Kanehito Yamada tərəfindən yaradılmış "Frieren: Beyond Journey's End" manqa seriyasına Tsukasa Abe tərəfindən illüstrasiya olunan bir çox personaj daxildir. Manqa seriyasında hadisələr Friren adlı güclü elf sehrbazın yaşadığı fentezi dünyasında baş verir. O, İblis kralı məğlub edən Qəhrəmanlar komandasındakı yoldaşı Himmeli yenidən görmək üçün ruhların dincəldiyi yerə doğru səyahətə çıxır.
Seriyanın əsas personajı min ildən çox yaşı olan güclü elf sehrbaz Frirendir. O, Himmel, Heyter və Ayzendən ibarət Qəhrəmanlar komandasının keçmiş üzvüdür. Himmelin ölümündən bir müddət sonra Fern adlı şagirdi ilə ikinci səyahətə çıxmağa qərar verir. Yolda onun komandasına Ştark adlı gənc döyüşçü qoşulur. Onlar səyahətləri boyunca müxtəlif iblislərlə və sehrbazlarla qarşılaşırlar. 10 il əvvəl dostu ilə birlikdə macəraya çıxmadığı üçün peşman olan keşiş Zayn bir müddət onların komandasına qoşulur.
Seriyanın yaradıcısı Kanehito Yamada bir neçə ideya ilə çıxış etdikdən sonra min ildən çox yaşı olan elf sehrbaz yaratmağa qərar vermişdir. Seriyanın məsul redaktoru Katsuma Oqura illüstrator Tsukasa Abeyə müraciət edərək personajları dizayn etməsini istəmişdir. Seriyadakı personajların adları alman dilindən götürülmüşdür.
Bir vaxtlar Frirenin üzvü olduğu qəhrəmanlar komandası. Onlar 10 il davam macəradan sonra İblis kralı məğlub etmiş və dünyada sülhü bərqərar etmişdirlər. Macəra başa çatdıqdan sonra ayrılmışdırlar. Komanda hekayənin əvvəlində dağılsa da, komanda üzvləri mütəmadi olaraq fleşbek səhnələrində peyda olurlar.
Bir vaxtlar İblis kralın başçılığı altında dünyada müsibətlərə səbəb olan irq. Qəhrəmanlar komandası İblis kralı öldürdükdən sonra onun qüvvələrindən qalan iblislər insanlara və digər irqlərə qarşı döyüşməyə davam edirlər. İblislər insanları və onların duyğularını yamsılamaqda peşəkar olsalar da, insanlara aid duyğuları başa düşə bilmirlər. Onlar sözlərdən istifadə edərək insanları aldatmağa çalışırlar. İblislər individualistik xarakterə malik canlılardı, onların sosial iyerxaxiyası güc və mana üzərisində qurulub. Friren iblislərdən nifrət edir və bacardığı qədər çox iblis öldürməyə çalışır.
Yeddi Məhv Müdriki (七崩賢, Şiçihoken?) İblis kralın ordusundakı ən güclü iblislər hesab olunurdu. Onlardan üçü Cənubun qəhrəmanı tərəfindən, bir neçəsi isə Qəhrəmanlar komandası tərəfindən öldürülmüşdür. İblis kralın ölümündən sonra sağ qalan bir neçəsi qaça bilmiş və güc toplamaq üçün gizlənmişdirlər.