. Love.az

Feyxoa - Wikipedia - Love.az

Ana Səhifə - Feyxoa

Feyxoa (lat. Feijoa) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin mərsinkimilər fəsiləsinə aid bitki cinsi.

Feyxoa
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çiçəkli bitkilər
Klad:
Evdikotlar
Klad:
Bazal evdikotlar
Klad:
Superrozidlər
Klad:
Rozidlər
Klad:
Malvidlər
Dəstə:
Mərsinçiçəklilər
Fəsilə:
Mərsinkimilər
Yarımfəsilə:
Myrtoideae
Triba:
Myrteae
Cins:
Feyxoa
Beynəlxalq elmi adı
  • Feijoa O.Berg, 1858
Vikianbarın loqotipi
Şəklin VikiAnbarda
axtarışı
ITIS  500699
Цветы Фейхоа
Feyxoa gülü

Meyvə portuqal əsilli braziliyalı botanik Xuan da Silva Feyxonun port. João da Silva Feijó şərəfinə adlandırılmışdır.[1]

Mündəricat

  • 1 Əhəmiyyəti
  • 2 Təbii yayılması
  • 3 Botaniki təsviri
  • 4 Ekologiyası
  • 5 Azərbaycanda yayılması
  • 6 İstifadəsi
  • 7 İstinadlar
  • 8 Həmçinin bax

Əhəmiyyəti

redaktə

Feyxoa meyvəsinin əhəmiyyətli xüsusiyyətlərindən biri, onda suda həll olunan yod birləşmələrinin olmasıdır. Ən çox yod ehtiyatı olan bitkilərdəndir. Bir kiloqram təzə feyxoa meyvəsində 2-dən 10 mq-a qədər yod vardır. Ona görə də, orqanizmdə yod çatışmazlığı nəticəsində baş verən xəstəliklərdə xüsusilə faydalıdır.

Aterosklerozda və qalxanvari vəzinin xəstəliyində feyxoa qəbul etməyin profilaktik və müalicəvi əhəmiyyəti vardır.[2]

Təbii yayılması

redaktə

Qərbi Paraqvay, Cənubi Braziliya və Argentinada təbii halda bitir. Krım, Soçi və Batumidə geniş sahələrdə əkilib becərilir.

Botaniki təsviri

redaktə

Hündürlüyü 6 m olan, həmişəyaşıl, alçaq gövdəli ağac və ya koldur. Budaqları bozumtul-sarı qabıqlıdır. Yarpaqların uzunluğu 4-6 sm olub, üzbəüz düzülüşlü, sadə quruluşlu, səthi qalın-dərivari, formaca ellipsvaridir. Üstdən tünd yaşıl, parlaq, altdan gümüşü-bozumtul tükcüklüdür. Çiçəkləri birevli, iri və tək-tək yerləşir. Uzun saplaqlı, ləçəkləri 4 olub, çəhrayı rəngli və ətirlidir. Kasacığı meyvənin üzərində qalır və tükcüklüdür. Erkəkciyi çoxsaylı, tozcuğu kürəvaridir. Yumurtalığı 4 yuvalı, sütuncuğu yoğunlaşmış və ya saçaqlı ağızcıqlıdır. İyun ayında çiçəkləyir. Meyvəsinin uzunluğu 8 sm-ə çatan, uzunsov ovalvari, turşməzə tamlı, şirəli, xırda toxumlu giləmeyvədir. Oktyabr-noyabr aylarında yetişir.

Ekologiyası

redaktə

Rütubətli, zəngin torpaqlarda bitir. İstisevəndir, işıqlı, günəşli ərazilərdə yaxşı inkişaf edir.

Azərbaycanda yayılması

redaktə

Astara və Lənkəranda geniş sahədə feyxoa bağları vardır. Tək-tək növlərinə Bakı, Gəncə, Göyçay, Balakəndə və s. bölgələrdə təsadüf edilir.

İstifadəsi

redaktə

Meyvəsindən yeyinti sənayesində geniş istifadə olunur.

İstinadlar

redaktə
  1. ↑ "feijoa". Merriam-Webster, Incorporated. 2021-06-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 oktyabr, 2013.
  2. ↑ "Faydalan və sağlam". 2015-09-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-02-23.

Həmçinin bax

redaktə
  • Feyxoa kompotu
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Feyxoa&oldid=7808420"
LOVE.AZ