. Love.az

Fransua Jozef Pol De Qrass - Wikipedia - Love.az

Ana Səhifə - Fransua Jozef Pol De Qrass

Fransua Jozef Pol de Qrass ( fr. François Joseph Paul de Grasse; 13 sentyabr 1722[1][2][…], Le-Bar-sur-Lu – 11 yanvar 1788[1] və ya 14 yanvar 1788, Paris) — Fransa admiralı, ABŞ İstiqlal müharibəsi iştirakçısı.

Fransua Jozef Pol de Qrass
fr. François Joseph Paul de Grasse
Şəxsi məlumatlar
Doğum tarixi 13 sentyabr 1722(1722-09-13)[1][2][…]
Doğum yeri
  • Le-Bar-sur-Lu
Vəfat tarixi 11 yanvar 1788(1788-01-11)[1] (65 yaşında) və ya 14 yanvar 1788(1788-01-14) (65 yaşında)
Vəfat yeri
  • Paris, Fransa krallığı
Dəfn yeri
  • Müqəddəs Rox kilsəsi[d]
Vətəndaşlığı
  •  Fransa
Hərbi fəaliyyəti
Xidmət illəri 1734-cü ildən
Rütbəsi vitse-admiral
Döyüşlər
  • Avstriya irsi uğrunda müharibə,
  • Tulon döyüşü[d]
Təltifləri Müqəddəs Lüdovik ordeni (Fransa) Society of the Cincinnati (Amerika Birləşmiş Ştatları)
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

Fransua Jozef Pol de Qrass Avstriya irsi uğrunda müharibədə iştirak etmiş, Tulon döyüşündə əsas fiqurlardan biri olmuşdur. ABŞ İstiqlal müharibəsində, həmçinin Britaniya, Niderland, Fransa və İspaniyanın Vest-Hind adalarında və Şimali Amerikada müstəmləkə müharibəsində Fransua gəmilər diviziyasına komandanlıq etmişdir. 29 aprel 1781-ci ildə böyük bir konvoyun Martinikaya gəlməsini müvəffəqiyyətlə təmin etmiş və sonra Tobaqo adasını işğal etmişdir. Fransua Çesapik körfəzində Britaniya donanmasını dəf etmişdir. General Lafayet ilə birlikdə Fransua ABŞ İstiqlal müharibəsində amerikalılara əhəmiyyətli töhfə vermişdir. 1788-ci ildə vəfat etmişdir.

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. ↑ 1 2 Francois-Joseph-Paul, count de Grasse // Encyclopædia Britannica (ing.).
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Fransua_Jozef_Pol_de_Qrass&oldid=7311705"
LOVE.AZ