Gülçin Gülhüseyn qızı Abdullayeva (20 yanvar 1947) — riyaziyyat üzrə fəlsəfə doktoru, Dosent, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun 1.7 saylı İnformasiyanın intellektual emalı sistemləri Laboratoriya rəhbəri.[1][2][3]
Gülçin Abdullayeva | |
---|---|
Gülçin Gülhüseyn qızı Abdullayeva | |
Doğum tarixi | (78 yaş) |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
![]() ![]() |
Elm sahəsi | riyaziyyatçı |
Elmi dərəcəsi | Fizika-riyaziyyat elmləri namizədi |
Elmi adı | dosent |
İş yeri | AMEA-nın İdarəetmə Sistemləri İnstitutu |
Təhsili | Azərbaycan Dövlət Universiteti |
Üzvlüyü | |
isi.az/az/content/101 | |
![]() |
Gülçin Abdullayeva 20 yanvar 1947-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1965-ci ildə məktəbi qızıl medalla bitirib Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olub, 1970-ci ildə oranı riyaziyyatçı ixtisası üzrə bitirmişdir. 1970-ci ildən iş fəaliyyətinə Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunda kiçik elmi işçi vəzifəsindən başlamış, aspiranturanı bitirdikdən sonra 1979-cu ildə "Sinqulyar inteqralların requlyarlaşdırılması" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1974-cü ildən başlayaraq BDU, ATU və respublikanın digər ali məktəblərində riyazi analiz, tibbi kibernetika, ali riyaziyyat, informatika, süni intellekt, intellektual sistemlər fənnlərindən dərs deyir. 1981-ci ildən başlayaraq baş elmi işçi, qrup rəhbəri, sektor rəhbəri, laboratoriya rəhbəri vəzifələrində işləmişdir. 2000-ci ildən dosentdir. Hazırda AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda "İnformasiyanın intellektual emalı sistemləri" laboratoriyasının rəhbəri vəzifəsində çalışır. Ailəlidir, iki oğlu var.
2004–2005-ci illərdə Kanada Beynəlxalq Səhiyyənin İnkişafı Təşkilatının qrantını alıb. 2005-ci ildə "Ortopediyada cərrahi əməliyyatı seçən və çeşidləyən "Intet-Sys" intellektual sistemi" mövzusunda AMEA-nın Rəyasət Heyəti qarşısında məruzə ilə çıxış etmiş və elmi məruzəyə aid olan materialların monoqrafiya şəklində çap olunmasına qərar verilib (16 iyun 2005-ci il Qərar № 14/1). 2005-ci ildə elmi fəaliyyətinə görə "Tərəqqi" Dövlət medalı ilə təltif olunub. Həmin ildə Ümumdünya İntellekt Mülkiyyəti Təşkilatı(Cenevrə) tərəfindən mükafatlandırılıb. "Qeyri-xətti dünya və qadınlar" Beynəlxalq İctimai Təşkilatının üzvüdür. 2003-cü ildən D 01.121 dissertasiya Şurasının elmi seminarının elmi katibidir. 112 elmi əsərin,5 monoqrafiyanın, 4 preprintin, 2 avroasiya və 3 Respublika patentinin müəllifidir. 18 əsəri xaricdə çıxmışdır. G. G. Abdullayevanın aldığı son elmi nəticələr 2005–2006-cı illərdə AMEA-nın Fizika-riyaziyyat va texnika elmləri bölməsinin hesabatına daxil edilib. Əsas elmi istiqamət – diaqnostika və monitorinq intellektual informasiya sistemlərinin işlənməsi və xalq təssərrüfatının müxtəlif sahələrində tətbiqidir. Obrazların tanınması sahəsində ərəb qrafikasında olan əlyazmalarının tanınması və tərcüməsi, azərbaycan əl xalılarının tanınma və identifikasiya sistemi, neftayırma sənayesində rast gələn peşə xəstəliklərinin proqnoz sistemi, travmatologiya və ortopediyada operativ müdaxilənin seçim sistemi, toksikologiyada ilan zəhəri, dəm qazı və digər 15 toksiki maddə ilə zəhərlənmə prosesinin riyazi modelləri və diaqnostika, monitorinq sistemləri, neftçıxarma sənayesi avadanlıqlarının texnoloji vəziyyətinin diaqnostikasının intellektuallaşdırılması, neft-qaz yataqlarının məsələləri üçün qərar qəbuletmə inteqrasiyalı ekspert sistemi və s. 2004–2005-ci ildə "South Caucasus Health Information Project Canadian Society for International Health"-un layihəsi çərçivəsində qrant müsabiqəsinin qalibi olmuşdur, 3 monoqrafiya dərc etmişdir.
129 qədər elmi iş çap olunub, o cümlədən:
Və s.
Son illərdə: