. Love.az

Fikriyye Ibrahimli - Wikipedia - Love.az

Ana Səhifə - Fikriyye Ibrahimli

Fikriyyə İbrahim qızı İbrahimli (6 iyun 1955, Naxçıvan) — kliniki farmakoloq.

Fikriyyə İbrahimli
Doğum tarixi 6 iyun 1955(1955-06-06) (69 yaş)
Doğum yeri
  • Naxçıvan, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ
Mükafatları Azərbaycan Respublikasının əməkdar həkimi

Mündəricat

  • 1 Həyatı
  • 2 Fəaliyyəti
  • 3 Siyasi fəaliyyəti
  • 4 İstinadlar
  • 5 Xarici keçidlər

Həyatı

redaktə

6 iyun 1955-ci ildə Naxçıvan Muxtar Respublikasında anadan olub. Fikriyyə İbrahimli 1978-ci ildə Azərbaycan Dövlət Tibb Universitetini bitirmişdir. 1993-cü ildə tibb elmləri doktoru, 1996-cı ildə profüssor, 1978–1981 Naxçıvan şəhəri psixonevroloji dispanserində həkim-ordinator,, 1982–1987-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinin nəzdindəki elmi tədqiqat mərkəzində elmi işçi işləmişdir. 1988-ci ildən həmin mərkəzin pataloji proseslərin modelləşdirilməsi və onların eksperimental terapiyası çöbəsinin müdiri, 1996-cı ildən isə eyni zamanda Tibb İnstitutunun klinki farmologiya kafedrasının professorudur.

Fəaliyyəti

redaktə

Fikriyyə İbrahimlinin əsas tədqiqatları limfologiya sahəsinə-müxtəlif patoloji proseslər zamanı limfa sistemində baş verən posuntular və onların aradan qaldırılması, terapiyası yollarının öyrənilməsinə həsr olunmuşdur. 1 monoqrafiyanın, 4 tədris vəsaitinin, 100-dən artıq elmi məqalənin, 7 müəlliflik şəhadətnaməsinin müəllifidir.[1]

Siyasi fəaliyyəti

redaktə

1995-ci il parlament seçkilərində Fikriyyə İbrahimli Azərbaycan Demokratik İstiqlal Partiyasının poporsional seçki üzrə vahid namizədlər siyahısında 1-ci sırada olmuşdur.[2] ADİP proporsional seçkilərdə 106 782 (ümumi səslərin 3%-ni) toplayaraq 8%-lik səs həddini keçə bilməmiş, Fikriyyə İbrahimli isə deputat seçilə bilməmişdir.[3]

İstinadlar

redaktə
  1. ↑ Naxçıvan Ensiklopediyası Bakı şəhəri 2002 — s.207
  2. ↑ modern.az. ""Bir səsvermə, üç bülleten": Azərbaycanın 29 il əvvəlki tarixi seçimi - FOTO". modern.az (az.). 2024-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-05.
  3. ↑ Dieter Nohlen, Florian Grotz & Christof Hartmann (2001) Elections in Asia: A data handbook, Volume I, p357 ISBN 0-19-924958-X

Xarici keçidlər

redaktə
  • BİOTƏNZİMLƏYİCİ TƏBABƏT ÜZRƏ KURSLAR. Arxivləşdirilib 2019-08-30 at the Wayback Machine
  • İBRAHİMLİ Fikriyyə İbrahim qız
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Fikriyyə_İbrahimli&oldid=7757767"
LOVE.AZ