. Love.az

Fariz Necefov - Wikipedia - Love.az

Ana Səhifə - Fariz Necefov
Vikipediyada bu adlı digər şəxslər haqqında da məqalələr var; bax: Fariz.

Fariz Abdulla oğlu Nəcəfov (1 iyun 1978, Kəngərli, Ağdam rayonu) — Azərbaycanı təmsil edən karateçi, "Qəbələ" İdman Klubunun prezidenti (2019-cu ildən) və keçmiş vitze-prezidenti (2008–2019),[2] Azərbaycan Silahlı Qüvvələrinin zabiti, İkinci Qarabağ müharibəsi iştirakçısı.[3]

Fariz Nəcəfov
Fariz Abdulla oğlu Nəcəfov
Şəxsi məlumatlar
Vətəndaşlığı
  •  SSRİ
  •  Azərbaycan
Milliyəti azərbaycanlı
Doğum tarixi 1 iyun 1978(1978-06-01) (46 yaş)
Doğum yeri
  • Kəngərli, Ağdam rayonu, Azərbaycan SSR, SSRİ
Təhsili
  • Azərbaycan Memarlıq və İnşaat Universiteti,
  • Bakı Dövlət Universiteti
İxtisası hüquq
İdman növü Karate
Hərbi rütbəsi zabit[d]

Həyatı

redaktə

Fariz Abdulla oğlu Nəcəfov 1 iyun 1978-ci ildə SSRİ respublikalarından olan Azərbaycan SSR-in Ağdam rayonuna ərazisində yerləşən Kəngərli kəndində anadan olmuşdur. O, Azərbaycan Taekvondo Federasiyasının birinci vitse-prezidenti Füzuli Musayevin tələbəsi olmuş,[4] karate üzrə dəfələrlə dünya və Avropa çempionu olmuşdur.[5]

Fariz Nəcəfov 2008-ci ildə "Qəbələ" İdman Klubunun vitze-prezidenti postuna təyin olunmuşdur.[6] "Qəbələ" İK Nəcəfovun vitze-prezidentliyi dövründə müxtəlif uğurlara imza atmışdır. "Qəbələ" FK onun vitze-prezidentliyi dövründə, 2015–2016 UEFA Avropa Liqası mövsümündə "Neftçi" PFK və "Qarabağ" FK-dan sonra[7] UEFA Avropa Liqasının qrup mərhələsində mübarizə aparmağa vəsiqə qazanan üçüncü Azərbaycan futbol klubu olmuşdur.[8][9] Həmçinin, Azərbaycandaxili turnirlərdə, 2013–2014, 2014–2015, 2015–2016-cı illər mövsümlərində çempionatın bürünc mükafatını əldə edən "Qəbələ", 2016–2017 və 2017–2018-ci illər mövsümlərində gümüş medal qazanmışdır.[10] Nəcəfov 18 aprel 2019-cu ildə Kəmaləddin Heydərovun oğlu Tale Heydərovu əvəz edərək "Qəbələ" İK-nun prezidenti postuna təyin olunmuşdur.[11] O, 11 iyul 2019-cu ildə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif edilmişdir.[12]

Fariz Nəcəfov 27 sentyabr 2020-ci ildə başlayan İkinci Qarabağ müharibəsi zamanı ehtiyatda olan zabit kimi könüllü olaraq ordu sıralarına qoşulmuş, müharibə zamanı cəbhə bölgəsində hərbi xidmətini davam etdirmişdir.[3][13]

İstinadlar

redaktə
  1. ↑ "2018-ci ilin mükafatçıları: İlin ən yaxşı məşqçiləri" (az.). Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi. 26 dekabr 2018. 2022-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 noyabr 2020.
  2. ↑ ""Qəbələ" futbol klubuna yeni prezident təyin olunub". Baku.WS (az.). 18 aprel 2019. 2020-11-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 noyabr 2020.
  3. ↑ 1 2 ""Qəbələ"nin prezidenti cəbhədən təsirli mesaj göndərdi - FOTO". Sportinfo.az (az.). 13 noyabr 2020. 2020-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 noyabr 2020.
  4. ↑ "Çempion polkovnik: Nə eləmişəmsə, qarşılıq gözləməmişəm - MÜSAHİBƏ". APA Sport (az.). Azəri Press Agentliyi. 26 dekabr 2017. 2021-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 noyabr 2020.
  5. ↑ "Fariz Nəcəfov Cümhuriyyət medalı ilə təltif edildi". Qol.az (az.). 11 iyul 2019. 2020-11-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 noyabr 2020.
  6. ↑ ""Qəbələ" İdman Klubuna yeni prezident təyin olunub". Report İnformasiya Agentliyi (az.). 18 aprel 2019. 2021-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 noyabr 2020.
  7. ↑ ""Qarabağ" və "Qəbələ"nin UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqibləri bəlli oldu (ƏLAVƏ OLUNUB) (SİYAHI)". Trend İnformasiya Agentliyi (az.). 28 avqust 2015. 2021-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 noyabr 2020.
  8. ↑ Saffer, Pol. "Europa League group stage number crunching" (ingilis). UEFA. 26 avqust 2016. 2020-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 noyabr 2020.
  9. ↑ "Gabala in Europa League group stage number crunching" (ingilis). Qəbələ FK. 27 avqust 2016. 2020-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 noyabr 2020.
  10. ↑ "15 yaşlı "Qəbələ"". APA Sport (az.). Azəri Press Agentliyi. 1 sentyabr 2020. 2021-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 noyabr 2020.
  11. ↑ ""Qəbələ"nin yeni prezidenti açıqlandı". Sportline.az (az.). 18 aprel 2019. 2020-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 noyabr 2020.
  12. ↑ "Fariz Nəcəfov Cümhuriyyət medalı ilə təltif edildi - FOTOLAR". Aqreqator.az (az.). 11 iyul 2019. 2020-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 noyabr 2020.
  13. ↑ ""Onlarla fəxr edirəm" – "Qəbələ"nin prezidenti". APA Sport (az.). Azəri Press Agentliyi. 13 noyabr 2020. 2021-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 noyabr 2020.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Fariz_Nəcəfov&oldid=8102748"
LOVE.AZ