. Love.az

Gozellik - Wikipedia - Love.az

Ana Səhifə - Gozellik

Gözəllik — estetikanın ən ümumi, ən geniş əhatəli kateqoriyası, estetik qiymətləndirmənin ən mühüm amilidir. O, istisnasız olaraq bütün həyat və kainat təzahürlərini, təbiət və cəmiyyət hadisələrini, əmək, ictimai münasibət və incəsənət sahələrini əhatə edir.

Mündəricat

  • 1 Platon gözəllik haqqında
  • 2 Heraklit gözəllik haqqında
  • 3 Aristotel gözəllik haqqında
  • 4 Ədəbiyyat
  • 5 Həmçinin bax

Platon gözəllik haqqında

redaktə

Qədim Yunanıstanın idealist filosofu, Platon gözəlliyin mənbəyini bu fani hesab etdiyi maddi aləmdə deyil, ideyalar aləmində, əbədiyyətdə görür. O, belə hesab edir ki. "gözəllik hansı bir görkəmdə, hansı bir məxluqda, yaxud ancaq hansı bir predmetdə isə görünə bilməz". Platon gözəlliyi heç bir real mündəricə daşımayan, sabit, metafizik bir ideya kimi qiymətləndirir

Heraklit gözəllik haqqında

redaktə

Heraklitə görə "dünyanın ən gözəl quruluşu" və "ən gözəl ahəngdarlıq" əksliklərin vəhədəti və mübarizəsinin nəticəsidir.

Aristotel gözəllik haqqında

redaktə

Aristotelin fikrincə, "gözəllik və gözəlliyin varlığı" vəhdətdə, gerçəkliyin obyektiv xassəsi, onun qanunauyğunluğunun təzahürü olmalıdır.

Ədəbiyyat

redaktə
  • Adil Əsədov. Gözəlliyin fəlsəfəsi. Bakı, Nurlan, 2005, 500 s.

Həmçinin bax

redaktə
  Vikianbarda Gözəllik ilə əlaqəli mediafayllar var.
  "Fəlsəfə" portalı
  • Estetika
  • Təbiət
  • Cəmiyyət
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Gözəllik&oldid=6770912"
LOVE.AZ