Frederik Ferdinand Helsted (18 mart 1809[1][2][…], Kopenhagen[1] – 11 dekabr 1875[3], Kopenhagen[1]) — Danimarka rəssamı və rəsm müəllimi.[4]
Frederik Ferdinand Helsted | |
---|---|
![]() | |
Doğum tarixi | 18 mart 1809(1809-03-18)[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 11 dekabr 1875(1875-12-11)[3] (66 yaşında) |
Vəfat yeri |
|
Fəaliyyəti | rəssam |
Təhsili |
|
Janr | portret |
![]() |
Frederik Ferdinand Helsted 18 mart 1809-cu ildə Danimarkanın paytaxtı olan Kopenhagen şəhərində anadan olmuşdur. O, Yohann Helsted və An Mari Salatinin oğludur. Helsted erkən illərində atasının emalatxanasında çəkməçi kimi işləmişdir. O, 1834-cü ildən 1837-ci ilə qədər Danimarka Kral İncəsənət Akademiyasında təhsil almışdır. Burada o, əsərlərinə görə 2 gümüş medal və bir nağd mükafat qazanmışdır. Helsted Düsseldorf, Nitsa, Florensiya və Roma şəhərlərinə etüd səyahətinə çıxmışdır. O, 1845-ci ildə Kopenhagen şəhərində bir rəssamlıq məktəbi təsis etmişdir. Helsted bu məktəbə 30 il rəhbərlik etmişdir.
O, 1849-cu ildən sonra rəssamlıq karyerasını sona çatdırmış və rəssamlıq dərsləri verməyə diqqət mərkəzinə çevirmişdir.[5]
Frederik Ferdinand Helsted 11 dekabr 1875-ci il tarixində, 66 yaşında Kopenhagen şəhərində vəfat etmişdir. O, Kopenagen şəhərində yerləşən Holmens qəbiristanlığında dəfn olunmuşdur.[6]
Helsted 1841-ci ildə Anna Kristiane Vilhemin Olsen (1815–1889) ilə evlənir. O, rəssam Aksel Helstedin (1847–1907) atasıdır.
Helsted çox sayda metaforik rəsm əsrləri çəkmişdir. Buna əlavə olaraq, o, litoqraflar üçün şablonlar hazırlamış və özü də litoqrafiya etmişdir. Helsted 1833-cü ildən 1849-cu ilə qədər Kopenhagen yaxınlıqlarında yerləşən Şarlottenborq sarayındakı, 1898-ci ildə Kral Teatrındakı və 1901-ci ildə Kopenhagen Bələdiyyə Binasındakı sərgilərdə ümumi olaraq, 53 rəsm əsəri ilə təmsil edilmişdir.