Gündüz Aydın oğlu Məmmədov (26 oktyabr 1974-cü ildə, Azərbaycan SSR-in Gəncə şəhərində anadan olub) — Ukrayna hüquqşünası, hüquq elmləri namizədi, dosent, Ukraynanın əməkdar hüquqşünası. 18 oktyabr 2019-cu ildən 27 iyul 2021-ci il tarixədək Ukrayna Baş prokurorunun müavini vəzifəsində çalışmışdır[1].
Gündüz Məmmədov | |
---|---|
ukr. Гюндуз Мамедов | |
![]() | |
18 oktyabr 2019 – 27 iyul 2021 | |
Prezident | Volodimir Zelenski |
Şəxsi məlumatlar | |
Doğum tarixi | (50 yaş) |
Doğum yeri | Gəncə, Azərbaycan SSR, SSRİ |
Milliyyəti | Azərbaycanlı |
Vətəndaşlığı |
![]() |
Təhsili |
İ.İ. Meçnikov adına Odessa milli universiteti Odessa iqtisad universiteti |
Fəaliyyəti | hüquqşünas |
Rütbəsi |
![]() 3-cü dərəcəli dövlət ədliyyə müşaviri |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | hüquq elmləri namizədi |
|
|
Təltifləri |
![]() |
![]() |
Öz əmək fəaliyyətinə 1996-cı ildə Ukrayna prokurorluğunda başlayıb. O, prokuror köməkçisi, Odessanın Primorski rayonunun prokurorluğunda təcrübə keçib, sonra rayon prokurorunun birinci müavini olub.
2012-2013 - Kiyev vilayətinin prokurorluğunda çalışıb. 2013-cü ildə Ukrayna Prokurorluğunun Milli Akademiyasının Elmi-Tədqiqat İnstitutunda cinayətkarlıqla mübarizə problemləri üzrə Tədqiqatlar Şöbəsinin baş elmi işçisi olub.
2013-cü ilin dekabrından 2014-cü ilin iyulunadək - Dnepr Ekologiya prokurorluğunun İstintaq şöbəsinin rəisi.
2014-cü ilin iyulundan - Odessa prokuroru.
2015-ci ilin dekabrından - Odessa vilayəti prokurorunun müavini.
Odessa vilayətində işləyərkən gurultulu işlərlə məşğul olub. O cümlədən, hüquq-mühafizə orqanlarında narkotik vasitələrin yayılmasının dayandırılması, korrupsiya sxemlərinin və qumar biznesinin ifşası, 2 il ərzində quldurluq, hədə-qorxu ilə pul tələb edən cinayətkar qrupun saxlanılması və s[2].
22 avqust 2016-cı ildən - Krım Muxtar Respublikasının prokuroru[3].
31 mart 2017-ci ildən - Krım yarımadasının işğalı zamanı Kiyev şəhərində Krım Muxtar Respublikası Prokurorluğunun ofisi açılıb[4].
Krım Muxtar Respublikasının prokuroru vəzifəsində işlədiyi müddətdə materik Ukrayna ərazisində muxtariyyətin hüquq-mühafizə orqanlarının iş istiqamətləri müəyyən edilmiş, Beynəlxalq Cinayət Məhkəməsi ilə iş təşkil edilmiş, qeyri-hökumət sektoru ilə əməkdaşlıq qurulub, 2014-cü ilə qədər bu kateqoriyalar üzrə işlərin praktiki olaraq heç bir istintaq və məhkəmə təcrübəsinin olmaması ilə əlaqədar milli təhlükəsizlik və hərbi cinayətlərə qarşı cinayət icraatının araşdırılması metodologiyası (BHH) işlənib hazırlanmışdır. Qeyd olunanlar 2019-2021-ci illərdə Krım Muxtar Respublikası Prokurorluğunun müvəqqəti işğal şəraitində fəaliyyətinin inkişafına dair Strategiyada öz əksini tapdı[5][6].
18-oktyabrın 2019-cu ildə Gündüz Məmmədov Baş prokurorun müavini vəzifəsinə təyin edildi. Baş Prokurorluqda işlədiyi müddətdə silahlı münaqişə şəraitində törədilmiş cinayətlərlə bağlı beynəlxalq münaqişə xarakterində cinayətlərin törədilməsi, habelə terror fəaliyyətinin həyata keçirilməsi, Ukraynanın ərazi bütövlüyünə qəsd, təcavüzkar müharibənin aparılması, beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulması və insan hüquqlarının kobud şəkildə pozulması ilə bağlı cinayətlər ilə bağlı ən ağır və rezonans doğuran cinayət prosesində prosessual rəhbərliyi həyata keçirən Cinayət Proseslərinə Nəzarət Departamentinin yaradılması və fəaliyyətə başlamasının təşəbbüskarlarından biri olub. Departamentin işi sayəsində bu kateqoriyadan olan cinayət işlərinin araşdırılmasına sistemli yanaşma təmin edilib. Donetsk və Luqansk vilayət prokurorluqlarında müvafiq şöbələr yaradılıb.
O, 17 iyul 2014-cü ildə müvəqqəti işğal olunmuş Donbas üzərində səmada MH17 reysinin vurulmasını araşdıran Ukrayna tərəfindən Birgə İstintaq Qrupunun[7] rəhbəri olub. İstintaq qrupu Bellingcat ilə əməkdaşlıq qurmağa nail olub. Malayziya MH17 hücumu ilə bağlı aparılan istintaq Baş Prokurorluğa nəzarət olunmayan ərazilərə giriş olmadan dəlil toplamağı öyrətdi. Hal-hazırda Niderlandda bu iş üzrə dörd müttəhim üzərində məhkəmə davam edir. Sübutların əksəriyyətini Ukrayna istintaqı tərəfindən təqdim edilib.
O, həmçinin PS-752 “Tehran-Kiyev” reysinin qəzaya uğraması ilə bağlı təhqiqatı əlaqələndirib[8]. Bu günə kimi hücumda iştirak edənlərin adları artıq müəyyən edilib.
Bundan əlavə, o, yuvenal ədliyyə kimi istiqamətdə fəaliyyət göstərib.
2020-ci ildə Baş Prokurorluqda Uşaqların müdafiəsi və zorakılıqla mübarizə departamenti və regionlarda onun müvafiq bölmələri yaradılıb. Ayrı-ayrı idarələrdə uşaq (yuvental) ədliyyəsinin mini-modeli yaradılmışdır. Ekspertlər, UNİCEF-in Ukraynadakı nümayəndəliyi və Uşaq Ombudsmanı ilə birlikdə cinayətlərin qurbanı olmuş və ya hüquq pozuntularının şahidi olmuş uşaqları qorumaq və onlara sosial və psixoloji dəstək göstərmək üçün Barnahus layihəsinə başladılar. Vinnitsada ilk pilot layihəni işə salmaq mümkün oldu. Layihənin mahiyyəti ondan ibarətdir ki, əvvəlcə uşağa terapevtik yardım, psixoloji reabilitasiya göstərilir, daha sonra isə - məhkəmə məqsədləri üçün dindirmə və tibbi müayinə həyata keçirilir. Əsas vəzifə, digər şeylərlə yanaşı, uşağın dindirilməsini minimuma endirmək idi[9].
O, həmçinin penitensiar sistemdə də islahatlar aparıb. O zaman Baş Prokurorluğun təşəbbüsü ilə Ədliyyə Nazirliyində mütəmadi olaraq penitensiar yoxlamaların ikili sistemi haqqında qanun layihəsini hazırlamalı olan idarələrarası işçi qrupu yaradıldı. Baş Prokurorluq Ombudsman ofisi və vətəndaş cəmiyyəti ilə birgə yoxlamalar və monitorinq səfərlərini təşkil etməyi təklif etdi[10][11].
27 iyul 2021-ci ildə Məmmədov Baş Prokurorluqdan istefa ərizəsi yazıb. O, öz istəyi ilə prokurorluğu tərk edit[1].
Tammiqyaslı təcavüzün başlanmasından dərhal sonra o, QHT-ləri və ekspertləri bir araya gətirən hərbi cinayətləri sənədləşdirən «Ukrayna. Səhər beşdə / Ukraine 5 AM Coalition» koalisiyasının yaradılmasının təşəbbüskarlarından biri oldu. Koalisiya Rusiyanın Ukraynadakı silahlı təcavüzü qurbanlarının müdafiəsi və Ukraynada törədilmiş hərbi cinayətlərin və insanlığa qarşı cinayətlərin birbaşa günahkarlarının məsuliyyətə cəlb edilməsi üçün çalışır. Həmçinin, Koalisiyanın fəaliyyət istiqamətlərinə Ukraynada və xaricdə Rusiyanın Ukraynaya təcavüzü zamanı baş vermiş ağır cinayətlər barədə ictimaiyyəti məlumatlandırmaq; jurnalistlərin və könüllülərin hərbi cinayətlərin şahidləri ilə iş və sənədləşmə üzrə təlimi; ədalət mühakiməsi proseslərində milli və beynəlxalq qeyri-hökumət təşkilatlarının səmərəli əlaqələndirilmiş əməkdaşlığının təmin edilməsi[12].
Ukrayna Milli Prokurorluğu Akademiyasının carçısı”, “Prokurorluq carçısı”, “Elmi carçı” peşəkar nəşrlərində və elmi-metodiki jurnallarda elmi məqalələrin və nəşrlərin müəllifidir. “Zerkalo Nedeli”, “Azadlıq Radiosu”, “Ukrainska Pravda”, “Novoye Vremya”, “Qordon” və s. nəşrlərdə publisistik məqalələrin müəllifi.
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |