Gürcüstanda prezident seçkiləri — Gürcüstanın seçki qanunvericiliyinə əsasən, 2024-cü ilin oktyabrında gözlənilən prezident seçkiləri.[2] Bu, Gürcüstanın 1991-ci ildə müstəqilliyini elan etməsindən sonra doqquzuncu prezident seçkiləri olacaq. Prezident 5 il müddətinə seçilir.
← 2018 ![]() | |||
Gürcüstanda prezident seçkiləri | |||
---|---|---|---|
14 dekabr 2024 | |||
![]() |
|||
Namizəd | Mixail Kavelaşvili | ||
Partiya | Xalqın Gücü | ||
Koalisiya | Gürcü Arzusu | ||
Səslər | 224[1] (100%) |
2017-ci ildə qəbul edilən və prezidentin səlahiyyətlərini azaldan Konstitusiyaya əsasən, bundan əvvəlki seçkilər sonuncu birbaşa prezident seçkiləri olub.[3] Artıq bu seçkilərdə parlamentin yarısından və eyni sayda regional nümayəndədən ibarət Seçicilər Kollegiyasının 300 üzvü səs verəcək. Ən azı 15 il Gürcüstanda yaşayan 40 yaşdan yuxarı Gürcüstan vətəndaşı prezident seçilə bilər ("seçkilərə qədər son üç il ərzində ölkədə yaşamaq tələbi" götürülüb).[4]