. Love.az

Florenski Daglalesi - Wikipedia - Love.az

Ana Səhifə - Florenski Daglalesi

Florenski dağlaləsi (lat. Tulipa florenskyi) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin dağlaləsi cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2c + 3c. Nadir, atropatan endemik növüdür.

Florenski dağlaləsi
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çiçəkli bitkilər
Klad:
Birləpəlilər
Dəstə:
Zanbaqçiçəklilər
Fəsilə:
Zanbaqkimilər
Yarımfəsilə:
Lilioideae
Triba:
Lilieae
Cins:
Dağlaləsi
Növ:
Florenski dağlaləsi
Beynəlxalq elmi adı
  • Tulipa florenskyi Woronow, 1924
Vikianbarın loqotipi
Şəkil
axtarışı
EOL  1082941

Mündəricat

  • 1 Qısa morfoloji təsviri
  • 2 Bioloji, ekoloji, fitosenoloji xüsusiyyətləri
  • 3 Yayılması
  • 4 Ehtiyatının dəyişilmə səbəbləri
  • 5 Becərilməsi
  • 6 Qəbul edilmiş qorunma tədbirləri
  • 7 İstinadlar
  • 8 Həmçinin bax

Qısa morfoloji təsviri

redaktə

Çoxillik ot bitkisidir. Soğanaq 2 sm-ə qədər diametrdə, yumurtavari uzunsovdur, tünd-qonur qınla örtülüdür. Gövdə 10–25 sm hündürlükdədir. Yarpaqlar 3–4 ədəd bükülmüş, göyümtül, çılpaq, aşağıdakılar çox və ya az enli-neştərşəkilli, yuxarıdakılar dar-xətvaridir. Çiçəklər təkdir, çiçəkyanlığının yarpaqcıqları 2,5–4 sm uzunluğunda, alovu qırmızı, əsası daxili tərəfdən tünd-göyümtül və ya qara ləkəli, sarı haşiyəlidir, xaricdən yumurtavari, rombvari, qısa-sivri, daxildən uzunsov, tərs-yumrtavari, təpə hissəsi adətən kəsikdir. Erkəkcik çiçəkyanlığından qısa, sapı qara, tozcuğu sarı, sapdan qısadır. Qutucuq 3–4 sm uzunluğundadır.

Bioloji, ekoloji, fitosenoloji xüsusiyyətləri

redaktə

Aşağı və orta dağ qurşaqlarında – daşlı-çınqıllı, qayalı yamaclarda yayılmışdır. Çiçkləməsi aprel, meyvələməsi may ayına təsadüqf edir. Çoxalması toxumla və vegetativ yolladır. Kseromezofitdir.

Yayılması

redaktə

Naxçıvan MR – Ordubad rayonu Nüsnüs (Diah, Qalagüney, Soyuq dağları) və Dırnıs kəndləri ətrafında, Azərbaycandan kənarda isə İranda yayılmışdır. Quru, daşlı yamaclarda bitir. Tək-tək rast gəlir.

Ehtiyatının dəyişilmə səbəbləri

redaktə

Antropogen amillər, mal-qara otarılması. Dekorativ əhəmiyyətinə görə əhali tərəfindən intensiv toplanılması və zoogen amillər.

Becərilməsi

redaktə

Azərbaycanın Botanika İnstitutunun Botanika bağında becərilir.

Qəbul edilmiş qorunma tədbirləri

redaktə

Xüsusi mühafizə tədbirləri hazırlanmamışdir. Yeni yayılma yerlərinin axtarılması vacibdir.

İstinadlar

redaktə

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Florenski_dağlaləsi&oldid=7286253"
LOVE.AZ