Françesko Mariya Farneze (it. Francesco Maria Farnese; 8 avqust 1619, Parma – 12 iyul 1647, Parma) — italyan kardinal.
Françesko Mariya Farneze | |
---|---|
![]() | |
14 noyabr 1644 – bilinmir | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 8 avqust 1619(1619-08-08) |
Doğum yeri | |
Vəfat tarixi | 12 iyul 1647(1647-07-12) (27 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | katolik keşişi[d] |
Atası | I Ranuççio Farneze (Parma hersoqu) |
Anası | Marqarita Aldobrandini (Parma hersoginası) |
Dini | Roma-Katolik kilsəsi[1] |
![]() |
8 avqust 1619-cu ildə Parmada dünyaya gəldi. Atası Parma və Piaçensa hersoqu I Ranuççio Farneze, anası isə məşhur italyan ailələrindən Marqarita Aldobrandinidir. Ailənin ən kiçik oğul övladı idi və taxt sırasında çox geridə olduğu üçün uşaqlıqdan dini təhsilə yönəldi.
1644-cü ildə papa X İnnokenti tərəfindən kardinal təyin edildi. Ancaq vəzifə təyinatını təsdiqlətmək üçün Romaya gedə bilmədi. Belə ki, 1646-cı ildə böyük qardaşı Odoardonun vəfatının ardından taxta çıxarılan 16 yaşlı oğlu II Ranuççionun adına dövlət idarəsini ələ aldı. Ancaq cəmi 1 il sonra - 12 iyul 1647-ci ildə Parmada vəfat etdi.