. Love.az

Gulaga Islamov - Wikipedia - Love.az

Ana Səhifə - Gulaga Islamov

Gülağa İslamov — Xəzər Rayon İcra Hakimiyyətinin sabiq başçısı.

Gülağa İslamov
Xəzər Rayon İcra Hakimiyyətinin başçısı
25 yanvar 1995 – 21 dekabr 2018
Əvvəlkiİsmixan Fərəcov
SonrakıElşən Salahov
Şəxsi məlumatlar
Doğum tarixi 19 dekabr 1948(1948-12-19) (76 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

İslamov Gülağa Bayram oğlu 1948-ci il dekabr ayının 19-da Bakı şəhərində anadan olmuşdur. 1965-ci ildə Bakı şəhər 156 saylı orta məktəbi, 1990-cı ildə isə Poltava Koorperasiya İnstitutunu Əmtəəşünaslıq ixtisası üzrə bitirmişdir.

Əmək fəaliyyətinə Azərbaycan SSR Kurortlar İdarəsi Avtomobil Nəqliyyatı Birliyində böyük mexanik kimi başlamışdır. 1967–1977-ci illərdə böyük mexanik, çilingər, mexanik işləmişdir.

1977–1995-ci illərdə Bakı Şəhər Kooperativ Ticarəti İdarəsində çeşidləyici, Qəbul Məntəqəsinin müdiri, anbardar, Estoniya Respublikasındakı "Flores" Kooperativində baş əmtəəşünas, Şüvəlan Gülçülük Sovxozunda şöbə müdiri, "Şüvəlan" İstehsal-Ticarət Assosiasiyasında 1 saylı sahənin rəisi, "Qərənfil" Fermer Təsərrüfatının müdiri, 1995–2018-ci illərdə isə Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

İstinadlar

redaktə

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Gülağa_İslamov&oldid=7115444"
LOVE.AZ