. Love.az

Gulbaci Imanova - Wikipedia - Love.az

Ana Səhifə - Gulbaci Imanova

Gülbacı İmanova (13 fevral 1956, Bakı) — Azərbaycanın tanınmış dirijoru. Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri və dirijoru,Azərbaycan Respublikasının xalq artisti(2005), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2022-ci ildən).

Gülbacı İmanova
Gülbacı Əliəkbər qızı İmanova
Ümumi məlumatlar
Doğum tarixi 13 fevral 1956 (69 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Musiqiçi məlumatları
Fəaliyyəti musiqiçi, dirijor
Fəaliyyət illəri 1980-günümüzə
Janr xor
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 20052005 "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı — 20002000

Mündəricat

  • 1 Həyatı
  • 2 Mükafatları
  • 3 İstinadlar
  • 4 Mənbə
  • 5 Xarici keçidlər

Həyatı

redaktə

Gülbacı Əliəkbər qızı İmanova 1956-cı il fevralın 13-də Bakı şəhərində anadan olmuşdur.1980-ci ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının xor dirijorluğu fakultəsini bitirmişdir.1980-cı ildən BMA-da «xor dirijorluğu» ixtisasından və xor fənnlərinin metodikasından dərs deyib.1993-cü ildən etibarən Bakı Musiqi Akademiyasında dirijorluq kafedrasında çalışır.1989-cu ildən Ş. Məmmədova adına Opera studiyasında baş xormeyster kimi fəaliyyət göstərir.1996-cı ildə Azərbaycan Dövlət Xor Kapellasına bədii rəhbər və baş dirijor vəzifəsinə təyin edilib. Hazırda bu vəzifədə çalışır.2000-ci ilin oktyabr ayında «Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi» fəxri adına,2005-ci ildə isə "Azərbaycan Respublikasının xalq artisti" fəxri adına layiq görülmüşdür1999-cu ildə BMA-nın «dirijorluq» kafedrasına dosent vəzifəsinə müsabiqə ilə keçmişdir. Hal-hazırda kafedranın professoru vəzifəsində çalışır.1996-cı ildə Gürcüstan respublikasının Mədəniyyət nazirliyinin, eləcə də prezident E. A. Şevardnadzenin fəxri fərmanlarına layıq görülmüşdür.1999-2000-ci illərdə G. İmanova Türkiyə Cümhuriyyətinin fəxri fərmanlarına və mükafatlarına layıq görülüb.Müəllimlik etdiyi vaxtdan bir sıra dirijor-xormeyster yetişdirmişdir. Onlar arasında 5 magistr, 10 bakalavr və assistent-aspirant var.Evlidir. 3 övladı var

Mükafatları

redaktə
  • 1996. Gürcüstan respublikasının mədəniyyət nazirliyinin, və prezident E. A. Şevardnadzenin bir çox fəxri fərmanları
  • 1999-2000. Türkiyə Cümhuriyyətinin fəxri fərmanları və mükafatları
  • 2000. "Azərbaycanın əməkdar incəsənət xadimi" fəxri adı
  • 2005. Xalq artisti
  • 2011. Prezident mükafatı
  • 30 aprel 2014-cü ildə növbəti dəfə Prezident Mükafatına layiq görülmüşdür.[1]
  • 6 may 2015-ci ildə[2] Prezident Mükafatına layiq görülmüşdür.
  • 6 may 2016-cı ildə[3] Prezident Mükafatına layiq görülmüşdür.
  • 1 may 2017-ci ildə[4] Prezident Mükafatına layiq görülmüşdür.
  • 9 may 2018-ci ildə[5] Prezident Mükafatına layiq görülmüşdür.
  • 10 may 2019-cu ildə[6] Prezident Mükafatına layiq görülmüşdür.
  • 7 may 2020-ci ildə[7] Prezident Mükafatına layiq görülmüşdür.
  • 7 may 2021-ci ildə[8] Prezident Mükafatına layiq görülmüşdür.
  • 10 may 2022-ci ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.[9]

İstinadlar

redaktə
  1. ↑ "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2018-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-30.
  2. ↑ "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2018-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-03.
  3. ↑ "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2017-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-06.
  4. ↑ President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 01.05.2017. 2017-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-02.
  5. ↑ President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 09.05.2018. 2018-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-10.
  6. ↑ President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 10.05.2019. 2019-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-10.
  7. ↑ President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 07.05.2020. 2020-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-07.
  8. ↑ President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 07.05.2021. 2021-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-07.
  9. ↑ President.Az. "Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 10.05.2022. 2022-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-10.

Mənbə

redaktə
  • Musiqi Akademiyası[ölü keçid]
  • Qəbələ Beynəlxalq Musiqi Festivalı

Xarici keçidlər

redaktə
  • Məşhur qadın dirijor Arxivləşdirilib 2013-09-20 at the Wayback Machine
  • Qadın iradəsi və dirijor iradəsi Arxivləşdirilib 2013-12-11 at the Wayback Machine
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Gülbacı_İmanova&oldid=6642825"
LOVE.AZ