. Love.az

Fazil Yoldasoglu - Wikipedia - Love.az

Ana Səhifə - Fazil Yoldasoglu
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir.
Lütfən, etibarlı mənbələr əlavə etməklə məqaləni təkmilləşdirməyə kömək edin. Qərəz yaradan mənbəsiz hissələr müzakirəsiz silinə bilər.

Fazil Yoldaşoğlu (1872, Səmərqənd vilayəti – 17 mart 1955, Səmərqənd vilayəti) — Özbəkistan şairi.

Fazil Yoldaşoğlu
Doğum tarixi 1872
Doğum yeri
  • Səmərqənd vilayəti
Vəfat tarixi 17 mart 1955(1955-03-17)
Vəfat yeri
  • Səmərqənd vilayəti, Özbəkistan SSR, SSRİ
Fəaliyyəti şair
Əsərlərinin dili Özbək dili
Mükafatları "Lenin" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

Fazil Yoldaşoğlu 1872-ci ildə Bulunğur rayonunun Layçə qışlağında yoxsul ailədə doğulmuşdur. Beş yaşından atasını itirən Fazil 19 yaşına qədər bəylərin qapısında işləmişdir. O, yerli şairlərdən Yoldaş, Köldaş və Suyarla dostlaşıb onlardan şairlik sənətini öyrənmişdir.

Fazil Yoldaşoğlu görüb-keçirdiyi hadisələri öz yaradıcılığında əks etdirmişdir. O, "Cizzəx tətili", "Mətkərim pəhləvan" poemalarının müəllifi kimi şöhrət qazanmışdır. Cığatay (özbək) ədəbiyyatı qarşısındakı ən böyük xidmətlərindən biri folklor nümunələrini-dastanları, nağıl və rəvayətləri yazıya almasıdır. Onun söyləməsi ilə 30-a qədər əsər-şifahi xalq ədəbiyyatı nümunəsi yazıya alınmışdır. Fazil Yoldaşoğlu 1955-ci ildə vəfat etmişdir.

Həmçinin bax

redaktə
  • Özbəkistan ədəbiyyatı
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Fazil_Yoldaşoğlu&oldid=8047580"
LOVE.AZ