Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
İqtisadiyyat və siyasət elmində fiskal siyasət dövlət gəlirlərinin və xərclərinin köməyi ilə iqtisadiyyata təsir etmək üçün istifadə olunur[1]. Keyns iqtisadi məktəbinə görə, dövlət vergilərin səviyyəsini (dərəcəsini) və xərclərini dəyişdikdə bu məcmu tələbə və iqtisadi aktivliyə təsir göstərir. Fiskal siyasət biznes tsikllərində dəyişikliklər baş verdikdə iqtisadiyyatı sabitləşdirmək üçün tətbiq edilir[2]. Fiskal siyasətin iki əsas aləti olan vergilər və dövlət xərcləri dəyişdikdə, bu aşağıdakı makroiqtisadi göstəricilərə təsir edir[3]:
Fiskal siyasətin 3 əsas növü vardır[3]:
Dövlət xərcləri hərbi və polisdən tutmuş təhsil və səhiyyəyə kimi xidmətlərə eləcə də, əhalinin az gəlirli hissəsinə ödənən transfertlərə yönləndirilə bilər. Bu xərclər bir çox mənbədən maliyələşə bilər[3]:
Fiskal siyasət sıxışdırma effekti (crowding-out) ilə məhdudlaşır. Dövlət hər hansı layihə həyata keçirərkən nəzərə almalıdır ki, bu özəl sektor üçün çətinlik yaratmayacaq, yəni onların bu resurslardan istifadəsi məhdudlaşmayacaq. Sıxışdırıb çıxarma effekti o zaman baş verir ki, dövlət özəl sektorun görəcəyi işi həyata keçrir və əlavə istehsalı təmin etmir.
Fiskal siyasət avtomatik tənzimləyicilər vasitəsilə də həyata keçirilə bilər. Bu mexanizm vasitəsilə fiskal siyasətdə qərarın qəbul edilməsindəki gecikmənin səbəb olacağı mənfi effektlər minimum səviyyəyə endirilir. Bu tənzimləyicilərə misal olaraq, işsizliyin səviyyəsi artdıqca işsizlərə verilən müavinətlərin ümumi həcminin artmasını və gəlir azaldıqca vergi dərəcəsinin azalmasını göstərmək olar.[4]