Sportinq Sirkle Fola Eş (fr. Cercle sportif Fola Esch) — Fola Eş və ya sadəcə Fola kimi də tanınan, Lüksemburqun cənub-qərbində yerləşən Eş-sur-Alzette şəhərini təmsil edən peşəkar Lüksemburq futbol klubudur. Klub öz ev oyunlarını şəhərin cənubunda yerləşən Stad Emile Mayrisx stadionunda keçirir. Bu stadionunda klubun bacısı sayılan CA Fola Eş atletika klubu məşq edir.
Fola Eş FK | |||
---|---|---|---|
![]() | |||
Klubun tam adı | Cercle sportif Fola Esch | ||
Ölkə |
![]() |
||
Yaranma tarixi | 1906 | ||
Stadionu |
Stad Emile Mayrisx, Eş-sur-Alzette ![]() |
||
Tutumu | 3900 | ||
Prezidenti |
![]() |
||
Baş məşqçisi |
![]() |
||
Liqa | Lüksemburq Milli Divizonu | ||
2021/22 | 3. | ||
| |||
Rəsmi saytı | |||
![]() |
Klub 1906-cı ildə İngilis dili müəllimi olan Jan Roeder tərəfindən təsis edilmişdir. Fola Lüksemburqun ilk futbol klubudur. Öz çiçəklənmə dövrü ərzində klub 1918-ci ildən 1924-cü ilə kimi dörd dəfə Milli Divizionun və iki dəfə Lüksemburq Kubokunun qalibi olmuşdur. Fola 1930-cu ildə daha bir dəfə ölkə çempionatının və 1955-ci ildə Lüksemburq Kubokunun qalibi olmuşdur. Bu uğurlardan sonra Fola uzun müddət çempionluq sevinci yaşaya bilməmişdir.
Fola inadla 1990-cı illərdə konsolidasiya dalğası zamanı daha böyük qonşuları olan Jeness Eş ilə birləşməyi rədd etmişdir. 2004-05 mövsümündə Fola Lüksemburq futbolunun üçüncü yarusuna enmişdir. Lakin gələn mövsüm bir pillə qalxmağı bacarmışdır. 2006-07 mövsümündə klub üçüncü yeri tutsa da, Viktoriya Rosport klubu ilə pley-off görüşlərində məğlub olmuşdur. 2007-ci ilin avqust ayında Fola keçmiş Mərakeş yığmasının yarımmüdafiəçisi Mustafa Hacı ilə müqavilə imzalamışdır. Bu transfer dünya futbolunda bomba kimi partlamışdır.
2008-ci ildə klub çempionatda ikinci yeri tutmasına baxmayaraq, Fortis Liqaya (Milli Divizion, ölkənin güclülər dəstəsi, 2009-cu ilin mart ayında BGL Liqasının maliyyə böhranı ilə əlaqədar adı dəyişdirilib) vəsiqə qazana bilməmişdir.[1]
2013-cü ilin mart ayında Fola Eş klubu 25-ci oyun günündə rəqibi Jeness Eş klubu üzərində 5-1 hesabı ilə tarixi qələbə qazanaraq BGL Liqasının qalibi olmuşdur. Klub 83 ildən sonra növbəti dəfə ölkə çempionu adını qazanır. Stefano Bensi 20 qolla mövsümün bombardiri olmuşdur. Fola 2013-14 Çempionlar Liqası mövsümündə ikinci təsnifat mərhələsində iştirak etmişdir. Klub Dinamo Zaqreb klubuna evdə 0-5, səfərdə 0-1 hesabı ilə məğlub olaraq turnir ilə vidalaşmışdır. 2015-ci ildə Fola növbəti dəfə ölkə çempionu olmuşdur. 2014 və 2016-cı ildə vitse çempion olmuş, sonuncuda isə F91 Düdelanj klubu ilə bərabər xal toplamışdır.
2016-cı ildə Fola Eş 110-cu ad gününü qeyd edərkən Lüksemburqun ən qocaman klubu kimi Pionerlər Klubuna üzv olmuşdur.
Sıra | Ölkə | Komanda | Xallar |
---|---|---|---|
317 | Mladost Podqoritsa | 3.550 | |
318 | Şiroki Briyeq | 3.550 | |
319 | İrtış Pavlodar | 3.550 | |
320 | CS Fola Eş | 3.475 | |
321 | Differdanj 03 | 3.475 | |
322 | Slaviya Sofiya | 3.425 | |
323 | Qyöri ETO | 3.400 |
Turnir | Oyunlar | Q | B | M | AQ | BQ |
---|---|---|---|---|---|---|
UEFA Çempionlar Liqası | 4 | 0 | 1 | 3 | 1 | 10 |
UEFA Avropa Liqası | 9 | 2 | 3 | 4 | 6 | 13 |
UEFA Kuboklar Kuboku | 2 | 0 | 0 | 2 | 1 | 11 |
Ümumi | 15 | 2 | 4 | 9 | 8 | 34 |
Mövsüm | Turnir | Raund | Klub | Ev | Səfər | Ümumi |
---|---|---|---|---|---|---|
1973–74 | UEFA Kuboklar Kuboku | 1R | Beroe Stara Zaqora | 0–7 | 1–4 | 1–11 |
2011–12 | UEFA Avropa Liqası | 1Q | Elfsburq | 1–1 | 0–4 | 1–5 |
2013–14 | UEFA Çempionlar Liqası | 2Q | Dinamo Zaqreb | 0–5 | 0–1 | 0–6 |
2014–15 | UEFA Avropa Liqası | 1Q | Göteborq | 0–2 | 0–0 | 0–2 |
2015–16 | UEFA Çempionlar Liqası | 2Q | Dinamo Zaqreb | 0–3 | 1–1 | 1–4 |
2016–17 | UEFA Avropa Liqası | 1Q | Aberdin | 1–0 | 1–3 | 2–3 |
2017–18 | UEFA Avropa Liqası | 1Q | Milsami Orhey | 2–1 | 1–1 | 3–2 |
2Q | İnter Bakı | 0–1 | – | – |
|
|