İohaim-Fridrix Martin Yozef Merz (alm. Joachim-Friedrich Martin Josef Merz; 11 noyabr 1955[1][2]) — alman siyasi xadimi, 31 yanvar 2022-ci ildən Xristian Demokrat İttifaqının lideri. Almaniya Federativ Respublikasının Federal Kansleri (6 may 2025-ci ildən)
Fridrix Merz | |
---|---|
alm. Friedrich Merz | |
![]() | |
Vəzifədədir | |
22 yanvar 2022-ci ildən | |
Əvvəlki | Armin Laschet |
Vəzifədədir | |
6 may 2025-ci ildən | |
Əvvəlki | Olaf Şolts |
Vəzifədədir | |
25 mart 2025-ci ildən | |
26 oktyabr 2021 – bilinmir | |
10 noyabr 1994 – 27 oktyabr 2009 | |
– 2009 | |
29 fevral 2000 – 24 sentyabr 2002 | |
25 iyul 1989 – 18 iyul 1994 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 11 noyabr 1955(1955-11-11)[1][2] (69 yaş) |
Partiya |
|
Təhsili | |
Fəaliyyəti | vəkil, siyasətçi, hüquqşünas, Almaniyanın Federal Kansleri, menecer |
Uşağı | 3[3] |
Dini | katolisizm |
Elmi fəaliyyəti | |
Elm sahəsi | siyasət[4], hüquq[4], menecment[4], Lobbiçilik[4] |
|
|
![]() |
|
friedrich-merz.de | |
![]() |
Qərbi Almaniyada anadan olub. 1972-ci ildən Xristian Demokrat İttifaqı partiyasının üzvüdür. 1975–1976-cı illərdə Bundesverdə özüyeriyən artilleriya qurğusu-haubitsa bölüyündə xidmət etmişdir. 1976–1982-ci illərdə Bonn Universitetində (hüquq üzrə magistr) təhsil alıb. 1989–1994-cü illərdə Avropa Parlamentinin Almaniyadan deputatı olub. Hoxsauerland dairəsi üzrə Bundestaqın üzvüdür (2021-ci ildən). İqtisadi liberalizmin, avroatlantizmin, liberal demokratiyanın və Avropa təhlükəsizliyinin tərəfdarıdır.