. Love.az

Gunebaxanlar - Wikipedia - Love.az

Ana Səhifə - Gunebaxanlar

Günəbaxanlar (fr. Tournesols) — Holland rəssamı Vinsent van Qoq tərəfindən 1888-ci ildə çəkilmiş rəsm əsəri.

Günəbaxanlar
fr. Tournesols
Rəssam Vinsent van Qoq
Tarixi 1888
Texnikası Kətan, yağlı boya 92x73 sm
Ölçüləri 95 sm × 73 sm
Materialı yağlı boya[d]
Saxlanıldığı yer London milli qalereyası, London,  Böyük Britaniya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Haqqında
  • 2 Vandalizm aktı
  • 3 Paris seriyası
  • 4 Arl seriyası
  • 5 Həmçinin bax
  • 6 İstinadlar

Haqqında

redaktə

Günəbaxanlar Holland rəssamı Vinsent van Qoqun iki silsilə rəsmlərinin adıdır. Birinci seriya 1887-ci ildə Parisdə yerinə yetirilmişdir. O, yerə sərilmiş güllərə həsr olunmuşdur. İkinci seriya bir il sonra Arlda yerinə yetirilmişdir. O, vazdakı günəbaxanların təsvirini verir. Həmin şəkil ikinci seriyaya daxildir və 15 günəbaxanı təsvir edir. Çiçəklər tez solurdu və Van Qoq onları ilk görünüşdən çəkirdi, boyaları çox qatı vururdu( buna impasto texnikası deyilir), onları birbaşa tübikdən kətan üzərinə sıxıb yaxırdı. Şəklin fakturası çox qabarıq və kələ-kötür idi, bunun da nəticəsində elə təsəvvür yaranır ki, boyalar kətanın səthindən çıxır.

Vandalizm aktı

redaktə

14 oktyabr 2022-ci ildə iki nəfər ekofəal London Milli Qalereyasında əsərin üzərinə Heinz konservləşdirilmiş tomat şorbası tökərək vandalizm aktı törədib. Rəsm əsəri vandalizmə qarşı xüsusi şüşə örtüklə qapadıldığından zərər görməyib[1].

Paris seriyası

redaktə
  •  
  •  

Arl seriyası

redaktə
  • Birinci hissə, avqust 1888
  •  
    Birinci variant: Firuzəyi fon, 73.5 × 60 sm, şəxsi kolleksiya
  •  
    İkinci variant: Kral-göy fon, 98 × 69 sm, İkinci Dünya müharibəsi zamanı məhv edilmişdir
  •  
    Üçüncü variant: göy-mavi fon, 91 × 72 sm, Yeni Pinoteka, Münhen
  •  
    Dördüncü variant: Sarı fon, 92.1 x 73 sm London milli qalereyası,
  • İkinci hissə, yanvar 1889
  •  
    Birinci variant, 92 × 72.5 sm, Filadelfiya İncəsənət Muzeyi, ABŞ
  •  
    İkinci variant, 95 × 73 sm, Van Qoq muzeyi, Amsterdam, Hollandiya
  •  
    Üçüncü variant, 100 × 76 sm, Sompo Japan Museum of Art, 42-ci mərtəbə, Tokio, Yaponiya

Həmçinin bax

redaktə
  • Vinsent Van Qoq
  • Postimpressionizm
  • Ulduzlu gecə
  • Həkim Qaşenin portreti
  • Kartof yeyənlər
  • Süsənlər
  • Qarğalarla taxıl sahəsi
  • Arlda yataq otağı
  • Gecə kafesi
  • Qırmızı üzüm bağı
  • Rona üzərində ulduzlu gecə

İstinadlar

redaktə
  1. ↑ Just Stop Oil activists throw tomato soup at iconic Vincent van Gogh Sunflowers painting Arxivləşdirilib 2022-10-17 at the Wayback Machine // Evening Standard, 14 oktyabr 2022
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Günəbaxanlar&oldid=7957746"
LOVE.AZ