. Love.az

Fikret Eliyev Riyaziyyatci - Wikipedia - Love.az

Ana Səhifə - Fikret Eliyev Riyaziyyatci
Məlumatı yoxla.
Bu məqalədə verilən faktların dəqiqliyini və məlumatların etibarlılığını yoxlamaq lazımdır.
Müzakirə səhifəsində aydınlaşdırılmalıdır.
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. (sentyabr 2022)
Vikipediyada bu ad-soyadlı digər şəxslər haqqında da məqalələr var; bax: Fikrət Əliyev.

Fikrət Əhmədəli oğlu Əliyev (13 avqust 1949, Nüvədi, Meğri rayonu) — Fizika-riyaziyyat elmləri doktoru, Professor, akademik.

Fikrət Əliyev
Doğum tarixi 13 avqust 1949(1949-08-13) (75 yaş)
Doğum yeri
  • Nüvədi, Meğri rayonu, Ermənistan SSR, SSRİ
Elm sahəsi informatika
Elmi dərəcəsi
  • fizika-riyaziyyat elmləri doktoru
Elmi adları
  • professor,
  • akademik
İş yeri
  • Bakı Dövlət Universiteti
Təhsili
  • Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsi
Mükafatları "Şöhrət" ordeni "Tərəqqi" medalı

Mündəricat

  • 1 Həyatı
  • 2 Elmi fəaliyyəti
  • 3 Təltif və mükafatları
  • 4 İstinadlar

Həyatı

redaktə

13 avqust 1949-cu ildə Mehri rayonunun Nüvədi kəndində anadan olub.[1]. F. Ə. Əliyev 1971-ci ildə Azərbaycan Dövlət Unversitetinin (indiki BDU) mexanika -riyaziyyat fakültəsini müvəffəqiyyətlə bitirərək aspiranturaya daxil olmuş, 1975-ci ildə Ukrayna EA-nın Riyaziyyat İnstitutunda (Kiyev) namizədlik dissertasiyasını müdafiə etmiş, 1990-cı ildə SSRİ EA-nın Ümumittifaq Sistem Analizi İnstitutunda (Moskva) fizika-riyaziyyat elmləri doktoru dərəcəsini almaq üçün doktorluq dissertasiyasını müdafiə etmişdir. 2000-ci ildən isə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvüdür. F. Ə. Əliyev 2007-ci ildən Türk Dünyası Riyaziyyat Cəmiyyətinin Vitse-Prezidentidir.

"History of Science" beynəlxalq elmi-nəzəri araşdırmalar jurnalının 3-cü sayından jurnalın "Fizika-riyaziyyat və texnika elmləri" üzrə redaksiya heyətinin üzvüdür.

Elmi fəaliyyəti

redaktə

F. Ə. Əliyev 1975-ci ildən 1992-ci ilədək Azərbaycan EA Riyaziyyat və Mexanika İnstitutunda kiçik, baş elmi işçi, 1992–1993-cü illərdə İstanbul Texniki Universitetinin (Türkiyə) professoru olmuş, 1993-cü ildən indiyədək Bakı Dövlət Universitetinin nəzdində Tətbiqi Riyaziyyat ETİnin direktoru vəzifəsində calışır.

Türk Dünyası Riyaziyyat Cəmiyyətinin vitse prezidenti

F. Ə. Əliyev 1993-cü ildə Amerika Riyaziyyat Cəmiyyətinin, 1996-cı ildən Ümumdünya Kompüter Assosiasiyasının üzvüdür.

Applied and Computational Mathematics beynəlxalq jurnalın həm baş redaktoru

TWMS Journal Pure and Applied Mathematics beynəlxalq jurnalın baş redaktoru

Proceedings of Institute of Applied Mathematics jurnalın baş redaktoru

Təltif və mükafatları

redaktə
  • F. Ə. Əliyev Azərbaycan elminin təbliğindəki xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunub.
  • Rumıniya Respublikasının Riyaziyyat Cəmiyyətinin 100 illiyinə həsr olunmuş xatirə medalı ilə təltif olunub.
  • Qazaxstan Respublikasının Əl-Fərabi adına Milli Universitetin Yubiley medalı.

İstinadlar

redaktə
  1. ↑ "Əliyev Fikrət Əhmədəli oğlu" (az.). science.gov.az. 2017. 2021-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-20.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Fikrət_Əliyev_(riyaziyyatçı)&oldid=7894551"
LOVE.AZ