. Love.az

Goyezen Qalasi - Wikipedia - Love.az

Ana Səhifə - Goyezen Qalasi
Bu səhifədə iş davam etməkdədir.
Müdaxilə etməyə tələsməyin!
  • Əgər kömək etmək istəyirsinizsə, ya da səhifə yarımçıq qalıbsa, səhifəni yaradan istifadəçi ilə əlaqə qura bilərsiniz.
  • Səhifənin tarixçəsində səhifə üzərində işləmiş istifadəçilərin adlarını görə bilərsiniz.
  • lərinizi mənbə və istinadlarla əsaslandırmağı unutmayın.
Bu məqalə sonuncu dəfə 2 gün əvvəl Xeyal (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə)

Göyəzən qalası — Qazax rayonunun Alpout kəndi yaxınlığında, Göyəzən dağının ətəyində yerləşən, inventar nömrəsi 4534 olan yerli əhəmiyyətli tarixi abidə.[1][2]

Göyəzən qalası
Xəritə
41°05′19″ şm. e. 45°11′04″ ş. u.HGYO
Ölkə Azərbaycan Azərbaycan
Rayon Qazax rayonu
Yerləşir Alpout
Tikilmə tarixi XIV əsr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Tarixi
  • 2 Memarlığı
  • 3 Tədqiqi
  • 4 Qalereya
    • 4.1 Göyəzən qalasının qalıqları
  • 5 Xarici keçidlər
  • 6 Həmçinin bax
  • 7 İstinadlar

Tarixi

redaktə

Göyəzən dağında yerləşən, dövlət qeydiyyatına götürülmüş tarixi abidələrdən biri inventar nömrəsi 4534 olan Göyəzən qalasıdır. Bu abidə yerli əhəmiyyətli, memarlıq abidəsidir. XIV əsrə aid edilir.[1] [3] Buna baxmayaraq Göyəzən qalasının VIII əsrin ortalarında ərəb işğalları, XIII əsrdə isə monqol işğalları vaxtı dağıdılması barədə də tarixşünaslıqda müəyyən fikirlər var.[4]

Memarlığı

redaktə

İstehkam dağın sıldırım hissəsinə söykənərək yerli daşdan hörülmüş enli divarlara malikdir. Qala divarında yeddi bürc vardır. Divarları və bəzi bürcləri yaxşı qalmışdır. Giriş hissəsi iki bürcün arasında cənub hissədə yerləşmişdir. Qalanın içində müxtəlif təyinatlı tikili qalıqları və su toplamaq üçün qurğular mövcuddur. Qalanın bürcləri 6 metr diametrindədilər. Bürclərin mövcud hissələri təqribən 4 metr hündürlüyə malikdir. Qalanın ərazisi trapesiya şəkillidir, cənub-şərqdəki giriş hissəsi iki bürc də daxil olmaqla 17, şimal-qərbindəki divarı (bürclər də daxil olmaqla) 41 metr uzunluqdadır. Cənub-şərqdən, yəni giriş tərəfdən şimal-qərbə tərəf uzanan divanın uzunluğu, boş bürc də daxil olmaqla 111 metrdir.[5]

Tədqiqi

redaktə

Qala ətrafında kiçik miqyaslı arxeoloji qazıntı işləri aparılmışdır. Göyəzən qalasında sovet dövründə ilkin tədqiqatları Cəfərqulu Rüstəmov və Firuzə Muradova aparmışlar. Amma göstərilən abidə ərazisində 1960-1962-ci illərdə arxeoloji tədqiqatlar aparmış erməni arxeoloqları dünya elmi çevrələrində guya bu qalanın "qədim ermənilər" tərəfindən inşa edilməsi barədə saxta fikirlər yaradıblar. Onların dəlil kimi gətirdiyi mənbələrin heç birində qalanın ermənilər tərəfindən inşası və ya istifadəsi, həmçinin, qalanın tarixi lokallaşması və adlanması barədə dəqiq məlumat yoxdur. Cari arxeloji tədqiqatlar göstərdi ki, qalanın özülündə qədim bir bünövrə olmamış, qala bölgənin islam dövrü inşa qanunları ilə tikilib və erkən orta əsirlərə aiddir. [1]

Qalereya

redaktə

Göyəzən qalasının qalıqları

redaktə
  •  
  •  
  •  
  •  
  •  

Xarici keçidlər

redaktə
  • Gülmirə Baxşiyeva. Mədəni İrsimizi özündə əks etdirən Göyəzən qalası. Ədalət qəzeti. 2025. 16 may (№18). s. 16
  • Qocayeva, Rəna. Mədəni irsimizi özündə əks etdirən Göyəzən qalası. Türküstan qəzeti, 2023, 5-11 dekabr, №44, s. 10
  • Gülmirə Baxşiyeva. Tarixi dəyərimiz -Göyəzən qalası. Türküstan qəzeti, 2023, 18-24 iyul, s.16.

Həmçinin bax

redaktə
  • Göyəzən dağı

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 Gülmirə Baxşiyeva. Mədəni İrsimizi özündə əks etdirən Göyəzən qalası. Ədalət qəzeti. 2025. 16 may (№18). s. 16
  2. ↑ Qazax rayonu “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun ərazilərində olan dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı - "Avey" Dövlət Tarix-Mədəniyyət qoruğunun rəsmi veb saytı
  3. ↑ Gülmirə Baxşiyeva. Tarixi dəyərimiz -Göyəzən qalası. Türküstan qəzeti, 2023, 18-24 iyul, s.16.
  4. ↑ "Xəqani Alməmmədov, Elvin Əliyev, Şamil Nəcəfov. Azərbaycanın qərb rayonlarında müxtəlif dövr arxeoloji abidələrin elektron qeydiyyatı və xəritələşməsi. Bakı: Elmin İnkişaf Fondu, 2017, səh.289" (PDF). 2022-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-09-10.
  5. ↑ Gülmirə Baxşiyeva. Mədəni İrsimizi özündə əks etdirən Göyəzən qalası. Ədalət qəzeti. 2025. 16 may (№18). s. 16
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Göyəzən_qalası&oldid=8155342"
LOVE.AZ