Fuad Murtuz oğlu Ələsgərov (14 may 1959, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan hüquqşünası və ictimai-siyasi xadimi, Azərbaycan Respublikası Prezidentinin köməkçisi (2017-ci ildən) və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri (1998–2017, 2019-cu ildən), Administrasiyanın Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin müdiri (2017–2019), 1-ci dərəcəli dövlət müşaviri.
Fuad Ələsgərov | |
---|---|
Vəzifədədir | |
29 noyabr 2019-cu ildən | |
Prezident | İlham Əliyev |
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri | |
Vəzifədədir | |
29 noyabr 2019-cu ildən | |
Prezident | İlham Əliyev |
25 aprel 1998 – 30 may 2017 | |
Prezident | Heydər Əliyev İlham Əliyev |
Azərbaycan Respublikası Prezidentinin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi — şöbə müdiri | |
31 may 2017 – 29 noyabr 2019 | |
Prezident | İlham Əliyev |
Əvvəlki | özü (Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri kimi) Vahid Əliyev (Prezidentin müdafiə məsələləri üzrə köməkçisi kimi) |
Sonrakı | özü (Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri kimi) Məhərrəm Əliyev (Hərbi məsələlər şöbəsinin müdiri kimi) |
22 avqust 1994 – 25 aprel 1998 | |
Prezident | Heydər Əliyev |
29 avqust 1990 – 22 avqust 1994 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 14 may 1959(1959-05-14) (66 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Atası | Murtuz Ələsgərov |
Təltifləri |
![]() ![]() |
Fuad Murtuz oğlu Ələsgərov 1959-cu il mayın 14-də Şərur rayonunda anadan olmuşdur. 1981-ci ildə Azərbaycan Dövlət Universitetininin hüquq fakültəsini bitirib.[1]
1981–1984-cü illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat və VVAQ İdarəsində məsləhətçi, 1984-cü ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə orqanları idarəsində məsləhətçi, 1984–1987-ci illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Nəzarət və icranın yoxlanılması idarəsində baş məsləhətçi, 1987–1990-cı illərdə Bakı şəhəri Suraxanı Rayon Xalq Məhkəməsində Xalq hakimi, 1990–1994-cü illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin üzvü, 1994–1998-ci illərdə isə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Dövlət-hüquq şöbəsinin müdiri vəzifələrində çalışmışdır.
Azərbaycan Respublikası Prezidentinin 25 aprel 1998-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 21 aprel tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvü təyin edilmişdir.[2] Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 14 fevral tarixli Sərəncamı ilə Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilmişdir.[3]
Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasının üzvüdür.[4][5]
Azərbaycan Respublikası Prezidentinin 31 may 2017-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi — şöbə müdiri təyin edilmişdir.
Azərbaycan Respublikasında qanunvericiliyin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 22 iyun tarixli Sərəncamı ilə "Əməkdar Hüquqşünas" fəxri adı verilmişdir.[6]
Hüquq elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar hüquqşünası Murtuz Ələsgərovun oğludur.
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |