. Love.az

Fransisko Franko - Wikipedia - Love.az

Ana Səhifə - Fransisko Franko
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.

Fransisko Paulino Ermenegildo Teodulo Franko Baamonde (isp. Francisco Paulino Hermenegildo Teódulo Franco Bahamonde; 4 dekabr 1892[1][2][…] – 20 noyabr 1975[3][1][…], Madrid[3]) — İspaniya hərbi və dövlət xadimi, diktator, İspaniya vətəndaş müharibəsi illərində nasionalist hərbi üsyanın rəhbəri, 1939-1975-ci illərdə İspaniya krallığının regenti, kaudilyo (isp. Caudillo de España por la gracia de Dios — Tanrının etimadı ilə İspaniyanın Rəhbəri), İspaniya Nazirlər Şurasının Sədri, generallisimus. 1936-1939-cu illəri əhatə edən vətəndaş müharibəsində qələbə çalaraq hakimiyyəti ələ keçirmişdir.

Fransisko Franko Baamonde
Francisco Paulino Hermenegildo Teódulo Franco Bahamonde
İspaniyanın dövlət başçısı (kaudilyo), İspaniya kralının regenti
1 aprel 1939 – 20 iyun 1975
ƏvvəlkiManuel Asanya
SonrakıI Xuan Karlos
İspaniyanın 68-ci baş naziri
5 fevral 1939 – 9 iyun 1973
ƏvvəlkiXuan Neqrin
SonrakıLuis Karrero Blanko
Şəxsi məlumatlar
Doğum adı Francisco Paulino Hermenegildo Teódulo Franco Bahamonde
Doğum tarixi 4 dekabr 1892(1892-12-04)[1][2][…]
Vəfat tarixi 20 noyabr 1975(1975-11-20)[3][1][…] (82 yaşında)
Vəfat yeri
  • Madrid, Madrid vilayəti[d], İspaniya[3]
Vəfat səbəbi ürək çatışmazlığı
Partiya Falanqa
Fəaliyyəti zabit, hərbi lider[d], siyasətçi, qubernator, ssenarist, kino aktyoru
Həyat yoldaşı Karmen Polo
Uşağı qızı: Mariya del Karmen
Dini katolisizm
Hərbi xidmət
Döyüşlər
  • İspaniya vətəndaş müharibəsi
Rütbəsi generalisimus

Təltifləri Knight Grand Cross of the Order of Saints Maurice and Lazarus (Savoy hersoqluğu) Order of the Seal of Solomon (Efiopiya imperiyası) İsa Məsihin Ali Ordeni (Vatikan) — 1954 "Fəxri Legion" ordeni komandoru (Fransa) — 1930 Grand Cross of the Military Merit - White Badge (İspaniya) — 1934 Knight Grand Officer of the Order of Isabella the Catholic (İspaniya) Military Medal of Spain (İspaniya) — 1922 War Grand Cross (İspaniya) — 1939 Knight Grand Cross with Collar of the Order of Alfonso X (İspaniya) — 1940 Grand Cross of the Royal and Military Order of Saint Hermenegild (İspaniya) — 1941 Knight Grand Officer of the Order of Saint Hermenegild (İspaniya) — 1935 Cross of the Royal and Military Order of Saint Hermenegild (İspaniya) Cross of the Military Merit - Red Decoration (İspaniya) — 1912 Knight Grand Cross of the Order of Saint Ferdinand (İspaniya) — 1939 Order of the Most Holy Annunciation (İtaliya) Grand Collar of the Military Order of the Tower and Sword (Portuqaliya) — 1939 Grand Cross of the Military Order of Avis (Portuqaliya) Supreme Order of the Renaissance (İordaniya) Order of Rama (Rattanakosin Kingdom) Knight grand cross of the order of the crown of Italy (İtaliya krallığı) "Bernardo O'Higgins" ordeni (Çili) "Xilaskar San-Martin" ordeni (Argentina) Military Order of Ayacucho (Peru) Grand Cross of the special class of the Order of Boyacá (Kolumbiya) "Xristofor Kolumb" ordeni (Dominikan Respublikası) Order of Trujillo (Dominikan Respublikası) National Order of Honour and Merit (Haiti) Grand Cross of the Order of the Legion of Honour (Philippines) (Filippin) Medal of Work Merit (İspaniya) "Ləyaqət" milli ordeni (Paraqvay) Medal of the Peace of Morocco (İspaniya) Order of Saint Lazarus Battle of Lepanto 4th Centenary Medal (İspaniya) — 1971 Order of the Medhauia (İspaniya) Cross of Naval Merit with red badge (İspaniya) — 1926 "Ləyaqət" milli ordeni (Ekvador) Royal and Military Order of Maria Christina (İspaniya) — 1914 Melilla Medal (Military) (İspaniya) Order of Sikatuna (Filippin) Medal of Suffering for the Motherland (İspaniya) — 1925 Campaigns Commemorative Medal (İspaniya) Order of the German Eagle (Üçüncü Reyx) Grand Cross of the Sash of the Three Orders (Portuqaliya) — 1962 Imperial Order of the Yoke and Arrows (İspaniya) Grand Cross of the Aeronautical Merit (Spain) - White Decoration
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Gəncliyi
  • 2 Hakimiyyətə doğru
  • 3 Vətəndaş müharibəsi
  • 4 İkinci dünya müharibəsi dövründə
  • 5 Müharibədən sonra
  • 6 Ailəsi, şəxsi həyatı
  • 7 İstinadlar
  • 8 Xarici keçidlər

Gəncliyi

redaktə

Franko ailəsinin ənənəsinə uyğun olaraq hərbi dənizçi olmaq istəyirdi. Lakin İspaniyanın 1898-ci il İspaniya-Amerika müharibəsində məğlubiyyəti nəticəsində bu sahədəki boş yerlərin sayında həddindən artıq azalma baş verdi. Buna görə də Franko Piyada Qoşun Akademiyasına yazıldı. Onun qardaşı Roman Franko isə məşhur aviator olmuşdur.

1910-cu ildə Toledodakı Piyada Qoşun Akademiyasını bitirdikdən sonra o, 2 il öz doğma El Ferrol şəhərindəki qarnizonda xidmət edir. Lakin ilk imkan düşən kimi Mərakeşə yollanır. Çünki İspaniyanın Afrikadakı bu yeni protektoratında xidmət döyüş təcrübəsi toplamağa və hərbi karyera qurmağa imkan verirdi.

Tezliklə Franko yaxşı zabit kimi reputasiya qazandı. O, Mərakeşdə cəmi 11 il qalır, əvvəl Yerli Müntəzəm Ordu sıralarında, sonra isə İspan Əcnəbi Legionunda xidmət edir. 1912-1916-cı və 1920-1926-cı illərdə o, Rif Müharibəsində iştirak edir və leytenant rütbəsindən generaladək yüksəlir. 1916-cı ildə 23 yaşında ikən o, ispan ordusunda ən gənc mayor, 1926-cı ildə 33 yaşında isə ən gənc general olur. Elə həmin il Franko Madriddə yerləşən piyada qoşun briqadasının komandanı, 1928-ci ildə isə Saraqosadakı yenidən yaradılmış Hərbi Akademiyanın rəhbəri təyin edilir.

Hakimiyyətə doğru

redaktə

1931-ci ildə demək olar ki, qan tökülmədən keçən inqilab nəticəsində monarxiya devrildi. Hakimiyyət respublikaçıların əlinə keçdi. Bu dövrdə Franko neytral qalaraq siyasətə qarışmırdı. 1931-ci il aprelin 15-də o, rəhbərlik etdiyi akademiyanın müdavimləri qarşısında çıxış edərkən demişdi: "Beləliklə, respublika elan olunub və hakimiyyət müvəqqəti hökumətin əlindədir, buna görə də nizam-intizamı gözləmək, sülhü qorumaq, xalqın düzgün yolda irəliləməsinə yardım etmək üçün öz sıralarımızı sıxlaşdırmaq bizim borcumuzdur".

Respublikanın ilk illərində hakimiyyət əsasən populyar olmayan aqrar siyasət həyata keçirən solçu partiyaların əlində idi. Bundan əlavə antidini islahatlar həyata keçirildi, 1851-ci ildə Katolik Kilsəsi ilə bağlanmış konkordat ləğv edildi, katolisizm dövlət dini olmaqdan çıxarıldı, ruhanilərə hər cür ödəmələr 2 il müddətinə dayandırıldı, İezuitlər Ordeni yenidən qadağan edildi, geniş yayılmış kilsə təhsili sistemi ləğv olundu, boşanma proseduru sadələşdirildi, bəzi monastırlar dağıdıldı. Cəmiyyətdə narazılıqlar, siyasiləşmə və radikallaşma kəskin şəkildə yüksəldi. Arxasında "İberiya Anarxistlər Federasiyası" (İAF) adlı anarxist təşkilatın dayandığı tətillər, bomba partlayışları ilə müşayiət olunan sui-qəsdlər və kəndlərdəki qanlı iğtişaşlar sonda hakimiyyət çevrilişi ilə nəticələndi. 1933-cü ildə sağ təmayüllü partiyalar hakimiyyətə gəldilər. "İki qırmızı il"dən sonra İspaniyada "iki qara il" başladı. Nəticədə ölkədə müxtəlif siyasi görüşlərə malik olan çoxsaylı yarımhərbi təşkilatlar formalaşmağa başladı. 1934-cü ildə Asturiyada şaxtaçıların anarxist üsyanı baş qaldırdı. Franko onun yatırılmasında iştirak etdi və tezliklə Mərakeşdəki ispan ordusunun baş komandanı təyin edildi. Lakin bir neçə ay sonra o, Böyük Baş Qərargah Rəisi vəzifəsini təhvil almaq üçün Madridə geri qayıtdı.

1936-cı ilin fevralında özündə sosialist, kommunist, anarxist və solçu burjua partiyalarını birləşdirən Xalq Cəbhəsi partiyaları seçkilərdə qələbə qazandılar. Onlar dərhal siyasi məhbusları azad etməyə, torpağı ələ keçirməyə, kilsə və monastırları dağıtmağa başladılar. Sonrakı bir neçə ayda hökumət get-gedə solçuların təsiri altına düşmüşdü.

Vətəndaş müharibəsi

redaktə
Əsas məqalə: İspaniya vətəndaş müharibəsi

1936-cı il iyulun 18-də İspaniyada Vətəndaş müharibəsi başladı. Sovet tarixçiləri bu hadisənin başlanmasına siqnal rolunu radio ilə yayımlanan şifrələnmiş "İspaniya üzərində buludsuz səma" sözləri olduğunu iddia etsələr də, ispan tarixçiləri bu faktı təsdiq etmirlər və belə bir fakt onlara məlum deyil. Hərbçilər bütün böyük şəhərlərdə qiyam qaldırdılar, lakin Madrid də daxil olmaqla bir neçə şəhərdə o tezliklə yatırıldı. Nəticədə sürətli qələbə əldə etmək mümkün olmadı. Hər iki tərəf öz siyasi rəqiblərinə qarşı kütləvi silahlı qarşıdurmaya başladı.

İlkin olaraq qiyamçıların rəhbəri Franko yox, Portuqaliyada sürgündə olan general Hose Sanhurxo idi. Lakin üsyanın başlanmasından iki gün sonra iyulun 20-də o, təyyarə qəzasında həlak oldu.

Respublikaçılar kömək üçün SSRİ-yə müraciət etdilər. Faşist İtaliyası və Almaniya isə nasionalistlərə yardım edirdi. SSRİ Daxili İşlər üzrə Xalq Komissarlığı (NKVD) və Komintern antifaşist interbriqadalarına adam toplamaq üçün fəaliyyətə başladılar. Frankonun tərəfində də müxtəlif ölkələrdən könüllülər döyüşürdülər.

Əgər tərəflərdən biri bu müharibəni "faşizm və reaksiyaya qarşı mübarizə" kimi göstərirdisə, digəri bunu "qırmızı ordulara qarşı xaç yürüşü" kimi təqdim edirdi. Franko Mussolini və Hitlerdən fərqli olaraq katolik idi və bu amil onlar arasındakı münasibətlərdə sonradan "çat" yaranmasına səbəb oldu.

Üç il davam edən vətəndaş müharibəsi nəticəsində nasionalistlər qələbə qazandılar. Müharibənin sonlarına yaxın həm respublikaçıların SSRİ ilə, həm də Frankonun Almaniya və İtaliya ilə münasibətlərində soyuqluq yarandı.

Müharibənin başa çatmasına yarım il qalmış interbriqadalar buraxıldı və İspaniyadan çıxarıldı, sovet hərbi mütəxəssisləri də həmçinin. Franko da öz növbəsində alman "Kondor" Legionuna öz vətəninə qayıtmağı təklif etdi. Çünki, hamının gözlədiyi dünya müharibəsi ərəfəsində Franko qərb ölkələrinə münasibətdə neytral qalmağı üstün tuturdu.

İkinci dünya müharibəsi dövründə

redaktə

Faşizm

 
Faşizmin simvolu sayılan fassiyalı qartal motivi

Əlaqəli mövzular
Millətçilik
Vətənpərvərlik
Totalitarizm
Militarizm
Şovinizm
Rasizm
Antikommunizm
Anti-kapitalizm
Populizm
Korporatizm
İrredentizm
Üçüncü yol
Sosial darvinizm
İstiqamətlər
İtalyan faşizmi
Nasizm
Falangizm
Avstriya Faşizmi
Peronizm
Reksizm
Yapon millətçiliyi
Yeni Dövlət
Neofaşizm
Neonasizm
Doktrinalar
Faşizmin Doktrinası
Mein Kampf
Təşkilatlar
Partiyalar

Milli Faşist Partiyası
Cumhuriyyətçi Faşist Partiyası
Nasional Sosialist Alman Fəhlə Partiyası
Ustaşlar
Dəmir Qvardiya
 ·
Silahlı birləşmələr
Qara köynəklilər
Sturmabteilung
Schutzstaffel
Hitlerjugend
Gestapo
 ·
Mətbuat-yayım orqanları
Il Popolo d'Italia
Völkischer Beobachter

Faşist liderlər
  • Benito Mussolini
  • Adolf Hitler
  • Fransisko Franko
  • Yon Antonesku
  • Antoniu Salazar
  • Xuan Peron
  • Ante Paveliç
Faşist dövlətlər

  Üçüncü Reyx
  İtaliya Sosial Respublikası
  Franko İspaniyası
  Antonesku Rumıniyası
  Böyük Albaniya
  Müstəqil Xorvatiya Dövləti

  • bax
  • müzakirə
  • redaktə

İtaliya və Almaniya Frankoya göstərdikləri yardımın müqabilində elə də çox şey əldə etmədilər. Düzdür onlar qonşuluqlarında kommunist dövlətinin qurulması təhlükəsindən qurtuldular, lakin İspaniya "faşist oxu"na qoşulmadı və SSRİ-yə qarşı döyüşmək üçün Şərq cəbhəsinə Mavi diviziyanın göndərilməsini çıxmaqla İkinci dünya müharibəsi ərzində demək olar ki, neytral qaldı. Hitlerlə şəxsi görüşməsində Franko Cəbəllütariqin ələ keçirilməsi planında iştirak etməkdən imtina etdi. Lakin SSRİ-nin İspaniyada respublikaçılara dəstək verməsinə cavab olaraq o, Mavi diviziya adlanan qoşun hissəsinin bu ölkəyə qarşı hərbi əməliyyatlarda iştirak etməsinə razı oldu. Mussolini rejiminin devrilməsindən sonra Franko bu qoşunları geri çağırdı. Nəticə olaraq müharibədən sonra Franko rejimi çökmədi, lakin bir müddət ABŞ və SSRİ-nin təzyiqi ilə beynəlxalq aləmdən təcrid olundu.

Franko Hitlerin tələblərinə baxmayaraq İspaniyada antisemit qanunvericilik aktları qəbul etmədi. Bu həmin dövrdə İspaniyada yaşayan və digər ölkələrdən qaçan 60 mindən artıq yəhudinin həyatını xilas etdi. Bu səbəbdən müasir İsrail tarixşünaslığı Frankoya simpatiya ilə yanaşır.

Müəllif Riçard Bassetin versiyasına görə Frankonun neytrallığı Çörçillin Franko və onun generallarının İsveçrədəki bank hesablarına köçürdüyü pulların nəticəsidir.

Müharibədən sonra

redaktə
 
Fransisko Franko və ABŞ prezidenti Dvayt Eyzenhaver, 1959-cu il

Soyuq müharibənin başlamasından sonra SSRİ-nin BMT-də rolu azaldı və 50-ci illərin əvvəllərində Franko rejimi ilə diplomatik əlaqələr qurulmasına başlandı. Hələ İkinci dünya müharibəsinin gedişində Franko faşist partiyasının, Falanqanın səlahiyyətlərini məhdudlaşdırdı, müharibədən sonra isə partiya əsasən sosial məsələlərlə məşğul olurdu. Həm də bu partiya adını dəyişərək Milli Hərəkat partiyası adını aldı. Frankonun təşəbbüsü ilə milli barışıq siyasətinin əsası qoyuldu, vətəndaş müharibəsində bütün həlak olanlara abidə ucaldıldı. Lakin siyasi rəqiblərə qarşı repressiyalar onun ölümünədək davam etdi.

1950-ci illərin ortalarından İspaniyanı Avropanın kasıb ölkələri sırasından inkişaf etmiş ölkələr sırasına çıxaran "ispan iqtisadi möcüzəsi" başladı. Uzun müddət İspaniya Yaponiyadan sonra inkişaf tempinə görə dünyada ikinci yeri tuturdu. 1947-ci ildən İspaniya kral vəzifəsinin vakant olduğu monarxiya hesab olunurdu. Franko qərar verdi ki, onun ölümündən sonra şahzadə Xuan Karlos kral olacaq və bu 1975-ci ildə baş verdi.

1973-cü ildə Franko hökumətin rəhbəri vəzifəsindən ayrıldı və yerini admiral Luis Karrero Blankoya təhvil verdi. Lakin yeni rəhbər həmin il ETA terrorçuları tərəfindən öldürüldü. Franko isə uzun müddət müalicədə qaldı, üstəlik hesab olunur ki, onun ömrünü süni şəkildə uzadırmışlar ki, o, 1975-ci il noyabrın 20-də Primo de Rivyeranın ölüm ildönümündə vəfat etsin. Fransisko Franko Şəhidlər Vadisində (isp. Valle de los Caídos) dəfn olunmuşdur.

Ailəsi, şəxsi həyatı

redaktə

Franko 2 kitabın müəllifidir: İspan Əcnəbi Legionunda xidmətdən bəhs edən "Bir bölüyün gündəliyi" (1922) və Hayme de Andrade təxəllüsü altında yazdığı ailə xronikasından bəhs edən "Nəsil" (1940). Onun sevimli məşğuliyyəti ova getmək, ömrünün sonlarına yaxın isə televizora baxmaq idi.

Frankonun vəfatından sonra onun həyat yoldaşı Karmen Poloya hersoginya titulu verildi. Frankonun Karmen Polodan bir qızı vardır (Mariya del Karmen).

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. ↑ 1 2 Payne S. G. Francisco Franco // Encyclopædia Britannica (ing.).
  3. ↑ 1 2 3 4 Франко Франсиско // Большая советская энциклопедия (rus.): [в 30 т.]. 3-е изд. Москва: Советская энциклопедия, 1969.

Xarici keçidlər

redaktə
  Vikianbarda Fransisko Franko ilə əlaqəli mediafayllar var.
  • Fransisko Franko haqqında Britannika məqaləsi
  • Xoakin Arraras.Fransisko Franko: insan və zaman
  • Hedda Qarza. Fransisko Franko (bioqrafiya)
  • Дамс Хельмут Гюнтер. «Франсиско Франко. Солдат и глава государства»
  • Франсиско Франко: непобеждённый генералиссимус
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Fransisko_Franko&oldid=7315888"
LOVE.AZ