. Love.az

Gulmemmed Memmedzade - Wikipedia - Love.az

Ana Səhifə - Gulmemmed Memmedzade

Məmmədzadə Gülməmməd Əliməmməd oğlu (1955, Şivlə, Lerik rayonu – 1996) — Azərbaycan jurnalisti.

Gülməmməd Məmmədzadə
Gülməmməd Əliməmməd oğlu Məmmədzadə
Doğum tarixi 1955
Doğum yeri Şivlə, Lerik rayonu
Azərbaycan Azərbaycan
Vəfat tarixi 1996
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Fəaliyyəti jurnalist
Əsərlərinin dili azərbaycanca

Həyatı

redaktə

Gülməmməd Məmmədzadə 1955-ci ildə Lerik rayonunun Şivlə kəndində anadan olub. BDU-nun kitabxanaçılıq və jurnalistika fakültəsini bitirib. O, müxtəlif vaxtlarda "Azərbaycan" qəzetində müxbir, "Cumhuriyyət", "Amin" qəzetlərində redaktor, "İncəsənət" qəzetində məsul katib işləmişdir. "Lənkəran mahalının sərkərdələri" kitabının müəllifi, "Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası" kitabının həmmüəlliflərindən biri olmuşdur.

Tədqiqatçı-jurnalist Gülməmməd Məmmədzadə AYB-nin üzvü olmuş, Azərbaycan Jurnalistlər Birliyinin, "Afrika-Asiya" Beynəlxalq Xeyriyyə Cəmiyyətinin, Qafqaz Müsəlmanları Ali Ruhani İdarəsinin Elmi-Dini Şurasının diplomlarına layiq görülmüşdür.

G.Məmmədzadə 1996-cı ildə vəfat etmişdir.

İstinadlar

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Gülməmməd_Məmmədzadə&oldid=6077788"
LOVE.AZ