə yayılmağa başlayandan sonra maliyyə və media kimi mövzulara diqqət yetirərək Facebook-u gücləndirmək hədəflənib. 2004-cü ilin aprelində Zukerberq Dustin Moskovitz və Eduardo Saverin ilə birlikdə Facebook-a TheFacebookLLC adı altında qurulan şirkətlə korporativ şəxsiyyət verdi. 2004-cü ilin iyununda Peter Thiel tərəfindən Facebook-a 500.000 dollar sərmayə qoyulub. Bunun ardınca 2005-ci ilin may ayında Accel Partners tərəfindən 13 milyon dollarlıq investisiya qoyuldu və 2006-cı ilin sentyabr ayından etibarən sayt 13 yaşından yuxarı hər kəsi üzv kimi qəbul etməyə başladı, elektron poçtla təsdiqləmə şərti ilə
Yeni Facebook şəbəkəsinin durmadan sürətli inkişafı və onun məşhurluğu Markı universiteti tərk etməyə sövq etdi. Bu gənc layihəyə ilk olaraq Piter Til investisiya qoydu, daha sonra ödəmə sistemi olan "PayPal"la əməkdaşlıq etməyə başladı. Bütün bunlara o, 500 min dollar vəsait qoydu. Bununla durmadan irəliləmə də əldə edildi. 2010-cu ilin oktyabrında Microsoft şirkəti "Facebook"un 1,6% səhmini 240 milyon dollara aldı. Bu qiymətə həm də 2011-ci ilə kimi Facebookda edilən reklam xidmətləri də daxildir.
"Facebook"un Azərbaycan dilinə tərcüməsi 2008-ci ilin yay aylarından başlanılıb. İlk vaxtlarda həvəskarların aktiv olduğu tərcümə prosesinə sonradan xaricdə yaşayan və təhsil alan gənclər də qoşuldular. 3 mərhələdən ibarət olan tərcümə prosesinin ilk mərhələsində yalnız lüğət tərcümə olundu və səsvermə nəticəsində lüğət qəbul olundu. İkinci mərhələdə "Facebook"un özü tərcümə olundu. Bu mərhələ hələ də başa çatmasa belə, artıq 2 oktyabr 2009-cu il tarixindən etibarən sayt rəsmi olaraq Azərbaycan dilində də fəaliyyət göstərir. İstifadəçilər Hesab Tənzimləmələrindən Dil bölməsində müvafiq olaraq Azərbaycan dilini seçməklə "Facebook"u bu dildə istifadə edə bilərlər.
"Facebook" "Translations Apps" tətbiqetməsi çərçivəsində istifadəçilər xidməti səhifələrin mətnlərini və saytın menyusunu tərcümə edir, administrasiya isə tərcümənin nəticələrini yoxlayır və üslubun dəyişilməz qalmasına nəzarət edir. İnterfeysin ayrı-ayrı elementlərinin ən yaxşı variantları səsvermə yolu ilə müəyyən olunur.
Hazırda tərcümənin çox pərakəndə şəkildə aparılması, tərcümədə hər kəsin asanlıqla iştirak edə bilməsi (ingilis və Azərbaycan dili səviyyəsindən eləcə də tərcümə təcrübəsindən və "xoşniyyətli" olub-olmamasından asılı olmayaraq) və mərkəzi bir idarə sistemi olmaması bəzi məqamlarda tərcümənin keyfiyyətini düşürür.[2]
Həmin şəxslər hazırda "Facebook"da ilk qeydiyyatdan keçənlər olaraq texnologiya tarixinə düşüblər.
İlk qeydiyyatdan keçənlər: