. Love.az

Fazil Qurbanov - Wikipedia - Love.az

Ana Səhifə - Fazil Qurbanov
Vikipediyada bu adlı digər şəxslər haqqında da məqalələr var; bax: Fazil.

Fazil Səməd oğlu Qurbanov (18 fevral 1944, Bakı – 23 dekabr 2020, Moskva) — tibb elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü (2014),[1] AMEA-nın həqiqi üzvü (2017).[2]

Fazil Qurbanov
Qurbanov Fazil Səməd oğlu
Doğum tarixi 18 fevral 1944(1944-02-18)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 23 dekabr 2020(2020-12-23) (76 yaşında)
Vəfat yeri
  • Moskva, Rusiya
Dəfn yeri
  • II Fəxri Xiyaban
Elmi dərəcəsi
  • tibb elmləri doktoru
Elmi adı
  • professor[d]
İş yerləri
  • Fiziologiya İnstitutu,
  • Azərbaycan Tibb Universiteti,
  • Rusiya Xalqlar Dostluğu Universiteti
Təhsili
  • Azərbaycan Tibb Universiteti
Mükafatları "Azərbaycan Respublikasının əməkdar elm xadimi" fəxri adı — 20162016 "Şöhrət" ordeni

Mündəricat

  • 1 Həyatı
  • 2 Elmi fəaliyyəti
    • 2.1 Ölümü
    • 2.2 Diaspor fəaliyyəti
  • 3 Üzvü olduğu təşkilatlar
  • 4 Təltifləri
  • 5 Xatirəsinin yaşadılması
  • 6 İstinadlar

Həyatı

redaktə

Fazil Səməd oğlu Qurbanov 1944-cü il fevralın 18-də Bakıda anadan olmuşdur. 1973-cü ildə Azərbaycan Döv­lət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirmişdir. 1974-cü ildə Res­publika Klinik Uroloji Xəstəxanasında cərrahiyyə ixtisası üzrə internatura keç­mişdir. 1975-ci ildən Azərbaycan SSR EA Fiziologiya İnstitutunda SSRİ Tibb Elmləri Akademiyasının (TEA) həqiqi üzvü Mustafa Topçubaşovun rəhbərlik etdiyi cərrahiyyə qrupunda elmi işçi kimi fəaliyyətə başlamışdır.

1980-ci ildə SSRİ Ümumittifaq Elmi Cərrahiyyə Mərkəzinin nəzdində cər­rahiyyə ixtisası üzrə məqsədli aspi­ranturaya daxil olmuşdur. 1983-cü ildə akademik B.V.Petrovskinin rəhbərliyi ilə “Cərrahi müalicədən sonra təkrarlanan kardiospazm zamanı pnevmatik kardi­odilatasiya” mövzusunda dissertasiya­nı uğurla müdafiə edərək, tibb elmləri namizədi elmi dərəcəsini almışdır.

1984-cü ildə Ümumru­siya Elmi-Tədqiqat Mərkəzinə cərrahiy­yə üzrə doktoranturaya göndərilmişdir. 1987-ci ildə SSRİ TEA-nın cərrahiyyə fakültəsində “Qida borusunun bəd və xoşxassəli strikturaları zamanı birmo­mentli ezofaqoplastika” mövzusunda doktorluq dissertasiyasını müdafiə et­mişdir. 1989-cu ildə Azərbaycanda yeni yaradılmış Elmi-Tədqiqat Qastroenterologiya İnsti­tutuna şöbə müdiri vəzifəsinə dəvət edilmiş və eyni zamanda, Azərbaycan Tibb Universitetinin II cərrahi xəstəlik­lər kafedrasında professor vəzifəsində fəaliyyət göstərmişdir. O, Ümumrusi­ya Elmi-Tədqiqat Mərkəzində çalış­dığı illərdə mükəmməl mənimsədiyi həzm sistemi xəstəliklərinin cərrahi və konservativ müalicəsinin bir sıra yeni üsullarını burada uğurla tətbiq etmiş, səmərəli elmi-pedaqoji fəaliyyət göstər­mişdir.

1999-cu ildə Moskvaya, Rusiya Dəmir Yolları ASC-nin 2 saylı Mərkəzi Klinik Xəstəxa­nasının cərrahiyyə şöbəsinin müdiri vəzifəsinə dəvət olunmuşdur. Eyni za­manda, Rusiya Xalqlar Dostluğu Univer­sitetinin hospital cərrahiyyə kafedrasının professoru seçilmiş və ömrünün sonu­nadək orada çalışmışdır. 2006–2013-cü illərdə Moskvanın 17 saylı şəhər klinik xəstəxanasında hospital cərrahiyyə şö­bəsinin klinik bazasında işləmişdir.

2014-cü ildə Azər­baycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, 2017-ci ildə həqiqi üzvü seçilmişdir.

Elmi fəaliyyəti

redaktə

Elmi və həkimlik fəaliyyəti mədə xo­rasının cərrahiyyəsi və əməliyyat olun­muş mədənin xəstəlikləri, kardiospazm və əməliyyat olunmuş qida borusunun xəstəlikləri, xoşxassəli capıq daral­malar və qida borusu xərçəngi, qarın boşluğunun və retroperitoneal sahə­nin minimal invaziv cərrahiyyəsi və rekonstruktiv cərrahiyyə məsələlərinə həsr olunmuşdur. Alim qida borusunun xoş və bədxassəli xəstəlikləri üçün re­konstruktiv əməliyyatların inkişafına böyük töhfə vermiş, bir çox cərrahiy­yə klinikalarında istifadə olunan mü­daxilələrin aparılması üçün bir sıra orijinal cərrahi alətləri klinik praktikaya tətbiq etmişdir.

Aparılan əməliyyatların mühüm nə­ticələrindən biri əməliyyatdan sonrakı ölüm hallarının əhəmiyyətli dərəcədə azalması olmuşdur. ilk dəfə olaraq, qida borusunun kompü­ter tomoqrafiyasından mediastinuma və qonşu orqanlara şiş invaziyasının dərəcəsini qiymətləndirmək üçün isti­fadə etmişdir. O, kardial axalaziya və kardiospazmın cərrahi müalicəsinin yeni üsullarını işləyib hazırlayaraq kli­niki praktikaya tətbiq etmişdir. Görkəmli təbib cərrahi xəstəliklərin müalicəsində minimal invaziv müdaxilələrdən istifa­dənin yeni üsullarını uğurla inkişaf et­dirmiş, xəstələrin xəstəxana şəraitində müalicə müddətini 1 günə endirmişdir.

Cərrahiyyə üzrə 280-dən çox elmi əsərin, o cümlədən 6 monoqrafiya və 2 dərsliyin, 13 ixtiranın və 7 səmərələşdirici təklifin müəllifi ol­muşdur. Onun elmi rəhbərliyi ilə 9 dok­torluq və 17 namizədlik dissertasiyası müdafiə edilmişdir.[3]

Ölümü

redaktə

Akademik Fazil Səməd oğlu Qur­banov 23 dekabr 2020-ci il tarixində Moskva şəhərində vəfat etmişdir. Məzarı Bakıda II Fəxri xiya­bandadır.[4]

Diaspor fəaliyyəti

redaktə

Rusiyanın 70-dən çox regional diaspor təşkilatında birləşmiş çoxmil­yonlu Azərbaycan diasporunun rəhbər­liyində səmərəli fəaliyyəti ölkələrimiz arasında əlaqələrinin genişləndirilməsi üçün çoxsahəli səmərəli sistem yarat­mağa imkan vermişdir. 2016-cı ildə Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qurultayında yekdilliklə bu təşkilatın prezidenti seçilib. Rusiyanın Azərbaycan Diaspor Təşkilatları Konfederasiyasının sədri olmuşdur.[5]

Üzvü olduğu təşkilatlar

redaktə
  • Rusiya Xalqlar Dost­luğu Universitetinin Dissertasiya Şura­sının üzvü,
  • N.I.Piroqov adına Cərrahlar Assosiasiyasının üzvü,
  • Rusiya Endoskopik Cərrahlar Assosiasiyasınin üzvü
  • Torakal Cərrahlar Assosiasiyasınin, Beynəlxalq Cərrahlar Kollecinin üzvü,
  • Moskvada və Azərbaycanda işıq üzü görən “Cər­rahiyyə” jurnalları redaksiya heyətləri­nin üzvü.

Təltifləri

redaktə

2019-cu ildə o “Şöhrət” ordeni, “Dədə Qorqud” Milli Fondu tərəfindən “Qızıl ürək” medalı ilə təltif olunmuş­dur. 2016-cı ildə Azərbaycanın Əmək­dar elm xadimi fəxri adına,[6] 2017-ci ildə Moskva şəhərində elmə verdiyi töhfələrə görə Rusiya Təbiət Elmlə­ri Akademiyasının A.X.Mirzəcanzadə adına beynəlxalq gümüş medalına la­yiq görülmüşdür. [7]

Xatirəsinin yaşadılması

redaktə

2024-cü ildə aprelin 4-də AMEA-nın Rəyasət Heyəti və AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin birgə təşkilatçılığı ilə akademikin anadan olmasının 80 illiyinə həsr edilmiş tədbir keçirilib.[8]

İstinadlar

redaktə
  1. ↑ "Qurbanov Fazil Səməd oğlu" (az.). science.gov.az. 2017. 2020-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-02.
  2. ↑ "AMEA-nın həqiqi və müxbir üzvlüyünə keçirilən seçkilərin nəticələri açıqlanıb". 2020-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-02.
  3. ↑ Bu gün adı Azərbaycan səhiyyəsində yaxşı tanınan, Əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü, tibb elmləri doktoru, professor Fazil Qurbanovun 80 yaşı tamam olur.
  4. ↑ "Fazil Qurbanov vəfat etdi". 2024-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-06.
  5. ↑ Rusiyanın Azərbaycan Diaspor Təşkilatları Konfederasiyasının sədri, akademik Fazil Qurbanov vəfat edib
  6. ↑ Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bir qrup şəxsə “Əməkdar elm xadimi” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  7. ↑ "Dünya şöhrətli cərrah". 2024-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-05.
  8. ↑ "AMEA-da akademik Fazil Qurbanovun 80 illiyinə həsr olunmuş tədbir keçirilib". 2024-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-06.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Fazil_Qurbanov&oldid=8052836"
LOVE.AZ